525.Az

“Aqoniya”, yoxsa təkamül? (Üçüncü məqalə )


 

(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)

“Aqoniya”, yoxsa təkamül? <b style="color:red">(Üçüncü məqalə )</b>

 İlkin orta əsrlərdən bu tərəfə Azərbaycan ədəbiyyatı FüzulininŞikayətnaməsi daxil olmaqla, dünyanın fənalığından yazıb, dövrandan şikayət edib XIX əsrdə Vaqif ənənələrinin davamçısı olaraq, Qasım bəy Zakir yaradıcılığı həminədəbi şikayətnamənin”, əgər belə demək mümkünsə, tam şəkildə milliləşdirilməsində ciddi rol oynayıb, yazılı ədəbiyyatın poetik şikayətiniDivan ədəbiyyatının yuxarıda dediyim elitar oxucular monopoliyasından çıxararaq, kütlənin, indiki halda millətin anlayacağı dillə ifadə edib:

  

Doğruluq qalmayıb əsla 
 bu fəna aləmdə, 
 Səringun ola, görüm
 beylə yaman dövranı.     

 

Əslində,bu, elə Füzulinin özünün bədii-estetik nəsihətinə indiki kontekstdə, poetik vəsiyyət kimi səslənən fikirlərinə müvafiq idi:

  

 Qəzəl de ki, məşhuri-dövran ola, 

Oxumaq da, yazmaq da asan ola.      

 

Divan ədəbiyyatında müəllif özünü ifadə edərək, fikirlərini onun dilini başa düşən bir qrup oxucu ilə bölüşürdüsə ən yaxşı nümunələrində bu, böyük ədəbiyyat hadisəsinə çevrilirdisə, Zakirin poetik şikayətləri eyni zamanda sosial hadisəyə çevrilirdi, çünki artıq yalnız müəllifi yox, onu başa düşən, anlayan milləti ifadə edirdi. Rüstəm Kamalınböyük şair hesab etmədiyi” (“Kulis.azsaytı, 29 aprel 2013.) Zakir poeziyası olsun ki, sırf bədii-estetik baxımdan, poetika baxımındanDivan ədəbiyyatının mükəmməl nümunələrinə, elə Vaqifin özünün poeziyasına uduzurdu, ancaq bu, onların sosial əhəmiyyətinə heç vəchlə xələl gətirmirdi.

 

Zakir heca şeirində, yəni əsas etibarilə aşıq poeziyasındakı ümumiləşdirilmiş, təbiri-caizsə, qeyri-konkretdünyadan şikayəti, misal üçün, Xəstə Qasımın bu gəraylısındakı şikayəti:     

 

De görüm, nəyə talibsən, 
 Dərsini kimdən alıbsan?

Neçə min yol boşalıbsan, 
 Neçə min il dolan dünya?

 

 

konkret ünvanlı dövrandan (Rusiya imperiyasından, çarizm məmurlarından!) şikayətə çevirməyi bacardı bu şikayəti ictimailəşdirdi.

 

Füzulinin ən gözəl məşhur qəzəllərindən birinin lirik qəhrəmanı yüksək poetik-romantik bir şövq ilə:

 

 

Məndə Məcnundan füzun aşiqlik 

istedadı var,

Aşiqi-sadiq mənəm,

Məcnunun ancaq adı var...

 

deyərək, eşq aləminin dərinlərinə baş vururdu, Zakirin lirik qəhrəmanı isə artıq

23.12.2013    çap et  çap et