525.Az

Ukraynada Azərbaycanlı professorun yazdığı “Elm və Din”kitabı böyük marağa səbəb oldu- Fotolar


 

Ukraynada Azərbaycanlı professorun yazdığı “Elm və Din”kitabı böyük marağa səbəb oldu- <b style="color:red">Fotolar</b>

Kiyev Milli Linqivistika Universitetində  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə  filalogiya elmləri doktoru Rafiq Novruzov və Belarusyalı alim, professor  Anatoli Qirutskinin birgə qələmə aldığı “Elm və Din” kitabının təqdimat mərasimi olub

525.az-ın məlumatına görə, Ukraynanın  elm və təhsil xadimlərinin,diplomatların və jurnalistlərin qatıldığı təqdimat mərasimini  Ukrayna  Millətlər Assambleyasının  prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri  Rövşən Tağıyev açaraq, Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı elm və din kitabının  milliyyətindən və dinindən asılı olmayaraq hər bir  insan üçün  böyük maraq kəsb edəcəyini  bildirib. Elmin sərhəddi olmadığı kimi,dini dəyərlər arasındada  mənəvi ölçü vahidinin sonsuzluğa ünvanlandığını  bildirən R. Tağıyev belə bir məsuliyyətli və çətin mövzuya müraciət edərək uğurlu nəticə əldə edən   professorlar Rafiq Novruzovu və Anatoli Qirutskini elmi nailiyyətləri münasibəti ilə təbrik edib.

Mərasimdə Kiyev Milli Linqivistika Universitetinin prorektoru İrina Seryakova çıxış edərək, yüksək fəlsəfi,mənəvi fikirlərlə zəngin olan kitabı elmlə dinin vəhdət körpüsü adlandırıb. Belə bir dəyərli monoqrafiyanın  ali təhsil ocaqlarında tədris olunmasının vacibliyini vurğulayıb.

Tədbirə qatılanlara minnətdarlığını bildirən kitabın müəllifi, professor Rafiq Novruzov şərqlə qərbin təfəkkür tarixində dinlə elm arasında təzadlı fikirlərin formalaşdığını diqqətə çatdıraraq,dünyanın müxtəlif dinləri ilə elm arasındakı bağlılığa münasibətdə Belaruslu alim həmkarı ilə eyni fikrə gəldiyini vurğulayıb. Səmavi kitablar olan Sühufu, Tövrat, İncil və müqəddəs Qurani Kərimdə  elm insanları doğru yola və fəzilətli həyata yönəltdiyi kimi  dünyanın məşhur alimləridə Allahın varlığını və təkliyini qəbul və təsdiq etməklə kamil insan zirvəsinə yüksəlməyin yolunu elm və dinin vəhdətində görüblər deyən Rafiq Novruzov uzun illərdən bəri üzərində çalışdıqları Elm və Din kitabında bu məsələlərin elmi fəlsəfi izahina nail olduqlarını  vurğulayıb.

Maraqlı müzakirələrlə yadda qalan  mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Asim Osmanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi  Anar Tahirov, Kiyev Milli linqivistika Universitetinin hüquq kafedrasının müdiri, professor Aleksandr Merejko, professor Sergey Fatayev, Ukrayna Yevrey fondunun rəhbəri Arkadiy Monastırskiy, Rus məclisinin sədri Alla Potapova, SOKAR Ukrayna şirkətinin nümayəndəsi Həzi Aslanov ,və digər elm və ictimai təşkilatların təmsilçiləri çıxış edərək, kitabın   ülvi hisslərə və bəşəri duyğulara xidmət etdiyini bildiriblər.

Elmi fəlsəfi dəlillərlə zangin olan kitabın bir çox dillərə tərcümə olunmasının vacibliyini vurğulayıblar.

 

 





19.12.2013    çap et  çap et