525.Az

Südabə Ağabalayevanın «Zamanla üz-üzə» monoqrafıyası işıq üzü görüb


 

Südabə Ağabalayevanın «Zamanla üz-üzə» monoqrafıyası işıq üzü görüb<b style="color:red"></b> "Karvan yolu, tənha yolçu...", "Vaxtın пә günahı" kitablarının müəllifi, R.Rza adına Beynəlxalq mükafatın laureatı, Bakı Slavyan Universitetinin Junalistika və Azərbaycan fılologiyası fakültəsinin baş müəllimi, "Azərbaycan" jurnalının ədəbi redaktoru, tənqidçi-publisist Südabə Ağabalayevanın "Zamanla üz-üzə" monoqrafıyası işıq üzü görüb. Monoqrafiya Xalq şairi Mirvarid Dilbaziyə həsr olunub.

Trend-in məlumatına görə, Xalq şairinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bu kitabda şairənin keçdiyi mürəkkəb həyat yolu onun yaradıcılığı müstəvisində araşdırılıb, nəsil şəcərəsi, ailə münasibətləri bədii-publisistik dillə oxuculara çatdırılıb.

Kitabda ilk dəfə olaraq vaxtilə şairəyə ünvanlanmış məktublar, eləсә də onun özünün doğmalarına, həmkarlarına yazdığı məktublar, bu günə qədər çap olunmamış bayatıları da yer alıb.

Mirvarid Dilbazi haqqında xatirələr, onun yaradıcılığına, ауп-ауп əsərlərinə həsr olunmuş bəzi maraqlı məqalə və resenziyalar da müəllifın nəzərindən qaçmayıb.

Bu kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 16 may 2012-ci il tarixli sərəncamına əsasən çap olunub.
 





20.12.2013    çap et  çap et