525.Az

Vladimir Putin Xodorkovskini əvf etdi


 

Vladimir Putin Xodorkovskini əvf etdi<b style="color:red"></b> Rusiya Prezidenti Vladimir Putin YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovskinin əfv olunması haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Sərəncamda deyilir: "İnsaniyyət prinsiplərini əldə rəhbər tutaraq, qərara alıram: məhkum edilmiş 1963-cü il təvəllüdlü, Moskva şəhərinin sakini Xodorkovski Mixail Borisoviç əfv edilərək azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunsun. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Cümə axşamı Rusiya Federasiyası Prezidenti illik böyük mətbuat konfransından sonra jurnalistlərə bildirib ki, Xodorkovski əfv edilməsi haqqında ərizə yazıb və yaxın vaxtlarda müvafiq sərəncam imzalanacaq. Prezidentin sözlərinə görə, Xodorkovskinin "vəziyyəti humanitar xarakterli hallara aiddir, onun anası xəstədir".

Xodorkovski 2014-cü ilin avqustunda azadlığa çıxmalı idi.
 





20.12.2013    çap et  çap et