525.Az

Bir dost daha vida etdi - Orxan Aras yazır


 

Bir dost daha vida etdi - <b style="color:red">Orxan Aras yazır</b>

Bu gün sosial mediada bir xəbər görəndə gözlərimə inana bilmədim. Öz-özümə dedim ki, "bu, o olabilməz!" Sonra fotoları yayımlandı. Ürəyim ağrıdı. Ölümün nə qədər yaxın olmasına baxmayaraq, gəncin ölümünə adam inana bilmir. Prof. Hüseyin Heşimli əsl alim idi. Kədərləndim. Onunla bağlı xatirələr bir film səhnəsi kimi gözlərimin önünə gəldi.

2014-cü ildə Naxçıvana getdim. Universitetdə imtahan verməliydim. Dedilər gözləyin, professor gələcək. Yarım saat gözlədim. Sonra bir gənc gəldi. Saçında və ya bığında ağ saç da yox idi. Gələn bu gəncin professor olduğunu düşünməmişdim. Mənə yaxınlaşan kimi adının Hüseyni Heşimli olduğunu söylədi. Çox məmnun olduğumu dedim. Hələ də gözlədiyim professor olduğunu başa düşmədim. Güldü. "Mən professoram" dedi. Sonra məni imtahan otağına apardı. Cibindən bir kağız götürüb stolun üstünə qoydu. Kağızda dört sual yazılıydı. Dördü de Fuzuli haqqında idi. Sualları bir-bir cavablandırdım. Xüsusilə su qasidesi ilə bağlı verdiyim cavab çox xoşuna gəldi. Qasidedeki qumru ilə sərv ağacının eşqinden danışdıq. Çox qısa bir müddətdə dost olduq. Doktorantura işi üçün mənə uzun bir siyahı verdilər. Siyahıda Rus dilində başa düşmədiyim sözlər var idi. Gənc professor bir tələbə kimi yanıma düşdü və lazımi sənədləri mənimlə yığdı.

Günorta Naxçıvan Universitetinin indiki rektoru Elbrus İsayev de gəldi. Bir yerdə bir restorana getdik. Restoran şəhərdən biraz kənarda idi. Bağçadaki söyüd ağaclarının budaqları şal kimi yerləri  süpürürdü. Quşların səsləri və ətrafındakı güllərin qoxusu məni valeh etdi. Həmin gün orada  qaranlıq çökənə qədər şeir və ədəbiyyatdan danışdıq. Qarşımda oturan gənc professor sanki bər derya idi. Hüseyin Cavidden başladı ve heç adını da eşitmədiyim Əli Səbri Qasımova qədər dəyərli yazıçı və şairlərimizin şeirləri və həyatları haqqında danışdı. Hətta Anadoludan, Özbəkistandan da misallar gətirdi. Qaracaoğlandan, Abdullah Tukaydan şeirlər oxudu. Elbrus İsayevlə onu  heyranlıqla dinlədik. Sonradan bu gənc professorun 21 əsərinin olduğunu öyrənəcəkdim.

O gündən sonra Hüseyin Həşimli Xoca mənim doktoranta işimlə daha çox maraqlandı. Doktorluq dissertasiyamı oxudu. Hətta rəy yazdı.

Müdafiə günü gəldi mənimlə danışdı və məni ruhlandırdı. Doktorluq dissertasiyamla bağlı çox yaxşı açıqlamalar verdi. Oraya əziz dostum Prof. Bədirxan Əhmədov da gəlmişdi. O da Hüseyin Həşimli'yi tanıyırdı. Üç ədəbiyyat həvəskarı yenidən ədəbiyyatdan danışdıq. Dilimizdə bəzən Füzuli  canlanırdı, bəzən də Nesimi. Naxçıvanın küləyi, gül qoxuları və tanış səması bizi danışmağa vadar edirdi.

Həmin gün oradan ayrıldıq. Təəssüf ki, Hüseyin Heşimlini bir daha görə bilmədim. Amma yazdığı məqalələri oxuyurdum. Yenidən Naxçıvana gedəndə xəyal edirdim ki, yenidən görüşəcəyik. Yenidən şəirlər oxuyacaq mənə. Olmadı. Ruhu şad Olsun!

"Qaracoğlan der ki, kondum göçülməz
Acıdır əcəl şərbəti içilməz
Üç dərdim var birbirindən səçilməz
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm".

 





21.06.2020    çap et  çap et