525.Az

Rüqəyya Kəbiri İranda nüfuzlu ədəbi mükafata layiq görüldü


 

Rüqəyya Kəbiri İranda nüfuzlu ədəbi mükafata layiq görüldü<b style="color:red"></b>

İranda yaşayan Azərbaycan əsilli şair, yazıçı Rüqəyya Kəbiri İranda mükafata layiq görülüb. Onun Təbrizdə rus işğalı illərində minlərcə insanın öldüyü aclıq fəlakətindən bəhs edən "Aclıq Baratası" romanı İranın ən məşhur ədəbiyyat mükafatlarından olan Mehrqan Mükafatını qazanıb.

20 illlik tarixə malik Mehrqan Ədəbiyyat Mükafatı tarixdə ilk dəfədir ki, fars olmayan və farsca yox, öz ana dilində yazan bir iranlı yazıçıya verilir.

Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat Dərgisi olan "Kardeş kalemler" dərgisinin yazarlarından olan Rüqəyya Kəbirinin "Aclıq Baratası" romanı yaxın zamanlarda Avrasiya Yazarlar Birliyi tərəfindən "Bengü" nəşriyyatında işıq üzü görüəcək.

Onun "Təbrizin al təbim" (2010) şeir toplusu, "İçimdəki qız" (2013), "Bu qapı heç çalınmayacaq" (2011) hekayələr toplusu, "Evim" (2013), "Yerdən uca torpaq" (2014) romanları kitab kimi nəşr olunub. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır. Əsərlərini türkcə və farsca yazır.

Rüqəyya Kəbiri Azərbaycanda da kifayət qədər tanınmış imzadır. Onun Azərbaycanda "Qanun nəşriyyatı" tərəfindən çap olunan "Ürəyim ağrıyır" hekayə toplusu, "Evim" romanı məşhurdur. Eyni zamanda, "Mirra ağacının kəhrəba gözləri" romanı da çap olunaraq azərbaycanlı oxucunun ixtiyarına verilib

Bakıda 2012-ci ildə "Azadlıq" radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində R.Kəbirinin "Mavayıl" adlı hekayəsi 180 əsərin içindən birinci, 2016-cı ildə "Varlıq" dərgisinin hekayə musabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yerə layıq görülüb.

Yazıçının "Qar yağır" hekayəsi əsasında Qadır Fərivəin rejissorluğu ilə çəkilmiş "Qaral" filmi İranın bir neçə kino festivallarında mükafat qazanıb. Bu film 2012-ci ildə Bakıda "Star" kino festivalına da qatılıb.

ŞAHANƏ

 





03.06.2020    çap et  çap et