525.Az

Məmməd Aslanın şeirləri


 

Məmməd Aslanın <b style="color:red">şeirləri</b>

SÖZÜ ÖZ YERİNDƏ GÖRMƏYƏNDƏ...

“525-ci qəzetin 7 dekabr 2013- il tarixli sayı ilə bağlı

baş redaktor, möhtərəm

Rəşad Məcidə yeni bir giley-güzar.

İlk dəfə görürəm altıncı gündə

525” şeirsiz çıxıb.

Bəlkə bilmədiyim bir əmması var;

İnşallah, deməzlər xeyirsiz çıxıb.

               

Şeirlər əzəldən könül mehridi!..

Sözlər bəzən baldı, bəzən zəhridi.

Acımı, şirinmi sənət sehridi,

Şeirsiz çıxıbsa, sehirsiz çıxıb.

                

Sərraflar gözündə şeir gövhərdi!

Şeir, şeirdisə: hər sözü zərdi!

Şeir çəki-düzən; şeir təhərdi;

Mükəmməl çıxsa da, təhərsiz çıxıb.

               

Ramiz Rövşəni var, Zəlimxanı var,

Musa Yaqubu var, Nərimanı var.

Misraya sığmayan çox ünvanı var;

Bu nömrə, vallahi, mehirsiz çıxıb.

               

Yamyaşıl dağlara nurlu bələksöz!

Sudasu sonası, göydəmələk söz!

Yan keçməsin şənbələrdən gərək söz!

Diləyim ya yerli, ya yersiz çıxıb.

Bakı,

12.12.2013.

TƏKİ  DAĞLAR  DARIXMASIN...

Möhtərəm tarixçi alimimiz

ictimai xadimimiz Fəzail İbrahimliyə.

Cümlə fəzilətin cəmi: “Fəzail”:

Övliya kimsələr bu elmə qail.

Məcnun Leylasını sevir, qoy sevsin!

SənQızıl qayanın hüsnünə mayil.

Zirvədən qopmusan, zirvənə qayıt! –

Cismin , ruhun dağlara aid!

Cənub bölgəmizdə işıq bürcüsən,

Bir nur dağısan ki: el-aləm şahid!

Evladlar dağlara oldu getdi;

Hərəsi bir yana dağıldı getdi;

Gedənlər ki, xəzan yarpağı deyil,

Hər biri dühadı, ağıldı, getdi...

Qayıt öz zirvənə: yaşa ömrünü!

Əzminlə həkk elə daşa ömrünü!

Şəhər qısqancında işin sənin?! –

Yaşat qartallarla qoşa ömrünü!

Xəbərlər əsilsiz, bilgilər səthi;

Gec gəlib, tez ötür ömür fürsəti;

Allahdan aşağı bu dağlar verir

Açıq qaş-qabağı, uca xisləti.

İnsan duymasa da, dağ duyar səni,

Qaldırar başına o dağlar səni!

Əbu Dərda kimi yüz illər boyu

Saxlar gözü üstdə bəxtiyar səni!

Bəyzadə rəftarın kəmalınla tən!

Kamillik görmədim səndən yan ötən!

Qayıt, dönüşünlə qol-qanad açsın:

Səninlə Yardımlı, səninlə VƏTƏN!

Bakı,

27.10.2013.

SÖZ HAQQINDA SÖZ

     

Abi-Həyat sehri dedikləri, söz!

Silsilə dağların dimdikləri: söz!

Dünyada əbədi yaşamaq üçün

Dirilik suyutək əmdikləri: söz!

MəğribləMəşriqin arası: sözdən!

İncik ürəklərin yarası: sözdən.

Savaş da, barış da söz ilə başlar:

Qovqanın əvvəli, sonrası: sözdən.

Şirindir, acıdır, zəhər-zəqqumdur...

Min mənaya çalan min şeyə qındır!

Sehirli qabında minbir hissiyyat!

Gah huri-mələkdi; gahdan məlundur.

  

Ağla təkan verər, fəhmə yol açar!

Qoymaz dar məqamda söz səni naçar

Sözdə İlahidən bir yetənək var:

Tənha ürəklərə bol-bol nur saçar.

Söz uca dərgahdan bəndəyə gəlib!

Soyla sığallanıb, rəndəyə gəlib.

Min illər boyunca ciladan keçib,

Mübarək cilvədə indiyə gəlib.

  

İçimizin ətri, həm zəhəri söz!

Ya çürük ödümüz, ya gövhəri söz!

Sözlər sahibinin rentgen yazısı:

Ağlın ya xoşəyi, ya bəhəri söz!

Olmasa saf sözün o xas meydanı,

Ələsgər nərəsi, Abbas meydanı;

Sözsüz toy-düyün, şadyanalıq?!

Dünya bir qəmxana, bir yas meydanı...

Ölümdən xof etməz dağı qalan söz!

Füzuli zirvəsi baqi qalan söz!

Üstündən aldıqca hörməti artar:

Bürcü-bünövrəsi, tağı qalan söz!

Vəzincə çəkisiz, mənaca ağır:

Söz dünyaya sığmaz, tək ağla sığır!

İqlimlər dəyişir sözün zəhmindən:

Sözdən şaxta düşür, sözdən od yağır.

Söz bir xəzinə ki: ağılla işlət;

Əksilməz varidat, azalmaz sərvət!

Bu necə sehirdir sözün zatında?!

Tanrı bərəkəti var sözdə, əlbət!

II

Böyük klassik şair Nəfi dövrün bir neçə sultanına yazdığı qəsidələrlə ün tapmış, saray həyatında şöhrət fövqündə qibtə olunan bir ömür sürmüşdür. yazıq ki, zamanın görkəmli paşalarını həcv etməkdən özünü saxlaya bilməmişdir. Neçə dəfə bağışlansa da mümkün olmamışdır.

Sonda Topxananın böyük odunluq ehtiyatına od vurub, onu lüt-üryan şəkildə diri-diri amansız tonqalda yandırmışlar. Bununla da ürəkləri soyumamış, Nəfinin külünü toplayıb Zeytun burnundan Boğaziçinin sularına sovurmuşlar.

(Əsli Ərzurumun Həsənqala köyündənkəndindəndir).

İstədiyi sözü danışan adam

İstəmədiyi söz eşidər müdam!

Çöz Haqqı nahaqqa verməyən hakim:

Söz, cəllad kəsilər; söz edər edam.

Nəfinin ki, həcvi alovdu, oddu!

Sözü tonqal çatıb, şairi uddu...

Söz baldan zəhərə bir anda dönər...

Sözün afənini çoxları daddı.

...Sevindilər yoxluğuna, heçinə;

Bu aləmdən yerli-dibli köçünə.

Zərrəcə nişanı qalmasın deyə:

Səpdilər külünü Boğaziçinə.

Sonra da mat qaldı bu dünya üzu:

Nəfini yenidən diriltdi sözü.

Ölümdən qurtuluş sözdəymiş demə:

Hələ sönməyib ocağı-közü.

Həcvi, qəsidəsi hələ pərvazda;

Nəfi çiçək açır hər gələn yazda!

Onsuz da torpaqda yaşamır şair;

Şairlər çırpınır arzu-murazda.

III

Sözü ram eləmək ən çətin peşə!

Uzun sürən qovğa, sonsuz əndişə!

Ürəyidaşları yumşaltmaq üçün

Düsər polad gərək;  sözalmaz tişə.

Sözə məhəl qoymur bu dövran, əfsus!

Çökər gözgörəti göy tavan, əfsus!

Füzuli demişkən, söz bazarında

Kasadlıqdan qaldı söz yavan, əfsus!

Sözü qıvamında saxlamaq şərtdir;

Sözün hədəqədən çıxması dərddir!

Sözü hövsələdən çıxarmayın ki:

Söz pozar nizamı, bir himə bənddir!

Rəftar mülayimsə, söz mələk yaşar;

Ovqat təlx olunca söz codlaşar:

Qovğaya başlayar söz ilə hikkə,

Hirs ağlı endikcə sel səddi aşar.

Sən yerə çəkərsən, söz Göyə çəkər:

Hər şeyi ədalət güzgüyə çəkər!

Haqqa qail olan, övliya olaq:

Nizama səsləyər, düzgüyə çəkər!

Səni sərvaxt salar söz bəri başdan;

Çəkər məqamında oddan-atəşdən!

Sözün mayasında çiylik olmasa,

Sidqilə söyləsən, söz keçər daşdan!

Geri təpər zəhər qatdığın sözlər;

Cəmləyib səngərdə yatdığın sözlər;

Üstünə qayıdar saxta pul kimi

Sənin başqasına atdığın sözlər.

IV

Yaxşı ki, bir maddi nəsnə deyil söz,

Xərclənəsi məğdur, xəznə deyil söz.

Zorbalar məzluma qıymazdı bir söz,

İlahi sehirdir!.. Bəs   deyil söz?!

Tezcə tükənərdi zərrin kəlmələr,

Sanballı kəlmələr, dərin kəlmələr.

Topdan talanardı ziqiymət sözlər;

günə qalardı, görün, kəlmələr...

Bəşər lal qalardı, söz müxtəsəri:

Lal ördək timsalı insan əsəri...

Məclisi-ünslər;  söz savaşı;

cavab qalxanı, söz kəsəri...

V

Söz bir palıd ki: qolu-qanadı;

Çovğunlara qarşı hirsi-inadı!

Söz: yol-ərkanımız; söz: sərtacımız!

Can verən hər sözə qəlbim qanadı...

Ya topdur, tüfəngdir, atomdur söz ;

Eynən sahibitək adamdır söz !

Ulu əcdadından kiməsə çəkib:

Ya Nuhdur, Adəmdir, Hatəmdir söz !

Dünəndən bu günə keçidim, körpüm!

Yararlı bülövüm; söz cila törpüm!

Sözə yol tapanda, söz mənim arxam;

Söz mənim Qibləmdi, söz mənim görküm!

Söz Füzuli olur, Şəhriyar olur!

Söz Haqqa söykənsə, Allah yar olur!

Sözlə bir cahangir birlik yaratsa,

Söz bayraqlaşıb, ələmdar olur!

lll

dağlarım qaldı, daha kəndim;

Mənə qəmxar çıxan sözə söykəndim.

Sağımda-solumda kimsə qalmadı;

Söz oldu duralğam, söz oldu bəndim.

Bakı,

Noyabr, 2013.

     

ÇOX

Çarmıxından əl çəkmək

məcburiyyətində qalmış

Nalbənd Hüseynə

Nahaq əl çəkirsən sənətdən, nalbənd!

Hələ at olası qulunlar çox!..

Deyirsən: at minən seyrəldi, getdi.

Hələ nallanası alınlar çox!

Qapısına dönməz qoyundan uzaq!

Qonumdan-qonşudan, tayından uzaq.

Vətəndən, millətdən, soyundan uzaq

Tirdən qabırğası qalınlar çox!

Haqqa-ədalətə qıcanmış diş var;

Minbir rəzalətə sürüklənmiş var;

Mıx döydür, nal kəsdir: işdən çox var,

Sürtülmüş vicdanı yalınlar çox!

Hələ nallanası alınlar çox!..

Şəmkir

Varlı Həyat

18.08.2013.

HESAB  SAHİBİ  VAR

Dünyanın baş nizamı var:

Hər toxumdan bitən ölür.

Bir ömürdə min qəza var:

Hissə-hissə bədən ölür.

Kim xırdadır, kim iridir;

Bəşər ölüm ləşkəridir.

Ölmüşlər var: dipdiridir!

Yaddaşlardan itən ölür.

Nəfəs bənzər uçan quşa:

Uçdu, qonmaz bir başa!

Kimdə cürət var, soruşa:

Niyə gedir, nədən ölür?!

Ölüm var əcəldən qabaq;

Hər hesabı bilir Allah!

Gah baş gedir, gah da ayaq,

Baxa-baxa didən ölür.

Bəlli olmaz vaxt-vədəsi,

Kim gələsi, kim gedəsi?!.

Çatınca əcəl badəsi,

Cəh-cəh vurub ötən ölür.

bütövlər, yarımlar?!

Açılır məlum şırımlar...

Çaxıb keçir ildırımlar,

Yatan ölmür, yetən ölür!

Şəmkir

12.07.2013

ÇARHƏYA

Sən harda böyüdün, harda süd əmdin?!

Ağzında iylənmiş bir sürü leş var.

İçindən gəlirdi it hürüşməsi:

Neçə alabaş var, neçə kələş var...

Kəlmən əxlaqına bir aydın güzgü;

Səndə ar tapılmaz: bir ömür gəz ki!

Təpədən-dırnağa varlığın əski!

Necə utanmırsan: Ay var, Günəş var!..

Qadın da olarmı bu qədər hərzə?!

Hər zərrən zəhərdi; hər sözün gürzə.

Çəkil bir kahaya, görünmə gözə!

Hələ ki insan var; hələ gərdiş var...

Şəmkir

Varlı Həyat

01.09.2013

ELDƏN  DIŞQARI

Gah dəvə xıxırtdı, gahdan gor eşdi,

Yüz dəlmə-deşiyə birdən girişdi.

İnsdimi-cinsdimi?!—bilmək zor işdi!

Qəzası başında, qanı ağzında...

Eşnək kəsəyəni, lağım porsuğu,

Qarışıq salıbdı var ilə yoxu...

Dartır ki, çıxarsın yayından oxu;

Bu çirkab yolların sonu ağzında.

Qayanı parçalar, dağı gəmirər;

Bir dondan sıpıxıb, min dona girər;

Pişiklə muyoldar, itinən hürər;

Qarqara itinin onu ağzında.

Yol-ərkan imiş, anlamaz əsla!

Qanunlar yaranıb hansı əsasla?!

Haraya üz tutub bu basabasla?!

Asar-kəsər onu-bunu ağzında...

qırxlıq tanıyır, qayçı görüb;

pas ağardası qalayçı görüb...

məscid, imam, hacı görüb,

Şaqqıldaq ağzında, yunu ağzında...

Ağlı-düşüncəsi kəllə-mayallaq:

Şərə sirdaş çıxar, doğruya dolaq.

Bir çullu dovşanı udmuşdu bayaq;

Didib-tökər qüleybanı ağzında.

Tanımaz  Rəbbini, bax, bu sərsəri:

Tapılmaz cismində varlıq əsəri.

Əcayib kələzdir, söz müxtəsəri:

Qılıncı ağzında, qını ağzında.

Bakı

29.03.2013

YATAN ÖLMÜR, YETƏN ÖLÜR...

Bir zamanlar vardı ki, Allahın işlərinə şərik çıxan kimsələri böyük islami cəzalar gözləyərdi. İnsanın doğluşu ölümü ancaq ancaq Rəbbimizin biləcəyi işlərdəndi. Ömür boyu bəndənin başına gələn gələcək hadisələr,qovğalar,qabarmalar çəkilmələr Onun, dünyanın o şəriksiz qüdrətinin əmr yasaqları ilə dövr eləyərdi. Qısacası, Onun şəriksiz hakimiyyətinə ortaq çıxanlar həm Allaha qarşı asi sayılardı; həm Onun bəndəsinə qarşı amansız düşmənlərdi... İnsanın özünə qarşı qəsdi, yəni intihar belə Allah qarşısında böyük günah sayılardı.

Mətləbi uzatmayım: dünyanın indiki çağında insanın ömür müddətini, bu müddətin sonu olan ölümü, sözün hər iki mənasında, Allahsız şəkildə öz hökmü ilə təyin edən müşriklər baş qaldırdıqlarına inanarsınızmı?!

Üç-dörd il bundan əvvəl bir internet saytında mənim barəmdə belə müşrüklərdən birisi  öz qərarınıayın-arxayın şəkildə bu cür bəyan etmişdi... “Məmməd Aslan dünyasını dəyişmişdir...”

Həmin günün sabahısı o zaman çalışmaqda olduğumXəzər TV”-nin əməkdaşları mənim sağ-salamat olduğumu xəbər proqramında bəyan etdilər; təzəcə yazdığım yazılarımdan mənə oxutdurdular...

O gündən-bu günə omübarəkşəxsin xatircəmliklə yaydığı qara xəbər həmin saytda hələ qalmağındadır.

Sağlığımı göz-görəti görüb inananlar illah eləyirlərsə , “Mənə ömür müddəti təyin etmiş Allah şərikininxəbərini internetdən qırıb atma yolunu tapa bilmirlər. Yəqin ki, o şəxsin özü isəöz əməlinin dəyişməzliyindənləzzət alıb qürurlanır.

Mənim ölməyimlə bu adam əməlində bay ola bildisə, qoy inadını davam etdirsin...

Şeytan kimi heç kəs divara yapışıb, qiyamətə qalası deyil...

İşə baxın ki: Allahın siyahısında: hələ ki, dirilər cərgəsindəyəm. Allaha şərik çıxmış ismi-pünhanın qara siyahısında isə: ölülər arasında.

Bu, artıq Allaha qarşı təkcə şərikçıxma mövqeyi deyil; Onunla çəngü-cidala girişmək deməkdir.

Deyək ki,mən tanımıram oismi-pünhanı”; Allah alimdir: o ki tanıyır!..

Bu yerdə Qaracaoğlandan qulağıma bir səs gəlir:

Ölməyib, dünyada qalan sevinsin!...”

Cəfər Cabbarlının ibrətli qənaətinə qulaq tutun:

           

Ölmək!” – o böyük körpüdən

hər kəs keçəcəkdir!

O elə şərbət ki, ondan bütün aləm

içəcəkdir!

Hər süslü çiçək sonda saralmış

quru yarpaq;

İnsan nədi ki: əvvəli torpaq,

sonu torpaq!”

Ölüm Allah əmridir!

Aşıq Alı demiş:

Ölüm haqdı, çıxmaq olmaz əmrdən!”

Bir ki, “üzüsuluölümə var ki?!

Türkün 20-ci əsrdə yetirdiyi ən böyük şairlərdən olan Nəcib Fazıl Qısakürək deyir ki:

Ölmək gözəl şey! Budur pərdə arxasından xəbər:

Heç gözəl olmasaydı, ölərdimi Peyğəmbər?!..”

Şərəfli ölümlərə bir ibrətli örnək Yəhya Kəmaldan:

Ölmək deyildir ömrümüzün ən fəci işi;

Müşkül bu ki; ölmədən öncə ölür kişi!”

Onsuz da hər kəs kimi mən bir cana borcluyam: onu bir zaman mənə rəva görmüş Rəbbimizə qaytarmalıyam! Vaxt-vədəsini ancaq Allahımız bilir! Kimsənin tələsməsi ilə deyil ki!

Səkkiz yüz il dipdiri qalan Mövlana Həzrətləri buyurur ki:

Ana bətnindən düşdüm bazara;

Bir kəfən aldım, döndüm məzara...”

Allahduymazlara qarşı laədri (yəni: müəllifsiz) bir beytdə acı-acı deyilir:

Zalımın rişteyi-ömrünü bir ah kəsər!

Maneyi-rizq olanın rizqini Allah kəsər!”

(Yəni: zalımın ömür bağlarını onun zülm etdiklərinin bircə ahı kəsər; ruziyə maneçilik törədən kimsənin ruzisini Allah kəsər!..)

O da ola insan ölümünə susamaq... Zalımlığın son həddi; insanlıqdan rəzalətə addımsız mövqe...

Bu qara xəbərçi hər kimdirsə, məndən ona zərrəcə pislik keçmişsə, mənə qarşı törətdiyi xisəki, qanıqaralıq, hər yönünə üzüntü onun halalca xoşu olsun!

Keçirdiyim ovqat narahatlığını kiçicik bir gəraylı ilə sona yetirmək istədim:

     NƏR DAYANAR NƏR YÜKƏ

Allah mənə dərd verib:

Dərdlərim şeirə dönsün!

Gecəmi zülmət verib:

Zülmətim xeyirə dönsün!

Ağacdandır şəcərən;

Əlin, fidan becərən!

Bir toxumdan cücərən

Çiçəklər sehrə dönsün!

Acizlər ərlik tapsın

Dirçəlsin, dirlik tapsın!

Ürəklər birlik tapsın:

Qovğalar mehrə dönsün!

Quru şaxlar güllənsin;

Lal qayalar dillənsin!

Damcı-damcı sellənsin:

Sızqalar nəhrə dönsün.

Dayanasan tək-təkə:

Nər dayanar nər yükə!

Minnətli olan tikə

Zəqquma, zəhrə dönsün!

Dünya necə qala ki?!

Qurd dağıdır tula ki!

Qolda qüvvət ola ki

Dükçəli cəhrə dönsun!

Şəmkir

Varlı Həyat

18.08.2013

XANQIZI HÖNKÜRƏ BU DƏRDİ, EY KAŞ

                                      

Ramiz MƏmmƏdzadƏyƏ

Tələbəlik illərimdən yadigar qalmış dəftərlər arasında qurdalanırdım. Birisinin içində səhifəni çəmi ilə qatlayıb, zərfləşdirilmiş gördüm. “Zərfi gümanlarla açanda arasından kim çıxsa yaxşıdır: günümüzün oxunan ilhamlı şairlərindən Ramiz Məmmədzadə. Şəklin arxasında bir cümləlik yazı: “Mənim xəyalpərvər şair dostum Məmmədə. Ramiz. mart, 1961”.

Ay aman! Xəyalplovluğun yekaxanalığına baxın siz Allah. Lenin APİ-sinin tələbəsi olan o şəkildəki Ramiz mən onda elə bilirmişik ki, biz şairik şairlik beləcə asan peşəymiş...

Düz 53 il əvvəlki ömrün şahzadəlik kefində yarlı-yaraşıqlı o Ramizlə indiki dalğın görkəmli Ramiz Məmmədzadə gözümdə ikiləşdilər. Doğrusu, bu iki Ramizi   doğmalaşdırıb, bir vücud çərçivəsinə sığışdırmağa çətinlik çəkdim (Yəqin ki, o da mənimqədimdənqalmaşəklimlə məni beləcə barışdıra bilməzdi. Həm daha çox).

Aşağıdakı acılı-şirinli, kövrək duyğularımı yarım əsrdən sonra üzə çıxan o bəxtəvər şəkil yazdırmış oldu mənə:

Əlli il əvvəlki Məmmədzadə, bu!

O, qürur timsalı!..  Qat-qat sadə, bu.

Deyərdin: durulub hansı suda bu?!

Pərvaza başlayan bir tərlan quşdu!

Fələyin fövqündə dövran qurmuşdu.

               

Ömrünə bucavanqəsd etmiş, Ramiz;

Etdiyini səndən gizlətmiş, Ramiz;

Yaşıl dağlarını düzlətmiş, Ramiz...

İndi höküm sənin, məsləhət sənin,

O çökmüş dağ sənin, o sərvət sənin...

               

Şəklinlə hey səni yanaşı qoydum;

Dağın ətəyinə bir daşı qoydum;

Sənə bənzəməyən tanışı qoydum...

Dünyanın verdiyi dəysin başına!

Qayıdıb baharın çıxsın qarşına!..

                

Dünyanın özü var, lələsi yoxdu;

Görəsi gözünün giləsi yoxdu!

Cənginə keçənin xilası yoxdu!..

mənasız oyun, usta şətrənc:

Hər topluma qənim, yetən fərdə ləc.

Alar verdiyini göz baxa-baxa;

Geriyə buraxmaz bir məğdur daha.

Yer qatı, Göy iraq, pənah Allaha!..

İmanlar yuxaldı, çökdü zirvələr;

İmansız yaşamaq kimə sərf elər?!

               

Bizdən aldığını kimə verir bəs?!

Bu namərd al-veri comərd eləməz...

Əzəl bilsə insan, gəlmək diləməz;

Bu necə dünya ki: beh-bazarı yox?!

Bu boyda çarşının kargüzarı yox?!

               

Bu cansız şəkildən səs gəldi nəsə;

Rəhmanmı, şeytanmı?!. Bu, vəsvəsə?!

Gəl ki: çək-çevirdən usanmır kimsə;

Bu münvalla ömür dirənir daşa,

Yaşadım” – deyirik bu çalxanışa.

               

Şəkildən əl çəkmə, varsa, onda!

Ondan asılıdı varsa sonda.

Yetmişdə, səksəndə... varsa sanda...

Üzülmə, a Ramiz, ondan üzülmə!

Bir ilmədən artıb olur yüz ilmə!

Analar anası, xasların xası;

Hanı Ağdamında Zəhra anası;

Öz dədə yurdunda yox barxanası;

Sənin doğman hanı, dərgahın hanı?

Sənə kölgə salan pənahın hanı?..

               

Zəhra ana kətə göndərməz bir ,

Ana tapılmazdı anan səbirdə...

Kətəsi dopdolu, qoğalı girdə...

Qışda göndərdiyi corablar hələ!

Çətin ki, Ağdamdan peşgəşin gələ...

               

Doğma Ağdamından sovqatın gəlməz;

Min qatın soyuldu, bir qatın gəlməz;

Külli-Qarabağdan bayatın gəlməz...

Bunlar gəlmədisə, gələr, Ramiz?!

Kök atmış dərdimiz yekələr, Ramiz...

Onun dağ başında Şişəsi vardı;

Şişənin min dürlü guşəsi vardı;

İsa bulağında nəşəsi vardı...

İndiki Ramizin nəyi var, söylə?!

Yeri var, yurdu var, Göyü var?! – söylə.

                   

Pənahəli xanın çatlasın bağrı!

Xan olan gəlməzmi mülkünə doğru?!

Ona çatmadımı bu qədər ağrı?!

Bircə yol dirilsə, olar, Yahu?!

Biryolluq durdura amanı, ahı...

Xanqızı hönkürə bu dərdi, ey kaş!

Səsinə səs verə, ağlaya dağ-daş!

Xanqızı klassik, Xanqızı çağdaş:

O, yaxşı ağlayar dünü, bu günü;

Kükrəyər bağrının çarpaz düyünü.

Ölənlər dikələr, dərd əyan olsa;

İmdad haraylayıb, dər döyən olsa;

Dərd oymaq çətin, dərd oyan olsa!!!

Bir soyun gücünə dünya dayanmaz!

Od almış ürəklər bir daha yanmaz!

Onun ki, Akası, arxası vardı!

Bir ləşkəri bir həmlədə sovardı!

...Sənin varidatın bir loş divardı,

O, hara, sən hara, zavallı bəndə,

Sağında-solunda dərd kündə-kündə.

Bir şuxluğun qalıb, bir toxtaqlığın;

Bəyzadə ədalı, xoş adamlığın;

İnadkar yolçusu aşılmaz dağın;

Daha lazımmış, daha sənə?!

Yapışmaz bir qüsur, bəhanə sənə!!!

lll

Şəklin pıçıldadı mənə bunları,

Artıra bilərdim yenə bunları:

Çinləyərdim dənə-dənə bunları...

Heydər bababoyda olardı, əlbət;

Ulu Şəhriyarın ruhuna rəhmət!

Bakı, 06.12.2013.

 

 





23.12.2013    çap et  çap et