525.Az

ARDNŞ Yunanıstanın qaz şirkətinin səhmlərini aldı


 

ARDNŞ Yunanıstanın qaz şirkətinin səhmlərini aldı<b style="color:red"></b>

Yunanıstanda “DESFA” şirkətinə məxsus səhmlərin əsas hissəsinin alqı-satqı müqaviləsi imzalanıb.

525.az-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ) saytına istinadən verdiyi xəbərə görə, dekabrın 21-də  ARDNŞ  ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
 
Bildirilib ki, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunub ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.

 





22.12.2013    çap et  çap et