525.Az

“Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi keçirildi


 

“Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi keçirildi<b style="color:red"></b>

3-4 iyun tarixlərində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm planetariumun birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd  məktəblilərin astonomik biliklərinin əhatəsinin genişləndirməsi, kosmik cihazların maketinin hazırlanması, onların  kosmik sənayeyə marağının artırılması və bu sahədə bacarıqlı kadrların aşkarlanması, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakınının təmin edilməsindən ibarətdir.

Karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə iki nominasiya üzrə təşkil okunub: 1) astronomiya, kimya, biologiya, coğrafiya sahələrində elmi tədqiqatlar apararaq yeni biliklərin əldə edilməsi; 2) kosmik avadanlıqların maketləri, təkmilləşdirilməsinə yönəlmiş texniki tədqiqatlar və təkliflər.

“Gələcəyin mühəndisi” müsabiqəsində respublikanın 17 rayonundan ümumtəhsil və internat məktəblərinin 50 nəfər V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri fərdi, kollektiv şəklində  iştirak edib.

Müsabiqənin münsiflər heyətində astrofiziklər, mühəndislər və bu sahənin mütəxəsisləri -  Tusi-Bohm planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri Kəmalə Alışova, AMEA Şamaxı Astrofizika Rəsədxanasının dosenti Mirnamiq Bəşirov, Azərkosmos ASC-nin aparıcı peyk operatoru Sitarə Mehdiyeva,  Milli Aviasiya Akademiyasının elmi işçisi Fuad Dadaşov təmsil olunub.



Müsabiqənin nəticələrinə əsasən 12-15 yaş qrupu üzrə Bakı ş.173 №-li orta məktəbin şagirdi Topçubaşov Nazim - I yerə, Bakı ş. 103 №-li orta məktəbin şagirdi Musalı Firudin II yerə, Ağdam ş. 2 №-li köçkün məktəbin şagirdi Cəfərov Orxan, Ağdaş ş. Ağzıbir kənd orta məktəbin şagirdi Kərimov Turan, Oğuz rayon UGİM-in dərnək üzvü Rüstəmov Amil, Səlyan rayon UGİM-in dərnək üzvü Ağayev Valeh, Şamaxı rayon UGİM-in dərnək üzvü Sadayev Fərid və Əhmədova Məhbubə, Mingəçevir şəhər  UGİM-in dərnək üzvü Əliyev Emil, Şəmkir rayon UGİM-in dərnək üzvü Məhərrəmli Rəvan, Qax rayon UGİM-in dərnək üzvü Şahabbaslı Şahabbas, Siyəzən rayon UGİM-in dərnək üzvü Həmidov Mayəddin, Ucar rayon UGİM-in dərnək üzvü Həsənov Seyidəli - III yerə,  16-18 yaş qrupu üzrə Xankəndi rayon 4 saylı köçkün məktəbin şagirdi Kərimov İlkin - I yerə, Astara rayon UGİM-in dərnək üzvü Əsədullayev Röyal - II yerə, Bakı şəhər  “Bakı Avropa Liseyi”nin şagirdi Əliyev Taleh və Əhmədzadə Zərifə - III yerə layiq görülüb.
















 





05.06.2020    çap et  çap et