525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- Protestant məzhəbi


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">Protestant məzhəbi</b>

İdris ABBASOV

 

"Protestant" kəlməsi "qarşı çıxan, etiraz edən" mənasını verir. XVI əsrdə Martin Lüter (1489-1546) Roma Katolik Kilsəsinin günahları bağışlaması, bunu maddi bir qaynaq halına gətirməsi, Müqəddəs Kitabın izahı hökm çıxarmağı öz inhisarında tutması, ayin dilinin latınca olması kimi xüsuslara qarşı öz etirazını bildirdi. Etiraz edənlər öz görüşlərini açıqlayaraq müxtəlif protestant kilsələrinin əmələ gəlməsinə zəmin yaratdılar. Aralarında bəzi fərqli cəhətlər olmaqla protestant məzhəblər bəzi ortaq xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

1. Papanın avtoritetini yanılmazlığını rədd edir, xristianlığı bilən hər kəsin avtoritet olduğunu qəbul edirlər.

2. Kilsənin Müqəddəs Kitabı təfsir etmə səlahiyyəti yoxdur. Hər bir xristian Müqəddəs Kitabı şərh edə biər. Müqəddəs Kitab əsasdır. İbadətin böyük bir hissəsini təşkil edən vəzlər Müqəddəs Kitabdan çıxarılır.

3. Sakramentlərdən ilk ikisini (vəftiz, evharistiya) qəbul edirlər. Bir qism evharistiya ayininə xatirə yeməyi kimi baxdığı halda digərləri onu İsanın canı qanı kimi qəbul edirlər. Günah etirafının məcburiliyini kilsə mənsublarının günah çıxarma səlahiyyətinə sahib olduğunu qəbul etmirlər.

4. Kilsələrdə rəsm heykəllərə yer verilmir.

5. Anqlikanlar istisna olmaqla, xaç gəzdirməz xaç çəkmirlər.

6. İbadət ayinlər ana dilində icra olunur. Vəzlərə ayin ibadətlərin bir bölümü kimi baxırlar.

7. Ərafa əbədi cəzaya inanmırlar.

8. Məryəmə önəm vermirlər.

9. Əzizləri qəbul etməyərək onlar üçün kilsələrdə xüsusi ayinlər icra etmirlər.

10.  Təslis (üçləmə) bütün digər xristian kilsələrində olduğu kimi bütün protestantlarda da vardır.

11. Protestant kilsələr Lüteran, Anqlikan, Reformist kilsələrə ayrılsa da, Metodist, Konqreqasyonalist kimi müstəqil kilsələr vardır. Ayrıca protestant dünyasında Adventistlər, Mormonlar kimi bir sıra dini hərəkatlar da meydana çıxmışdır.

 

Monofizit kilsələr

 

Arianizmin ortaya çıxmasından bir müddət sonra Nestoryanizm kimi tanınan məzhəbin ucbatından kilsə yeni bir problemlə üzləşdi. IV əsrdə meydana çıxan bu məzhəbin qurucusu Nestorius İsada tanrılıq insanlıq ünsürlərinin ayrı-ayrılıqda mövcud olması fikrini irəli sürərək insanlıq ünsürünün üstün olduğunu iddia etdi. O, Məryəmi Theotokos (tanrı daşıyan) deyil, anthropotokos (insan daşıyan) kimi səciyyələndirdi. Nəsturilik az da olsa bu gün Türkiyənin cənub-şərqində öz varlığını qorumuşdur. Nestoryanizmə  bir təzyiq olaraq meydana çıxan monofizitizm kilsəni yeni bir problemlə üzləşdirdi. İskəndəriyyə patriki Kiril (ö.444- il) Efes Məclisi vasitəi ilə Nestoriusu aforoz edərək İsada yalnız ilahilik ünsürünün mövcudluğunu irəli sürdü. Kirilin fikirləri ilə ortaya çıxan monofizitizm müxtəlif mərtəbələr aşdıqdan sonra I İstinyanosun hakimiyyəti illərində (527-565) bu günkü şəklinə gəldi. Ömrünün sonlarına doğru İstinyanosun monofizitizmə qarşı çıxdığı söylənilir. İmperatoriça I Theodora isə monofizitizmi dəstəkləyənlərin başında durmuşdur. Monofizit hərəkatın əsas missioneri Urfa piskoposu Yaqub əl-Baradaidir (Jacob Baradaeus, Jacques Baradai, siryanicə Yaqub Bar-Addai, ərəbcə Yaqub əl-Bərdai). Onun sayəsində monofizitizm Anadoluda Orta Şərqdə yayılmış bu səbəblə suriyalı monofizitlər Yaqubi adını almışdır. Monofizit kilsə Suriya, Qibti kilsəsi adı ilə Misir, Həbəş kilsəsi adı ilə Həbəşistanda yayılmışdır.

Yeni teoloji fikirlər irəli sürməkdən daha çox müxtəlif inancları sinkretik bir şəkildə uzlaşdırmağa söykənən erməni kilsəsi III əsrin birinci yarısında meydana çıxmışdır. Coğrafi yerləşməsinə görə piskoposluq mərkəzlərindən uzaq düşdüyündən erməni kilsəsi məclislərdə, yaxud toplantılarda qəbul edilən bir çox qərarlardan yetərincə xəbərdar olmamış, nəticədə müxtəlif zamanlarda müxtəlif qərarları tətbiq etmək durumunda qalmışdır. Erməni kilsəsindəki eklektik (bir-birinə zidd olan fikir nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi) quruluşun arxasında duran ən önəmli səbəb budur. Bir millət kimi xristianlığı kollektiv şəkildə qəbul edən ilk kütlə ermənilərdir. 301-ci ildə baş verən bu hadisə hər şeydən əvvəl kilsənin ənənəvi qurucusu Əziz Qriqorinin missioner fəaliyyətləri sayəsində gerçəkləşmişdir. İznik, İstanbul Efes məclisini qəbul edən erməni kilsəsi Qadıköy məclisini tanımır digər məclislər haqqında da fikir bəyan etmir. Bu kilsə doktrina cəhətdən eklektikdir. Müqəddəs Ruhun haradan çıxdığı barəsində ortodoks görüşlə paraleldir. İsanın tək təbiətinə (ilahi təbiət) inandığı üçün monofizitdir. Ərafı qəbul etməməklə katoliklikdən ayrılır, amma ölülərə dua etmə mövzusunda katolik erməni kilsəsi arasında heç bir fərq yoxdur. Erməni kilsəsi sakramentlərin yeddisini qəbul etməklə yanaşı yağ sürtmə sakramentini tətbiq etmir. 1198-ci ildən bəri bu kilsə katolik dünyası ilə əlaqəyə girməsi nəticəsində katolik erməni kilsəsi qriqoryan erməni kilsəsi olaraq ikiyə bölündü. XIX əsrdən etibarən missioner fəaliyyətlərinin nəticəsi olaraq protestant erməni kilsəsi adı ilə müstəqil bir kilsə ortaya çıxdı. Qriqoryan erməni kilsəsi millidir. Ermənilərdə kilsə ilə millət -içə girmişdir. Ruhani başçı "katolikos" (millətin təmsilçisi anlamında) adlandırılır. Erməni kilsəsinin mərkəzi Yerevan yaxınlığındakı Eçmiədzindədir. Eçmiədzin İsanın endiyi yer anlamındadır. Kilsənin Petrus tərəfindən deyil, İsanın göndərdiyi həvarilər tərəfindən, dolayısı ilə İsa tərəfindən qurulduğunu qəbul edirlər. Buna görə papanın liderliyini bir ehkam kimi qəbul etmirlər. Bu gün qriqoryan ermənilərin Eçmiədzində Beyrutda katolikoslukları; İstanbul Qüdsdə patriklikləri vardır. Qriqoryan ermənilər təşkilatlanmış kilsə iyerarxiyasına malikdir. Kilsə iyerarxiyası belədir: Diyakos (papaz yardımçısı), papaz (priest), piskopos (bishop), patrik katolikos. Ayrıca vartabetlər (akademik ünvana sahib, evlənməmiş papazlar) vardır.  Piskopos piskopos namizədləri evlənə bilməz. Patrik katolikoslar subaydır. 1830-cu ildə Fransanın vasitəçiliyi ilə İstanbulda katolik erməni kilsəsi, Amerika İngiltərənin dəstək himayəsi ilə 1847-ci ildə protestant erməni kilsəsi rəsmən təşəkkül tapmışdır. Bu gün dünyada qriqoryan ermənilərdən başqa, katolik protestant ermənilər vardır. Türkiyədə böyük əksəriyyəti İstanbulda olmaqla 45-50 min civarında erməninin olduğu söylənilir.

Yəqubi deyə adlandırılıb nəsturi məlkit kilsələrindən fərqli bir quruluşa malik olan siryanilər özlərini ilk xristian ən əski "ortodoks" bir qrup kimi səciyyələndirən monofizit bir kilsədir. İbadətlərini siryani dilində yerinə yetirirlər. Günümüzdə Türkiyədə siryani kilsəsinə mənsub olanların sayı 25.000 civarındadır. Yeni patrikləri Şamda seçilmiş "Antakya patriki" adı ilə adlandırılmışdır. Allaha, mələklərə, vəhy yolu ilə gələn kitablara, peyğəmbər rəsullara, ölüm qiyamətə, cənnət cəhənnəmə, şeytanın insanın düşməni olduğuna, iradə azadlığına, Allahdan heç bir şər gəlmədiyinə inanırlar. Siryanilərin mənimsədiyi təməl dini prinsiplər bunlardır: Allaha iman, qiyamət günündən sonra İsa ilə bərabər əbədi həyat səadətə qovuşmaq ümidi ilə yaşamaq, hər kəsi sevmək. Həvarilərdən gəlmə üç dini rütbə dərəcəsi vardır: a) diyakosluq: oxuyucu, baş diyakos, baş diyakos rəhbəri. b) keşişlik (papazlıq): keşiş, horepiskopos (baş papaz). c) yepiskopluq: yepiskop, metropolit, mafiryan (patrik köməkçisi), patrik. Yeddi vaxt namazları vardır. İldə beş oruc pəhriz vardır. Ruhaniərdən diyakos papaz sinfindən olanlar evlənə bilər. Subay ikən bu rütbələri almaq mümkün deyildir. Diyakosluqdan diyakos başqanlığına qədər yüksələnlər həyat yoldaşı öldükdə evlənə bilər. Papaz sinfindən olanlar arvadı öldükdən sonra evlənə bilməzlər. İstefaya getdikdə isə evlənə bilər. İşlənən günaha görə maddi-mənəvi cəzalar verilir. Maddi cəza kilsələrə, xəstəxanalara, xeyir yerlərinə yardım şəklindədir. Mənəvi cəza isə namaz orucla yerinə yetirilir.

 

Digər Xristian Məzhab qrupları

 

XVI əsrdə Papa X Leon Sent Pyer kilsəsinin qurulmasında vəsait sıxıntısı çəkdiyindən indulgensiya kağızları çıxararaq xristianların maddi imkanlarını talamağa başladı. Kilsəyə tərs düşən elm adamlarına qarşı sərt tədbirlər görülürdü. Onlar dinsizlikdə ittiham olunaraq inkvizisiya məhkəmələrinə məruz qalırdılar. Katolik kilsəsinə qarşı başlayan reform hərəkatı yeni bir məzhəbin doğmasına yol açmışdır. XV əsrdə başlayıb bu günə qədər davam edən protestantlıq bu hərəkatın nəticəsidir. Bu gün müxtəlif məzhəb, qrup firqələr ortaya çıxmaqda, ətrafına tərəfdarlar toplamaqdadır. Lüterlə başlayan reform hərəkatının nəticələri belə sadalana bilər: kilsənin dedikləri tənqid edilə bilər; yanılmaz bir avtoritet yoxdur xristianlığı bilən hər kəs avtoritetdir (Kilsə öndə olmaqla bərabər milli kilsələr önəmli bir mövqeyə sahibdirlər); rahiblər sinfi evlənmək haqqına sahibdir. Katolik kilsəsinin sərt doqmatik davranışlarına qarşı çıxan protestantlıq əslində xristianlığı donuqluqdan qurtararaq dövrün tələblərinə uyğnlaşdırmışdır.

Xeyli sayda məzhəb qruplara örnək olaraq xristian qruplardan bəzilərini nəzərdən keçirək:

 

Ebiyonitlər

 

Yəhudi əsilli ilk xristianlardan bir qrupun üzvləridir. Ebiyonit kəlməsi ibrani dilində "yoxsul, fəqir" deməkdir. Düşmənləri onları alçaltmaq üçün bu adı işlətmişdirlər. Onlar İsanın tanrılığını rədd edir, İsanın qardaşı Yaqubu (Yakobs) qəbul edirlər. Yəhudi ayin ibadətlərini yerinə yetirirlər. Bazar gününü qəbul etməklə yanaşı şənbə gününü qeyd edirlər. İsanı son yəhudi peyğəmbəri kimi tanıyır, fəqət Məsih olduğunu qəbul etməkdə tərəddüd edirlər. Ebiyonitlərin V əsrə qədər yaşadıqları irəli sürülür.

 

Marunilər

 

Kökü V əsrdəki kristoloji problemlərə gedib çıxan digər önəmli məzhəb 423- ildə ölən suriyalı keşiş Maronun qurduğu Marunilikdir. İsada mövcud olan insani ilahi iradənin ayrılmaz şəkildə bir-birinə qarışmış olduğunu qəbul etdikləri üçün əslində monoteist olan marunilər xaç yürüşlərindən sonra Roma ilə təmas qurmağa başladılar. 1445-ci ildə Florensiya Məclisindən etibarən münasibətlər daha da inkişaf etdirildi marunilər katolik doqmalarını mənimsədilər. Marunilik Şərqdəki ən önəmli Uniat (məhəlli liturgiyaları davam etdirməklə yanaşı katolik təlimini mənimsəyənlər) kilsəsidir. Bu gün əksəriyyəti Livan, Kipr, Misir, Suriya, Fələstin Amerikada yaşayan 1.500.000-ə yaxın maruni katolikdir.

 (Ardı var)

 





19.12.2013    çap et  çap et