525.Az

Övladlığa götürülmüş uşaqların mərkəzləşdirilmiş məlumat bazası yaradılacaq


 

Övladlığa götürülmüş uşaqların mərkəzləşdirilmiş məlumat bazası yaradılacaq<b style="color:red"></b>

Qəyyumluğa, himayəyə, habelə övladlığa götürülmüş uşaqların mərkəzləşdirilmiş məlumat bazası yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb.

Sənədə əsasən, qəyyumluğa, himayəyə və övladlığa götürülmüş uşaqların sonrakı təhsil, tərbiyə və sağlamlıq vəziyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mövcud mexanizm təkmilləşdiriləcək.

 





02.06.2020    çap et  çap et