525.Az

Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açıldı


 

Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açıldı <b style="color:red"></b>

Vyetnamda içəridən və çöldən 24 karatlıq qızılla örtülmüş beşulduzlu hotel açılıb.

Trend-in məlumatına görə, 25 mərtəbəli “Dolce Hanoi Golden Lake” paytaxt Hanoyun mərkəzində yerləşir. Hotelin sahəsi 5 min kvadratmetrə yaxındır.

342 nömrədən ibarət hoteldə mebellər də qızılla işlənib. Qeyd olunur ki, mehmanxanada bir gün qalmaq 250 dollara bərabər olacaq.

Hotelin tikintisi 10 il davam edib.

 





05.06.2020    çap et  çap et