525.Az

Dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılır


 

Dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılır <b style="color:red"></b>

Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, hər kəs öz velosipedini dayanacaqda ödənişsiz park edə bilər:
 
"Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur".

 





03.06.2020    çap et  çap et