525.Az

İş yerini dəyişmək istəyən müəllimlərin sənəd qəbulu bu gün başa çatır


 

İş yerini dəyişmək istəyən müəllimlərin sənəd qəbulu bu gün başa çatır<b style="color:red"></b>

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.

 





05.06.2020    çap et  çap et