525.Az

Mədəniyyət yolunun yolçuları


 

Mədəniyyət yolunun yolçuları<b style="color:red"></b>

əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor

Bu gün (19.12.2013) Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Sərəncamı əsasında 90 illik yubileyini böyük ruh yüksəkliyilə keçirdiyimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Azərbaycan Prezidentinin 10.XII.2013 tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ADMİU-nun bir sıra əməkdaşlarına əməkdar  elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar müəllim, əməkdar rəssam fəxri adlarının, “Tərəqqimedallarının verilməsi müstəqil Azərbaycan dövlətinin bu təhsil ocağına verdiyi böyük qiymətdən xəbər verməklə yanaşı kollektivimizdə sonsuz minnətdarlıq hisslərini coşdurmuşdur. Bədii-yaradıcı elmi düşüncələrin üzvi sintezi bu təhsil ocağının gözəçarpan özəlliyini müəyyənləşdirir. Uzun illərdir ki, universitetin rəhbərliyini bütün məsuliyyətini üzərinə götürmüş əməkdar elm xadimi, doktor-professor Timuçin Əfəndiyev elə ilk gündən öz fəaliyyətinin konseptual proqramını hamıya bəyan etdi,  onun həyata keçirilməsi uğrunda yorulmadan heç bir kompromisə yol vermədən çalışmağa başladı. 90 illik yubileyimizə isə hörmətli rektor möhtəşəm bir hədiyyə ilə gəldi: universitetin 90 illik şərəfli yolunu işıqlandıran "Mədəniyyət İncəsənətimizin məbədgahı" (Timuçin Əfəndiyev, Bakı-2013, ADMİU-nun Nəşriyyat-Poliqrafiya mərkəzi) adlı yeni kitabı T.Əfəndiyevin uğurla həyata keçirdiyi konseptual proqramının növbəti-bu günkü mərhələsini işarələyən dəyərli tədqiqat əsəri kimi milli bədii təhsilin tarixinə düşdü. Bu ensiklopedik əsər kitabın redaktoru görkəmli alim, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevin təbirincə desək, "mədəniyyət incəsənətimizin səlnaməsidir".

 "Mədəniyyət İncəsənətimizin məbədgahı" adlı bu əsər Azərbaycanda milli bədii təhsilin görkəmli təşkilatçısı uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti üçün kadr hazırlığı prosesinə rəhbərlik edən sanballı alimin qələminin hələ ki, son  məhsuludur. Sözügedən  kitabda 90 yaşlı qocaman bədii təhsil ocağının müxtəlif sahələrinin inkişaf xüsusiyyətləri öz əksini tapıb. Burada milli bədii təhsilin tarixi inkişaf mərhələləri 90 illik şərəfli yolun uğurları konteksində "Azərbaycanda peşəkar teatr təhsilinin yaranması inkişaf mərhələləri", "Aktyor, rejissor teatrşünas kadrların hazırlığının yeni mərhələsi", dövrün ictimai sifarişi zəminində "Ekran sənətlərinin tədrisi", "ADMİU-da musiqi təhsili"-püxtələşmə dövrü bugünü, "Azərbaycanda ilk ali rəssamlıq təhsili", "Tədris prosesində ictimai-humanitar elmlərin rolu", "Kulturologiya yeni elm tədris sahəsi kimi", "ADMİU-da tədris prosesinə yaradıcılığa xidmət edən qurumlar", "Universitetimiz dünya meridianlarında" adlı hissələrdə araşdırılır. Təqdirəlayiq haldır ki, müəllif milli bədii təhsilin tarixini, onu istiqamətləndirmiş formalaşdırmış görkəmli sənətkar-pedaqoqların pedaqoji fəaliyyətini ümumi şəkildə araşdırmır, hər bir sənət sahəsinə, hər bir pedaqoq-sənətkara xüsusi obyektiv bir münasibət nümayiş etdirir.

Müəllif milli bədii təhsilin ilkin inkişaf mərhələsindən danışarkən yazır ki, yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlanğıcını 1923- ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, Milan Kiyev şəhərlərində təhsil almış, opera sənətimizin ilk professional müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın təklifi təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş onun inkişafında xidmətləri olmuş sənətkarlardan Ə.Haqverdiyev, C.Cabbarlı, H.Cavid, A.M.Şərifzadə, Ü.Rəcəb, M.Kirmanşahlı, A.Tuqanov, R.Sarabski başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində F.Qədri, R.Əfqanlı, Ş.Şeyxov, H.Qafqazlı, sonrakı illərdə Ə.Bədəlbəyli, Ə.Ələkbərov, Ə.Şərifov, G.Həsənova, N.Zeynalova başqa tanınmış sənətkarlar olmuşlar.

T.Əfəndiyev ADMİU-nun 90 illik yubileyinə həsr etdiyi   "Mədəniyyət İncəsənətimizin məbədgahı" adlı kitabında milli bədii təhsilin tarixini yazarkən tarixilik, müasirlik aspektlərini bir-birindən ayırmır tədris ocağının təməli səciyyələrinin heç birini nəzərdən qaçırmır. Kitabın bütün fəsilləri maraqla oxunulur. Həm teatr kino sənətini tədris edən pedaqoqlar, musiqi təhsilinin nümayəndələri, həm rəssamlıq kulturologiya tədris sahələrinin təmsilçiləri bu sənətləri öyrənən tələbələr hər sahənin müxtəlif dövrlərdəki tədris prosesinin mürəkkəb mərhələləri ilə tanış olur, müəllifin bədii təhsil tarixinin çətin çağlarına obyektiv münasibətinin şahidinə çevrilirlər. Bir sözlə, səkkiz hissədən ibarət olan bu kitabın hər bir hissəsi milli bədii təhsil tarixinə dərindən bələd olan təəssübkeş  bir alimin təhsil prosesini ölkənin mədəni-ictimai hadisələri fonunda orijinal araşdırmasıdır bədii təhsil tarixini bu günümüzün müstəvisində obyektivliklə canlandırmasıdır. Sözügedən kitabda 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılmasından, o dövrdə burada dərs deyən görkəmli sənətkarların pedaqoji fəaliyyətindən tarixi-xrolonoji ardıcıllıqla söz açılır. 1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılır ölkəmizin teatrları üçün kadr hazırlığı prosesi getdikcə daha da intensivləşir. 1991-ci ildə isə institutumuz Azərbaycanın ali məktəbləri içində ilk olaraq universitet statusunu qazanır.

İxtisasıma fəaliyyət sahəmə uyğun olaraq küll halında çox maraqla oxunulan bu kitabın "Azərbaycanda peşəkar teatr təhsilinin yaranması inkişaf mərhələləri", eyni zamanda "Aktyor, rejissor teatrşünas kadrların hazırlığının yeni mərhələsi" bölmələrinin üzərində dayanacağam. T.Əfəndiyev  əsərində xüsusi olaraq qeyd edir ki, Azərbaycanda Bakı Teatr Məktəbi yarandığı zaman (1923- il) artıq milli teatr sənəti kifayət qədər uzun səmərəli tarixi inkişaf yolu keçmiş, çox uğurlu qüdrətli aktyorluq məktəbi formalaşmışdı. Bu mənada, belə bir faktı qeyd edə bilərik ki, Bakı Teatr Məktəbi "quru yerdə" yaranmamışdı, milli teatr prosesinin estetik platforması üzərində bərqərar olmuşdu. Bir həqiqəti qeyd etmək zəruridir ki, Azərbaycanda teatr təhsili sistemi, daha konkret desək, Teatr Məktəbi dövrün sosial-mədəni ictimai-siyasi tələbi ilə yaradılmışdı". Müəllif yazır ki, "o vaxt teatrın yaradıcılıq həyatının kökündən dəyişilib yenidən qurulması üçün rejissor mədəniyyəti, aktyor təhsili məsələləri günün vacib şərti kimi irəli sürülürdü. Onu da qeyd edək ki, Bakı Teatr Məktəbi yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk teatr təhsili ocağı idi. Bu məktəb eyni zamanda Qafqaz Orta Asiya xalqlarının mədəni inkişafında, teatr sənətinin professional mərhələyə keçməsində əvəzsiz xidmətlər göstərmişdir.

1945-ci ildə Bakı Teatr Məktəbinin əsasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. İnstitutun direktoru respublikanın əməkdar müəllimi M.Musayev oldu. O, 1959-cu ilə qədər bu təhsil ocağına rəhbərlik etdi. Bu illərdə institutda "Aktyorluq", "Rejissorluq" fakültələri fəaliyyət göstərirdi. Eyni zamanda, burada "Aktyor rejissor sənəti", "Teatrşünaslıq", "Dil ədəbiyyatşünaslıq" başqa kafedralar da təsis edildi. "Aktyor rejissor sənəti" kafedrasına professor R.Təhmasib, "Teatr tarixi" kafedrasına dosent A.Mudrov, "Ədəbiyyat" kafedrasına filologiya elmləri doktoru, professor Ə.Sultanlı rəhbərlik etməyə başladılar. Görkəmli Azərbaycan rejissorları A.İsgəndərov, M.Məmmədov, M.Haşımov, dramaturqlardan S.Rəhman, filoloq alimlərdən M.C.Cəfərov pedaqoji işə cəlb edildilər. Qısa müddətdə bu ali məktəbdə 7 professor, 3 dosent, 4 baş müəllim, xalq artistləri, əməkdar artistlər, əməkdar incəsənət xadimləri dərs deməyə başladılar.

Müəllif milli bədii təhsil prosesində böyük xidmətləri olan xalq artisti K.Ziyanın xalq artisti,  professor R.Təhmasibin misilsiz xidmətlərini böyük ehtiramla qeyd edir.

 T.Əfəndiyev qeyd edir ki, "1953- ildə "Teatrşünaslıq" ixtisası üzrə ilk buraxılış oldu. Məzunlar arasında görkəmli şair dramaturq H.Cavidin qızı Turan Cavid vardı. T.Cavidin həyatı fəaliyyəti universitetimizlə sıx bağlı olmuşdur. O, uzun illər "Azərbaycan teatrı tarixi"ndən dərs demişdir. Onun pedaqoji fəaliyyəti böyük səmərə vermiş, "Teatr tarixindən səhifələr", "Kazım Ziya haqqında xatirələrim", "Bir aktyorun rol dəftərçəsi" əsərləri, habelə "Azərbaycan teatr tarixi" adlı tədris proqramı tələbələr üçün əyani vəsait rolunu oynamışdır". Müəllif böyük hörmət ehtiramla SSRİ xalq artisti, rejissor A.İsgəndərovun, SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor M.Məmmədovun, görkəmli rejissorlar xalq artistləri M.Haşımovun, T.Kazımovun, Z.Nemətovun, A.Kazımovun,  C.Səlimovanın, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, teatrşünas-alim C.Cəfərovun, professorlardan M.Allahverdiyevin, İ.Kərimovun, R.Sadıxovun, İ.Rəhimlinin, İ.İsrafilovun başqalarının pedaqoji ustalıqlarını təhlil edir.

T.Əfəndiyevin   "Mədəniyyət İncəsənətimizin məbədgahı" əsərini oxuyarkən, görürük ki, milli bədii təhsilin tarixində imzası olan heç kim unudulmayıb, heç kimyaddan çıxmayıb...

"Müstəqilliyimizin  ilk mərhələsində bütün sahələrdə olduğu kimi teatr təhsili sistemində ciddi çətinliklər özünü göstərməyə başlamışdı. Bu zaman İncəsənət İnstitutu artıq universitet statusu qazanmışdı. Universitetin yenidən qurulması təkmilləşməsi prosesi başlandı: yeni kafedralar açıldı, elmi-tədqiqat metodiki işlərin miqyası böyüdü, təzə ixtisaslar yaradıldı tədris prosesinin inkişafı özünü həm "Sənətşünaslıq", "Aktyor sənəti", "Rejissor sənəti" fakültələrinin yenidən təkmilləşdirilməsi istiqamətində göstərdi".

Müəllif çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən, öz yaradıcılığında milli teatr ənənələri ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini üzvi şəkildə birləşdirən rejissorlardan Vaqif İbrahimoğlu Azər Paşa Nemətin   pedaqoji fəaliyyətini xüsusi dəyərləndirir.

Universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyada teatr təhsilinin tədrisi təcrübəsinin öyrənilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, eyni zamanda, mədəniyyət mərkəzi yeni rejissor, aktyor, teatrşünas kadrlar yetişdirən müəssisə kimi məhsuldar işləməkdədir. Azərbaycanda mədəniyyət siyasətinin, incəsənətin tədrisinin düzgün qurulmasında, milli mədəniyyətin inkişafında, mədəni irsimizin qorunmasında, onun tələbələrə, gənc nəslə ötürülməsində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin xidmətləri danılmazdır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından, teatr sənətinin inkişafına yönəlmiş Prezident Sərəncamlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi siyasətinin bir qolu da, heç şübhəsiz ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində teatr təhsilinin düzgün təşkili professional şəkildə tədrisi prosesi ilə əlaqədardır.

Bu gün müasir milli bədii təhsilin görkəmli simalarından olan T.Əfəndiyev 90 yaşlı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti onun müəllim-professor heyəti ilə  mədəniyyət yoluyla inamla, qətiyyətlə irəliləməkdədir. Bəli, tariximizin görünməyən, sezilməyən çağlarından başlayıb sonsuzluğa qədər uzanan bu ulu yolla Timuçin müəllim tək irəliləmir. Bu gün Azərbaycan incəsənətinin bütün sahələrini təmsil edən ən görkəmli sənətkarlar onunla birlikdə  çətin şərəfli yolun  yolçularıdır. Onun erkən yaşlarından müəyyənləşdirdiyi İdeal var. Həmin İdeal milli mədəniyyət incəsənətin milli köklərlə üzvi bağlılıqda, dünya standartlarına uyğun istiqamətdə inkişafıdır. Aydın məsələdir ki, bu İdealın qayəsi əbədi hərəkət olduğuna görə ona çatmaq, yetmək mümkün deyil, amma hərəkət, inkişaf naminə gündəlik işlər görmək insandan işgüzarlıq, iradə, sağlam düşüncə bir ki, doğma mədəniyyətə, incəsənətə sonsuz bağlılıq, sevgi tələb edir. İllər boyu Timuçin Əfəndiyevlə mədəniyyət yolunu gedənlərə, sıx təmasda olanlara onun sadalanan keyfiyyətlərə sahib olması bəllidir hamıya o da aydındır ki, bu İdealın formalaşmasında böyük sənətkar, Azərbaycan milli sənət düşüncəsinin qoruyucusu, milli mədəniyyət incəsənətimizin təəssübkeşi İlyas Əfəndiyevin rolu misilsizdir. Rektor vəzifəsinə təyin edilən gündən Timuçin Əfəndiyev hər şeydən öncə yeni statusunun səviyyəsini məsuliyyətinin miqyasını dərk etdi. Özü üçün müəyyənləşdirdi ki, mədəniyyət incəsənət qarşısında borc bildiyi işləri görməlidir. Bu gün onun gördüyü işlərin praktiki nəticəsini asanlıqla göstərmək olar. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində rektor vəzifəsində çalışan Timuçin Əfəndiyev vaxtilə yalnız 9 ixtisasda kadr yetişdirən, dövlət ali məktəbləri sırasında nüfuzu o qədər yüksək olmayan İncəsənət İnstitutunu mədəniyyət incəsənət üçün 38 (!) ixtisasdan çox kadr hazırlayan, xarici ölkələrdən öyrəncilər qəbul edən, beynəlxalq aləmdə diplomu tanınan, özünün aspiranturası, doktoranturası, müdafiə şurası, muzeyi, nəşriyyatı, elmi-nəzəri jurnalları, müstəqil "Tədris Teatrı", müasir tədris korpusları s. olan yüksək statuslu Universitet səviyyəsinə yüksəltmişdir. Mədəniyyət incəsənətimizin aktual tələb ehtiyaclarını ödəmək məqsədilə rektor Azərbaycanda bu vaxta qədər olmayan "Balet sənəti", "Kino rejissorluğu", "Televiziya rejissorluğu", "Kinooperatorluq", "Xalçaçılıq", "Modaçı rəssam", "Reklam işləri üzrə rəssam", "Teatr kino rəssamı", "Estrada rejissorluğu" bir çox başqa ixtisasları tədris edən fakültələri açmışdır.

Ta qədimdən akademik çevrələrdə "öyrədərək öyrənirəm" şüarı məlumdur. Maarifçilik yolunu müəllimlikdən başlayan Timuçin Əfəndiyev "öyrətməyin" ən yuxarı pilləsinə - elmlər doktoru professor səviyyəsinə yüksələndən sonra da öyrənmək həvəsini itirməyib. Elmi iddialarını gənclik illərində yazdığı "Cavidin ideyalar aləmi" "Azərbaycan dramaturgiyasında tarixilik bədiilik" adlı əsərlərində bəyan edən yüksək səviyyədə təsdiqləyərək elmlər doktoru dərəcəsinə yetən T.Əfəndiyev bir çoxları kimi bununla kifayətlənə bilərdi. Amma o, yeni elmi sahələrlə maraqlanır, aşkarladığı yeni problemləri öyrənir, araşdırır 50-ə yaxın kitabında, 400-dən artıq məqalədə əldə etdiyi qənaətləri oxucuları - öyrənciləri ilə səxavətlə bölüşür. Öyrəndiyi bilgilər artdıqca üzərində düşündüyü mətləblər çoxalır. Timuçin Əfəndiyevin elmi düşüncələrinin məhsulu olan "Azərbaycan mədəniyyəti incəsənəti", "Azərbaycan dramaturgiyasında metodlar", "Böyük dramaturq", "XVIII əsr rus teatrı", "Ukrayna Belarusiya teatrı", "Antik ədəbiyyat", "Rus teatrı", "Cəfər Cabbarlının romantik dramları", "Romantik dramaturgiyada tarixilik bədiilik", "Azərbaycan kino tarixi oçerkləri", "Heydər Əliyev milli-mənəvi dəyərlərimiz" (2010) "Mədəniyyətdə tarixilik müasirlik" (2011) adlı əsərləri, monoqrafiyaları onun öyrəndiklərinin parlaq əksi olaraq öyrənmək istəyənlər üçün əvəzsiz elmi qaynaq kimi dəyərləndirilir.

Səlahiyyət sahibi olduğu gündən  Timuçin müəllim zahiri çox sadə, amma gerçəkləşdirilməsi uzun illər tələb edən konseptual proqramının yeni tədris modelini açıqlamışdı. Bu modelin səciyyələri aydın konkret idi: -nəzəriyyəçilər tədris proqramlarını bədii yaradıcı məqsəd vəzifələrə uyğunlaşdırmalıdırlar; -yaradıcı kafedraların müəllimləri tədris prosesini elmi-nəzəri əsaslarla zənginləşdirməlidirlər; -Universitetin inzibati strukturunun fəaliyyəti göstərilən vəzifələrin təmin olunmasına yönəlməlidir. Etiraf etmək lazımdır ki, üçüncü səciyyə tez bir zamanda praktiki təzahürünü tapdığı halda, birinci ikinci bəndlərin gerçəkləşdirilməsi xeyli zaman zəhmət tələb etdi. Bunun səbəbi əski təcrübədən qaynaqlandığından, T. Əfəndiyev demək olar ki, sıfırdan başlamalı oldu. İllər lazım oldu ki, universitein istedadlı məzunları professor-müəllim heyətinin aparıcı qüvvəsinə çevrilərək T. Əfəndiyevin konsepsiyası üzərində qurulmuş tədris prosesinin əsas istiqamətlərini müəyyənləşdirməyə qadir olsunlar. İllər lazım oldu ki, yaradıcı kafedralarda dərs deməyə dəvət olunmuş görkəmli sənətkarlar yaradıcı peşələrinin nəzəri əsaslarını da tələbələrə öyrətməyə başlasınlar. T. Əfəndiyevin illərcə əvvəl tərtib etdiyi nəzəri modelin konkret təzahürünü bu gün Universitein Elmi Şurasının tərkibində görmək olar: çiyin-çiyinə çalışan nəzəriyyəçilər praktiklər, sanballı alimlər görkəmli sənətkarlar, təcrübəli pedaqoqlar gənc müəllimlər Azərbaycanda bədii təhsilin görkəmli təşkilatçısı rektor T. Əfəndiyevin rəhbərliyi ilə üç başlıca məqsəd uğrunda çalışırlar - elm sənət sintezi, novatorluq keyfiyyətli tədris prosesinin dinamikası bu günkü ADMİU-nun "siması" müəyyənləşdirir. Bu gün, ömrünün müdriklik zirvəsində tələbələrlə, magistr aspirantlarla canlı ünsiyyətdən yorulmayan Timuçin Əfəndiyev gələcək teatrşünaslara dərs deyir, öyrədir adətinə görə öyrənir. Bəlkə bundadır T.Əfəndiyev düşüncəsinin mütəhərrik olmasının sirri?!

T.Əfəndiyevin "Mədəniyyət İncəsənətimizin məbədgahı" adlı kitabı isə milli bədii təhsilin təntənəsindən xəbər verməklə, XXI əsrin milli bədii təhsil sisteminin möhkəm zəmin üzərində, güclü tarixi dayaqlara söykənərək bərqərar olunmasına gələcəyə inamla yönəlməsinə dəlalət etməklə yanaşı, eyni zamanda 90 yaşlı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə əvəzsiz bir yubiley töhfəsidir.

 "... Şəriət, təriqət yoldur gedənə, Mərifət, həqiqət ondan içəri..."

YUNUS İMRƏ

Universitetimizin 90 illik yubiley təntənələri konteksində professor Timuçin Əfəndiyevin milli bədii təhsil sahəsində göstərdiyi fəaliyyət haqqında düşünəndə gözümüzün önündə ilkin olaraq uzun bir YOL obrazı yaranır. İnsanların yaranışından qədəm basdığı ulu yollardan biri onu "MƏDƏNİYYƏT" adlanan nəhəng bir məkana gətirib çıxartdı. Mədəniyyət məkanının da öz yolları olduğu üçün öz qaydaları, öz mütləq şərtləri, öz tarixi, öz poeziyası öz elmi var. Yer üzündəki bütün mövcud yolların inikası olan mədəniyyət yollarının bir çox səciyyələri onlarla üst-üstə düşür. Yalnız bir fərq mövcuddur - mədəniyyət yollarında təsadüfi yolçular olmur! Timuçin Əfəndiyevin  ADMİU-nun mötəbər müəllim-professor heyətinin MƏDƏNİYYƏT YOLUnun yolçusu olması isə Universitetin bugünkü panoramı fonunda heç şəksizdir.

 





19.12.2013    çap et  çap et