525.Az

Rusiyada qanunları pozan miqrantların ölkəyə girişinə 10 il qadağa qoyulmasını təklif edib


 

Rusiyada qanunları pozan miqrantların ölkəyə girişinə 10 il qadağa qoyulmasını təklif edib<b style="color:red"></b>

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski Rusiyanın viza rejimi tətbiq etmədiyi ölkələrdən gələn və Rusiya qanunlarını pozan xarici ölkə vətəndaşlarının ölkəyə girişinin yasaqlandığı müddətin 10 ilə qədər artırılmasını istəyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, K. Romodanovski bu təklifi Dövlət Dumasında səsləndirib. O xatırladıb ki, bu yaxınlarda Dövlət Duması qanunları pozan əcnəbilərin 3 il müddətinə Rusiyaya girişinə qadağa qoyulması haqda norma qəbul edib: “Təklif edirəm ki, daha irəli gedək. Məsələn, ölkədə icazə verilən müddətdən qanunsuz olaraq yarım il çox qalanlara 5 illik qadağa, bir ildən çox qalanlara 10 il qadağa qoyulsun”.

 





20.12.2013    çap et  çap et