525.Az

Bərdədə kütləvi dava düşdü, ölən var


 

Bərdədə kütləvi dava düşdü, ölən var<b style="color:red"></b>

Azərbaycanın Bərdə rayonunda kütləvi dava olub.

Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, rayonun Hüseynallar kəndində bir qrup şəxs arasında dava düşüb. Nəticədə 35 yaşlı Ramin Məhəmməd oğlu Sadıqov 17 yaşlı Yusif Yusiflini, 24 yaşlı Zamin Dadaşovu, 52 yaşlı Allahyar Dadaşovu bıçaqlayıb. Nəticədə Y. Yusifli aldığı xəsarətdən dünyasını dəyişib. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Bundan sonra hadisə zamanı bıçaqlanan A. Dadaşovun oğlu Əhməd Dadaşov avtomobillə Nuri Əsədovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





15.10.2012    çap et  çap et