525.Az

XİN başçılarının videokonfransı keçiriləcək


 

XİN başçılarının videokonfransı keçiriləcək<b style="color:red"></b>

Bu gün İŞİD-lə mübarizə Qlobal Koalisiyasının Xarici İşlər nazirlərinin videokonfransı keçiriləcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, videokonfrans Dövlət katibi Mayk Pompeo və İtaliyanın Xarici İşlər naziri Luiqi Di Mayonun həmsədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, İŞİD-lə mübarizə Qlobal Koalisiyası 2014-cü ilin sentyabrında yaradılıb. Koalisiyada 82 ölkə və beynəlxalq təşkilat təmsil olunur.

 





04.06.2020    çap et  çap et