525.Az

Gənclər Kitabxanası Baba Vəziroğlu ilə görüş təşkil edib


 

Gənclər Kitabxanası Baba Vəziroğlu ilə görüş təşkil edib<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Instagram" səhifəsində Əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş keçirib.

Kitabxananın təşkilatçılığı ilə keçirilən canlı yayında "Instagram" istifadəçilərinin sualları cavablandırılıb, mütaliə, şer sənətinin incəlikləri haqqında dəyərli fikirlər söylənilib.

Baba Vəziroğlu, ilk növbədə, öz kitabxana xatirələri, ilk mütaliə təcrübələri haqqında danışıb, mütaliənin, kitabın onun həyatında necə mühüm bir rol oynadığını dilə gətirib.

Qonaq, həmçinin, müasir gənc yazarlar haqqında dəyərli fikirlər söyləyib, şeir sənətinə yenicə qədəm qoyan gənclərə öz tövsiyələrini verib. Canlı yayım müddətində izləyicilərin xahişi ilə Baba Vəziroğlu müəllifi olduğu "Sevgi var ayrılıqdan güclüdür Vallah" və "Xatirədir" şeirlərini səsləndirib.

Sonda kitabxananın şöbə müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə təşəkkürünü bildirib, bu görüşün Baba Vəziroğlu yaradıcılığının vurğunları üçün xoş bir xatirə olacağını söyləyib.

 





10.06.2020    çap et  çap et