Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq:
“Bu gün 2500 aktiv xəstə sayı var. Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşdiyi üçün lokalizasiyaya yerləşən tibb müəssisələrinin üzərinə düşən yük artır".