525.Az

Üzərlik: cəhalət, yoxsa Tanrının lütfü?


 

Üzərlik: <b style="color:red">cəhalət, yoxsa Tanrının lütfü?</b>

Zaman keçdikcə, dövr dəyişdikcə, nənələrimizin, analarımızın bəzi davranışlarını yadırğayır, köhnəlmiş, lazımsız hesab edirik.

Bir vaxtlar insanlar üçün önəmli olan bəzi şeylər yeni nəsil üçün heç nə ifadə etmir. Hətta bəzən onlara gülür, məsxərəyə qoyuruq. Bunların bir çoxu da batil inanc hesab etdiyimiz davranışlardır. Üzərlik yandırmaq, tüstülənən üzərliyi qoxlamaq, başına hərləmək də bu kimi köhnə alışqanlıqlardandır. Nənələrimiz bunu ev-eşikdən mənfi enerjini qovmaq, bədnəzəri üstümüzdən uzaqlaşdırmaq üçün edirlər. Əlbəttə, texnologiya dövründə bu nədir danışırıq, elə deyilmi?

Xeyr, elə deyil. Adətən dövlətlər beyinə təsir edərək insanın davranışlarını dəyişmə gücünə sahib olduğundan bihuşedici bitkilərin qanunla istifadəsini qadağan edir, əkilib-becərilməsinə icazə vermir. Üzərlik də, əslində, bu qəbildən hesab edilə biləcək bitkilərdəndir. Hazırda Peruda din adamları üzərlik otunu Amazon meşələrində yetişən ayahuska bitkisi ilə qaynadaraq məhlul hazırlayır. Həmin məhlul insanın transa keçməsini təmin edir. Bu dini ayin dünyanın dörd bir yanında varlı insanların diqqətini çəkir. Bunun kimi bir çox örnəklər göstərə bilərik. Deməli, torpaqlarımızda öz-özünə yetişən və nənələrimizin xurafatının alətinə çevrildiyini hesab etdiyimiz bu bitki haqqında bilməli olduğumuz çox şey var.

Əvvəla onu deyək ki, üzərlik arxeoloqlar üçün səhrada su kimi bir şeydir, yol xəritəsidir. Hər hansı bir açıq ərazidə üzərlik otu yetişibsə, orda yerin altında mütləq arxeoloji bir mənbə olduğu düşünülür. Bunun birinci səbəbi qədim yaşayış yerlərinin bol fosforik torpaq qatına sahib olmasıdır. Çünki üzərlik fosforlu torpaqları çox sevir. Qəbristanlıqlarda ona çox rast gəlməyimizin səbəbi də elə budur. Ona görə ki, insan bədənində kalsiumdan sonra ən çox olan maddə fosfordur. Fosfor ən çox sümük və dişlərdə kalsiumla birlikdə, eyni zamanda əzələ sistemində və beyində olur. Fosforun azaldılması ilə beynin zehni yorğunluğu aradan qaldırılır və daha aydın düşünmək mümkün olur.

Demək belə çıxır ki, ta şamanlardan təkallahlı dinlərə qədər gəlib günümüzə çıxmış üzərlik bitkisinin gücünü yalnız iyirmi birinci əsrin gəncləri yadırğayıblar. Bütün dövrlərdə üzərlik insan beynini dincəldən, rahatlıq gətirən, yorğunluğu aradan götürüb təmiz düşünmə gücünü təmin edən bitki sayılıb.

Fosforu bol üzərlik bitkisinin insan beynini təmizləməsi və onun ruhunu dincəltməsi qədim dövrlərdə də müşahidə edilib. Günümüzdə də xalq təbabətində üzərlik otunun qaynadılaraq içilməsi və ya buxarını qəbul etmək üsulu ilə insanların əsəb xəstəliklərinin müalicəsi məqsədilə istifadə olunur. Üzərlik otunun qurudularaq yandırılması isə məişətdə ən geniş yayılmış istifadə üsuludur. Onun tüstüsü insan beyninə daha çox təsir göstərir.

Gəlin görək bu tüstünün beynimizə təsiri nədən ibarətdir? İnsan orqanizmində ruh molekulu adlandırılan dimetiltriptamin, yəni DMT hormonu var. Bu hormon alnın düz orta hissəsində yerləşən və insanın dərketmə, anlama qabiliyyətini təmin edən, ona yuxu gördürən, xəyal qurduran, ümid etdirən, altıncı hiss adlandırdığımız əvvəlcədən baş verəcək hadisələri hiss etmə gücünü verən epifiz vəzini aktivləşdirir. İnsanı robot olmaqdan xilas edən bu vəzi ilk 2 yaşda aktiv olsa da, zamanla korşalır, kirəcləşir və bununla da fəaliyyəti zəifləyir, yaxud tamamilə dayanır. Nəticədə isə insan daha qəzəbli, səbirsiz, anlayışsız və yersiz davranışlar sərgiləyir, yuxu rejimi pozulur, daha az yuxu görür, yaşama şövqünü itirir, düşüncələri isə daima qarmaqarışıq olur. Bəs, bu necə baş verir? Yediyimiz, demək olar ki, bütün paketlənmiş qidalarda, diş məcunlarının tərkibində florid maddəsi var. Həmin florid ki, epifiz vəzinin qatili hesab edilir. Bu cür qidalanmaqla bədənimizdə topladığımız florid maddəsi epifiz vəzini kirəcləşdirir və onun fəaliyyətini zəiflədir. İnsanın üçüncü gözü hesab edilən epifiz vəzinin fəaliyyətini isə beyində ifraz olunan DMT hormonu bərpa edə bilir.  Üzərlik otunun tüstüsü məhz beyində DMT hormonunun ifrazını təmin edən, onu gücləndirən əsas vasitələrdən biridir.

Şamanların nə epifiz vəzinin adından, nə də DMT hormonunun gücündən xəbərləri olsa da, yəqin ki, üzərliyin insana müsbət təsir göstərdiyini müşahidə etmişdilər. Buna görə də dini rituallarında bu otun yeri çox önəmli idi. Sən demə, üzərlik otunun tərkibindəki fosfor insan beynini yavaş-yavaş öldürən sodyum floridə qarşı ən güclü pan-zəhər imiş. İslam dinində də İmam Əlinin üzərlik haqqında dediyi bir fikirlə rastlaşırıq: "Üzərliyin kökündə qısqanclığın, gövdəsində isə yetmiş iki xəstəliyin dərmanı var".

İnanaq ki, bundan sonra nənələrin, anaların başınızdan üzərlik hərləmələrinə etiraz etməz, əksinə, tüstünü bol-bol ciyərlərinizə çəkərsiniz. Hətta utanmayın, bunu həftədə iki dəfə özünüz də tətbiq edin. Elmi olaraq heç bir zərəri təsbit edilməmiş, faydaları isə saymaqla bitməyən bu ritualı icra etməkdən çəkinməyin. Bu, cahillik, ya da xurafat deyil, əsirlərin sınağından keçmiş xeyirli müalicə üsuludur.

 





12.06.2020    çap et  çap et