525.Az

TƏBİB: "Onlayn alış-verişə üstünlük verin"


 

TƏBİB: "Onlayn alış-verişə üstünlük verin"<b style="color:red"></b>

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

APA xəbər verir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

-Alış-verişə ailənizdən bir nəfər göndərin.

-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.

-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

-Digərləri ilə fiziki məsafə saxlayın.

-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

 





05.06.2020    çap et  çap et