525.Az

Hacıqabul və Şirvan məktəblilərinin Əjdər Olla virtual görüşü keçirildi - Foto


 

Hacıqabul və Şirvan məktəblilərinin Əjdər Olla virtual görüşü keçirildi - <b style="color:red">Foto</b>

“5 İyun Şairlər Günü” münasibətilə Hacıqabul və Şirvan məktəblilərinin şair, yazıçı, dramaturq Əjdər Olla virtual görüşü keçirilib.

Karantin günlərinə təsadüf edən görüşdə ədəbiyyatsevər şagirdlər şairin zəngin irsi ilə tanış olub şairin şeirlərindən söyləyib və onları maraqlandıran suallarla şairə müraciət ediblər.

Şagirdlərin suallarını cavablandıran şair onlara öz uşaqlıq xatirılərini danışıb, ədəbiyyat və həyat barədə tövsiyələrini verib, qiymətli fikirlərini bölüşüb.

Şagirdlərdə mütaliə vərdişini formalaşdırmaq, dünyagörüşün zənginləşdirmək üçün şair onlara təməl əsərlər oxumağı məsləhət bilib.

Görüşdə Şirvan şəhər 1 saylı məktəb-liseydən, Hacıqabul şəhər 1saylı, 8 saylı və eləcə də Muğan  qəsəbə, Qarasu kənd və Udulu kənd məktəbindən bir qrup ədəbiyyatsevər şagirdlər iştirak ediblər.

Şagirdlərdən İ.Nərmin şairin portretini və "Elə istəyirəm" şerinə çəkdiyi illüstrasiyanı təqdim edib.

Görüşün təşkilatçısı Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin müəllimi, şair Sara Selcan sonda yazara səmimi görüş üçün minnətdarlığını bildirib.

 





07.06.2020    çap et  çap et