525.Az

İsti yay günlərində paytaxtda yaşıllıqlara gecələr qulluq göstərilir - Foto


 

İsti yay günlərində paytaxtda yaşıllıqlara gecələr qulluq göstərilir - <b style="color:red">Foto </b>

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır.

Prospektlər, küçələr yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara  lazımi qulluq göstərilməsi üçün  Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Yayın isti günlərinndə qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşılllıqların, yol kənarları və parklardakı qazon örtüyünün axşam saatlarında suvarılması aparılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır. 

İşlər çərçivəsində həm də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.

Kommunal xıdmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparırlar.

 





25.06.2020    çap et  çap et