525.Az

Angela Merkeldən demokratiya dərsi


 

Angela Merkeldən demokratiya dərsi<b style="color:red"></b>

Almaniyanın baş naziri Angela Merkel Afina səfəri çərçivəsində onu “Rədd ol....” sözləri ilə təhqir edən yunanlara xoş münasibət göstərib. 

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın "Məni də təhqir edirlər" deyərək BMT-də söylədiyi fikrindən sonra Almaniyanın baş naziri Angela Merkel də buna bənzər açıqlama verib:

“Şiddətə əl atmadan hər kəs öz fikrini söyləyə bilər. Malta, Yunanıstan, İspaniya, İsveç bir-birlərindən fərqli ölkələrdir. Hər bir ölkənin ayrılıqda söz, fikir, mətbuat və din azadlığı var. Bu Avropa Birliyinin də əsas konsepsiyası hesab olunur”.

Yunanların etirazlarına müsbət reaksiya verən Almaniyanın baş naziri onların öz hüquqlarından istifadə etdiklərindən məmnun olduğunu dilə gətirib: 

“Nə yaxşı ki, Yunanıstanda insanların fikir söyləmək, etiraz etmək və s bu kimi haqları var. İnsanlar küçələrdə toplaşaraq heç bir zorakılığa məruz qalmadan öz etirazlarını bildirdilər. 34 il insanların hüquq və azdlıqlarının tapdalandığı Şərqi Almaniyada yaşadığım üçün bunun nə olduğunu daha yaxsı bilrəm”.

 





15.10.2012    çap et  çap et