525.Az

50 yaşlı kişi özünü "vikinq"dən asdı (YENİLƏNİB)


 

50 yaşlı kişi özünü "vikinq"dən asdı<b style="color:red"> (YENİLƏNİB)</b>

Qaraçuxur qəsəbəsindəki parkdan tapılan kişi meyidinin şəxsiyyəti məlum olub. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mərhum paytaxt sakini 52 yaşlı Elxan Həsənovdur. Onun özünü öldürdüyü məlum olub.

Belə ki, meyidin üzərinə baxış zamanı onun cibindən ölümündən əvvəl yazdığı məktub çıxıb. Məktubda qeyri-müəyyən cümlələr yazılıb: “Kimlərsə öz xoşuna ölür. Mən onların yanında yatmaq istəyirəm. Ona görə də heç kim məndən inciməsin”.

***10.49

Bu gün səhər saat 09:30 radələrində paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir nəfər özünü asıb.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəsəbənin Qəzənfər Vəliyev küçəsində parkın içində 50 yaşında kişinin meyidi vikinq atraksionundan asılmış halda tapılıb.

Hadisə yerinə polislər cəlb olunub, araşdırma aparılır. Meyidin kimə məxsus olması hələlik dəqiqləşdirilməyib. İlkin ehtimala görə həmin şəxs intihar edib.

 





15.10.2012    çap et  çap et