525.Az

İTV-nin əməkdaşı Bərdədə hücuma məruz qaldı


 

İTV-nin əməkdaşı Bərdədə hücuma məruz qaldı<b style="color:red"></b>

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Şöhrət Eyvazov Bərdə rayonunda pandemiya ilə bağlı süjet edən zaman hücuma məruz qalıb.

APA xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında bildirilir.

Məlumata görə, rayondakı apteklərin birində maskalarla bağlı vəziyyəti araşdırmaq üçün çəkiliş aparmağa aptekə daxil olan Ş.Eyvazova anidən aptek sahibi hücum edib. Çəkilişi əngəlləməyə cəhd göstərən aptek sahibi  tərəfindən Ş.Eyvazova və İctimai Televiziyanın əmlakına ziyan dəyib.

Zərərçəkmiş tərəfindən Bərdə rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, uzun illərdir İctimai Televiziya ilə cəbhə bölgəsi üzrə əməkdaşlıq edən Şöhrət Eyvazov Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabitdir. 

 





09.06.2020    çap et  çap et