525.Az

Sergey Narışkin Prezident İlham Əliyevə təbrik ünvanladı


 

Sergey Narışkin Prezident İlham Əliyevə təbrik ünvanladı<b style="color:red"></b>

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edib Sizə Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.

 





03.06.2020    çap et  çap et