525.Az

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başladı


 

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başladı<b style="color:red"></b>

Həbs olunan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 10-a təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb.

 





04.06.2020    çap et  çap et