525.Az

Keçəl kişilərin koronavirusa yoluxma riski çoxdur - Araşdırma


 

Keçəl kişilərin koronavirusa yoluxma riski çoxdur - <b style="color:red">Araşdırma</b>

Keçəl kişilərin koronavirusa yoluxma riski digərlərinə nisbətən çoxdur.

Milli.az xəbər verir ki, bu barədə məlumatı "The Daily Telegraph" nəşri yayıb.

Məlumata görə keçəl kişilər koronavirusu daha ağır şəkildə keçrirlər. ABŞ-ın Braun universitetinin professoru Carlos Wambier apardığı araşdırmaların nəticələrini açıqlayarkən bildirib ki, koronavirusdan əziyyət çəkənlərin çoxu saçı tökülmüş kişilərdir.

O, İspaniyada iki dəfə apardığı araşdırmadan sonra bu qənaətə gəldiyini bildirib. Professorun sözlərinə görə İspaniyada birinci araşdırmada iştirak edən 41 xəstənin 70 faizdən çoxunun keçəl olması diqqətdən yayınmayıb.

İkinci araşdırmada isə bu rəqəmlər 79 faizə çatıb. Nəticələr "American Academy of Dermatology" jurnalında dərc edilib.

Buna səbəb kimi həm kişilik hormonu, həm də saç tökülməsinə səbəb olan androgenlərin koronovirusun hüceyrələrə hücumunu artırması göstərilir.

"Düşünürük ki, androgenlər virusun hüceyrələrimizə daxil olması üçün bir növ modem rolu oynayır".

 





05.06.2020    çap et  çap et