525.Az

Xoreoqrafiya Akademiyasında imtahan qaydaları açıqlandı


 

Xoreoqrafiya Akademiyasında imtahan qaydaları açıqlandı <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elmi şurasının iclasının qərarına əsasən, yaz imtahan sessiyası və yekun buraxılış dövlət attestasiyasının təşkil olunması qaydaları müəyyənləşdirilib.

Akademiyanın orta ixtisas təhsil pilləsi, bakalavriat və magistratura səviyyələrində tədris planını uğurla başa vurmuş tələbələr təhsil müddətində əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq attestasiyadan keçmiş hesab edilir.

Göstəricisi ilə razılaşmayan tələbələr üçün iyun ayında ixtisas üzrə dövlət imtahanı onlayn şəkildə təşkil olunacaq. Orta ixtisas təhsil pilləsi və bakalavriat səviyyəsinin buraxılış kursunda oxuyan əvvəlki semestrlərdən iki fənnə qədər akademik borcu olan qeydiyyatdan keçmiş tələbələr də imtahanlarda iştirak edəcəklər. Magistratura səviyyəsində isə dissertasiya işlərinin müdafiəsi ixtisaslaşdırılmış şuralarda onlayn şəkildə keçiriləcək.

Vurğulanıb ki, Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas təhsil pilləsi, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin (istehsalat və elmi-tədqiqat) təcrübələrinin qiymətləndirilməsi iki istiqamətdə keçirilir (ixtisas fənləri üzrə tələbənin 4 illik, magistratura pilləsi üzrə elmi tədqiqat təcrübəsi tələbənin il yarımlıq fəaliyyəti üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla). Əvvəlki semestrdə (prerekvizit) davamlı fənn üzrə tələbənin imtahan nəticəsi cari semestrdə əsas götürüləcək. Digər fənlər isə (korekvizit) onlayn dərslərdə yığılan ballar və əlavə tapşırıqlar (kurs işi, referat və sair) verilməklə 100 bal sisteminə uyğunlaşdırılacaq. Ümumi orta müvəffəqiyyət göstəricisinin nəticəsi ilə razılaşmayan tələbələr üçün iyulun 5-nə qədər müraciət etdiyi ərizəyə əsasən avqust-sentyabr aylarında onlayn imtahan təşkil olunacaq.

Həmçinin əvvəlki semestrdə iki fənn üzrə, cari semestrdə isə akademik borcu yaranmış hər fəndən bir dəfə olmaqla imtahanda iştirak etmək istəyən tələbələrin qiymətləndirilməsi cari semestr bitəndən sonra ödənişsiz əsaslarla təşkil olunacaq. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış tələbəyə də sentyabr ayına qədər akademik borcunu ləğv etmək şərti ilə təqaüd ödəniləcək.

Qeyd edək ki, onlayn imtahanlar “Skype”, “Whatsapp” və ya “Zoom” proqramı vasitəsilə həyata keçirilir.

 





05.06.2020    çap et  çap et