525.Az

"Yada düşdü" jurnalının növbəti sayı


 

"Yada düşdü" jurnalının növbəti sayı <b style="color:red"></b>

"Yada düşdü" jurnalının növbəti - 2020-ci ildəki ilk sayı işıq üzü görüb. Dərgi təsisçi və baş redaktor Nəzakət Məmmədovanın mərhum şair Fərqanə Mehdiyevaya həsr etdiyi "Dünya yaxşılarındır" yazısı ilə açılır. "Poeziyamızın Fərqanəsi" bölməsində yer alan məqaləni Şöhlət Əfşarın ona həsr etdiyi "Qələm ağlasın" elegiyası izləyir.

"Alim sözü" rubrikasında professor Qəzənfər Paşayevin dərginin baş redaktoru Nəzakət Məmmədliyə açıq məktubu dərc edilib. Şahanə Müşfiqin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla müsahibəsi də jurnalın oxucularına təqdim olunur.

Dərgidə, eyni zamanda, Əbülfət Mədətoğlunun unudulmaz sənətkar Lütfəli Abdullayeva həsr olunan "Üstümə düşən işıq", Elşad Qocanın mərhum müğənni Elşad Həsənov barədə qələmə aldıı "İki nəğmə birləşəndə, yaxud yada düşər xatirələr", Zemfira Məhərrəmlinin tanınmış yazıçı Gülhüseyn Hüseynoğludan bəhs edən "Təki ürəyin payızı geciksin" essesi yer alıb. Jurnalda ölməz şair Mikayıl Müşfiqin "Küləklər" şeirinə də yer verilib.

Bundan başqa, dərgidə Əli Nəcəfxanlının "Ömrü söz uğrunda girov qoyan şair - Məmməd Aslan", Şəmistan Nəzirlinin "Qacar sülaləsinin sərkərdələri" yazıları, Rafiq Hacıyevin "Əhsən sənə, Əhsən!.." portret romanı haqqında resenziya, Rübabə Şirinovanın "Torpaq uğrunda ölən varsa, vətəndir", İlqar İlkinin "Behrudi təlaşı" məqalələri, Bədirə Rza Həsənqızının  İmamverdi Ölməzə yubiley təbriki dərc olunub.

Jurnalda, həmçinin, Qənirə Paşayevanın, Mahcamalın, Musa Ələkbərlinin, eləcə də Güney Azərbaycan şairi İsmayıl Mədədi Osalının (Ülkər) şeirləri verilib.

Cavid QƏDİR

 





10.06.2020    çap et  çap et