525.Az

“Sehrbazlar dərəsi” yapon dilində


 

“Sehrbazlar dərəsi” yapon dilində <b style="color:red"></b>

Takayuki Murakami: “Sizin ədəbiyyatınızla  tanış olduqca ölkənizə daha çox vuruluram

 

 

Cəmiyyətimizin tarixi təkamülünün son dərəcə maraqlı, özünəməxsus şərhini vermişYarımçıq əlyazma” – “Sehrbazlar dərəsi” – “Unutmağa kimsə yoxtrilogiyası ölkəmizin hüdudlarından kənarda da sevilərək oxunan əsərlərə çevrilib.

 

Trilogiyanın müəllifi, görkəmli yazıçı Kamal Abdullanın mətnləri bu gün xarici dillərə ən çox tərcümə olunan əsərlərdəndir. Məlum olduğu kimi bu trilogiyadan ayrı-ayrı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub  bu proses davam etməkdədir.

 

Bu günlərdə müəllifin məşhurYarımçıq əlyazmaromanının ardıncaSehrbazlar dərəsi Yaponiyada nəşr edilib. Kitab yapon dilinə tərcümə edilərək Tokionun nüfuzluMiçitaninəşriyyatında çap olunub oxucuların ixtiyarına verilib.

 

Artıq Rusiya, Türkiyə, Qazaxıstan s. kimi ölkələrdə nəşr olunmuşSehrbazlar dərəsiromanını yapon dilinə Osaka Dövlət Universitetinin professoru, bir çox tərcümə əsərlərinin müəllifi Takayuki Murakami çevirib.

 

Professor T.Murakaminin BSU-da keçirilənMüqayisəli ədəbiyyat. Ədəbiyyat mədəniyyətlərdə istorioqrafiya: Mif, ədəbiyyat tarix arasındaadlı beynəlxalq konfransın iştirakçısı olduğunu öyrənincə, ondan eksklüziv müsahibə aldıq.

 

Cənab Murakami, Azərbaycana xoş gəlmisiniz!

 

Çox sağ olun! Sizin ədəbiyyatınızla, mədəniyyətinizlə yaxından tanış olduqca ölkənizə daha çox vuruluram.

 

– “Sehrbazlar dərəsiAzərbaycan dilindən tərcümə etdiyiniz ilk kitabdırmı?

 

Bəli, ilk kitabdır mən məhz bu əsəri yapon dilinə tərcümə etdiyim üçün çox məmnunam. Bildiyimə görə, Kamal Abdulla əsəri yapon dilinə tərcümə olunan ilk Azərbaycan müəllifidir. Bundan öncə onunYarımçıq əlyazmaromanını yapon dilində oxumuşdum onun təsirindən çıxmamışSehrbazlar dərəsinin tərcüməsinə başladım. Məncə tərcümə pis alınmadı, bunu digər yapon filoloqları da təsdiqləyər. Kamal Abdullanın müasir dünya nəsri ənənələri ilə uyuşan bədii dünyası yazı manerası oxucuları təsirləndirməyə bilmir. Azərbaycan ədəbiyyatının Yaponiyada ilk olaraq onun əsərləri ilə təmsil olunması təqdir olunmalıdır. “Sehrbazlar dərəsinin ilk tirajı 1000 nüsxədir, ancaq əminəm ki, oxucu marağı əsərin tirajının kifayət qədər artmasına səbəb olacaq.

 

Günay ƏLİYEVA 

 

 





23.12.2013    çap et  çap et