525.Az

Təranə Vahidin "Cənnətdən yuxarı" kitabının təqdimatı oldu


 

Təranə Vahidin "Cənnətdən yuxarı" kitabının təqdimatı oldu <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində (AYB) Təranə Vahidin "Cənnətdən yuxarı..." kitabının təqdimat mərasimi keçirildi.

Müəllifin hekayələrindən, esselərindən miniatür duyğularından ibarət kitab AYB "525-ci qəzet"in birgə layihəsi kimi çap olunub. Tədbiri giriş sözü ilə AYB-nin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açdı: "Təranə Vahid gənc olsa da, yazıları müdrik yazılardır. Gənclərlə bağlı bizim son illərdə çoxlu layihələrimiz olub. İndi hansısa istedadlı bir gənci mənə təqdim edəndə ehtiyatlanıram. Qorxuram ki, bir az tərifləyən kimi havalanacaq. Biz artıq neçə illərdi belə halların şahidi olmuşuq. Ona görə bir az qısqanclıqla, bədgümanlıqla yanaşıram. Təranə təxminən on beş il qabaq "525-ci qəzet" işləyib. Sonra "Mədəniyyət" qəzetində fəaliyyət göstərib. Bir gün mənim sevdiyim yazıçı, ədəbi kriteriyalara çox soyuqqanlılıqla yanaşan Əli Əmirli Təranənin hekayələrini "525-ci qəzet"ə göndərmişdi. Düzü, həmin vaxtı Təranənin hekayələrini oxuya bilməmişdim. Lakin bu yaxınlarda onun bir neçə hekayəsini oxudum bəyəndim. Təranənin hekayələrinin dilinə, təhkiyəsinə heyran oldum. Mən çox sevinirəm ki, belə sakit, təvazökar, yaxşı əsərlər yazan gənclərimiz var".

Daha sonra kitabın ön sözünün müəllifi yazıçı-dramaturq Əli Əmirli Təranə Vahidin hekayələrinin oxucuların ürəyinə yol tapacağına inandığını dedi: " Bu kitabın çıxmasında etdiyi köməkliyə görə Rəşad müəllimə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, gənc yazarların tanınmasında Rəşad müəllimin böyük rolu var. Təranəni öncə jurnalist kimi tanımışam. Bir dəfə o, pyesini mənə göndərdi. Ona yazdım ki, bu əsər səhnə üçün yox, televiziya üçün yaxşıdır. Sonra da məlum oldu ki, bu pyes əsasında film çəkilib. Bundan sonra mənə bir neçə hekayə göndərdi. Onun "Qorxu çiçəkləri", "İntihar"ı mənim çox xoşuma gəldi. Onun hekayələri gözəl şeir kimidir, adidir, ancaq adamın ürəyinə işləyir.

Bu yaxınlarda bir pyes yazmışdım. Onun əvvəlini dəyişmək lazım idi. Təranənin kitabında oxuduğum fikirlər mənə çox kömək etdi: "İnsan intihar etmək istəyəndə özünü suya atır, balıq isə sahilə". Bu cümlənin içində böyük bir romanın materialı var. Mən ona deyirəm ki, artıq sən romana keçməlisən. Hesab edirəm ki, Təranənin istedadı ona böyük yol açacaq. Deyirlər ki,  istedadlıya kömək edin, çünki istedadsızlar özlərinə yol açacaqlar. Ancaq mən bu fikirlə razı deyiləm. Çünki istedadsıza  qədər yol açsan da o, istedadsızdır, heç vaxt uğur qazana bilməyəcək. Əsl istedad isə hansı basqılar altında olur-olsun asfaltı deşən ot kimi mütləq üzə çıxacaq. İnanıram ki, bu gözəl hekayələr oxucuların ürəyinə yol tapacaq".

Kitabın redaktoru Qulu Ağsəs müəllifin ən cod ifadələrində belə qadın zərifliyi olduğunu vurğuladı: " Bəzən kişi müəllifdən qadın, qadın müəllifdən kişi düzəltmək olur. Ancaq Təranədən heç cürə kişi müəllif düzəltmək olmur. İçindəki cod ifadələrə rəğmən, hadisələrin konfliktə doğru irəliləməsinə rəğmən yenə onun  içində lirika, qadın zərifliyi var. Təranənin hekayələri qısa olsa da, çox şeydən xəbər verir. Bu hekayələr preslənmiş hekayələrdir. Elə müəllif var ki, həcmi qədər qısa olsa da oxuyursan hələ oxumağa davam edirsən. Məncə, yaxşı müəllif mətn qurtaranda sonra oxucunun düşünməsi üçün yer saxlamalıdır. Təranənin yazılarının vaxta qədər dəxli varsa, bir o qədər dəxli yoxdur. Yəni onun sosial mövzuda yazdığı yazıları sabah da oxuna bilər. Mən ondan Qarabağla bağlı daha çox hekayələr gözləyirəm. Mən istəməzdim ki, o, roman yazsın. Təranədə hekayələr yaxşı alınırsa, mən onu davam etdirməyini xahiş edirəm. Bəzən bir adam yaxşı roman yazır, deyirlər ki, bir dənə pyes yaz. İnsanın əzələsi haradadırsa, həmin əzələ nümayiş olunmalıdır. Təranənin gücü , zərifliyi məhz bu kiçik hekayələrdədir".

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu müəlifin hekayələrinin ekran əsərinə uyğun olduğunu qeyd etdi: " Altı ay əvvəl oxuduğum "İntihar" hekayəsini film kimi görürdüm. Təranənin kitabını oxuyanda sevindim təəccübləndim. Onun hekayələrində material, hadisə, şəxsiyyət var. Mənə elə gəlir ki, Təranənin bundan sonrakı uğurları təkcə ədəbiyyatla yox, həm ekran  ilə bağlı olacaq".

Dilimizi korlayanların sayının artdığı bir dövrdə Təranə Vahid kimi səlis bir dilə malik yazıçının olmasını deyən Mustafa Çəmənli müəllifin yaradıcılığında dil məsələsini qabartdı: " Kim bu kitabı oxusa, kitab haqqında yaxşı fikirləri olacaq. Mən Təranəni əvvəlcə jurnalist kimi tanımışam. Onun yazıları dil baxımından çox gözəldir. Onu oxuyanda elə bil, ana laylasına qulaq asırsan. Yazısında artıq söz yoxdur. Təranənin yazıları o qədər hissiyyatla yazılıb ki, oxuyanda böyük zövq alırsan".

"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli müəllifin yazılarında daha çox ironik  qatı görmək istədiyini bildirdi: " Bəlkə , yazıçı eqom imkan verməmişdi ki, Təranə xanımın bizdə çıxan yazılarını oxuyum. Nəhayət ki, bu kitabdakı hekayələrin əksəriyyətini oxudum. İstənilən nəsr əsəri birinci cümləsindən başlayır. İlk cümləni oxuyub görəndə ki, cümlə əsl Azərbaycan cümləsidir onu sevə-sevə oxuyursan. Janr məsələsi isə sonrakı işdir. Təranənin uğuru budur ki, rəvan dillə yazır, gözəl təhkiyəsi, hekayəyə xas dinamikası var. Torpaq itkisi onun yazılarına pessimizm qatıb. Ancaq bəzi yazılarında ironiya qatı var ki, mən istərdim bu onun bütün yazılarında olsun".

Sözlərin özünəməxsus ətri olduğunu deyən "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə Təranə Vahidin yazılarında Kis dağının ətrini duyduğunu vurğuladı.

Publisist Tahir Abbasovun çıxışı elə müəllifin hekayələri kimi qısa oldu. O, müəllifin ən böyük istedadını yığcamlıqda gördüyünü dedi.

Şair Əkbər Qoşalı Təranə Vahidin şəxsiyyəti ilə yazılarının üst-stə düşdüyünü vurğuladı: "Onun yazılarını oxuyanda görürsən ki, qədər təranəli, qədər  poetik yazıb. Məncə, bu hal ədəbiyyat üçün tez-tez rast gəlinən hal deyil. Biz onun həm şəxsiyyətinə, həm yaradıcılığına eyni yanaşmalıyıq. düşünürəm ki, Təranə xanımın cənnətdən yuxarısı da, aşağısı da onun Laçında keçirəcəyi günlər olacaq".

Bundan başqa tədbirdə Sevinc Nuruqızı, Narıngül, Südabə Ağabalayeva digər ədəbiyyat adamları, müəllifin qohumları, dostları çıxış etdilər, ona gələcək yaradıcılıq həyatında uğurlar arzuladılar. Sonda Təranə Vahid tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Ramil

 





25.12.2013    çap et  çap et