525.Az

Bu ərazilərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edildi


 

Bu ərazilərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edildi<b style="color:red"></b>

2020-ci il 6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, qadağa 8 iyun saat 06:00-dək qüvvədədir.

 





06.06.2020    çap et  çap et