525.Az

Sərtləşdirilmiş karantin rejimini pozanlar məsuliyyətə cəlb olunacaq


 

Sərtləşdirilmiş karantin rejimini pozanlar məsuliyyətə cəlb olunacaq<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Operativ Qərargahın "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə) və yaxın qohumların dəfnində iştirakla əlaqədar tələblərə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

 





06.06.2020    çap et  çap et