525.Az

Əkbər Qoşalının "Karantin dövrü şeirləri" maraqla qarşılanıb - Foto


 

Əkbər Qoşalının "Karantin dövrü şeirləri" maraqla qarşılanıb - <b style="color:red">Foto</b>

Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının sosial media hesabı üzərindən paylaşdığı "Karantin dövrü şeirləri" həmkarları, şeirsevərlər və naşirlər tərəfindən maraqla qarşılanıb.

Onun, yeni nəsil qiraətçiləri Müşfiqə B.Baxşı, Ayna Məmmədli, Aliyə Kərim tərəfindən səsləndirilən müxtəlif şeirləri sosial mediada yayınlanıb, həmçinin, "Ulduz"un may sayında çap edilib. "Karantin dövrünün şeirləri" istedadlı gənc yazarlar - Rəhmət Babacan və Mirzohid Müzəffər tərəfindən özbəkcəyə, Erkinbek Serikbay tərəfindən qazaxcaya, Türkiyəli şair Coşğun Karabulut tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Karantin dövrü də daxil olmaqla, son günlər ədəbi əlaqələrini yeni dönəm gerçəkliklərinə uyğun şəkildə davam etdirən yazarla əlaqə saxlayıb, onun yaradıcılıq yenilikləri və beynəlxalq əlaqələri ilə maraqlandıq. Öyrəndik ki, Ə.Qoşalı həm bir sıra virtual konfrans və görüşlərə qatılıb, həm də yaradıcılıq örnəkləri qardaş ölkələrdə, habelə, Belçikanın "Atunispoetry.Com" ədəbi portalında, ingilis dilində yayınlanıb.

Beynəlxalq Türk Akademiyasının böyük qazax mütəfəkkir şairi Abayın 175 illiyi münasibətilə bugünlərdə Nur-Sultanda nəşr etdiyi, azərbaycanlı jurnalist Aida Eyvazlının dilimizə uyğunlaşdırdığı "Qara söz"ün həmredaktoru olan Əkbər Qoşalı, Orta Asiyadakı digər qardaş ölkə - Özbəkistanla da sıx ədəbi-ictimai əlaqələr içindədir. Qardaş ölkənin elm-təhsil ictimaiyyətinin nüfuzlu qəzetlərindən olan "Termiz Universiteti"nin 30 ilik yubileyi münasibəti ilə çap edilən xüsusi buraxılışda yazarımızın ürək sözləri təqdim olunub.

Ə.Qoşalı, həmçinin, X Şairlər Günü münasibəti ilə keçirilən, İLESAM başqanı Mehmet Nuri Parmaksızın moderatoru olduğu, istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoyun  xatirəsinə həsr olunan virtual konfransda çıxış edib.

O, bugünlərdə qardaş Tatarıstanın Yazıçılar Birliyinin təşəbbüsü ilə ənənəvi "Puşkin Poeziya Günləri"ndə də virtual olaraq iştirak və çıxış edib.

ŞAHANƏ

 





10.06.2020    çap et  çap et