525.Az

Jurnalistikamızın Əli İldırımoğlu fenomeni


 

Jurnalistikamızın Əli İldırımoğlu fenomeni<b style="color:red"></b>

Əsrarəngiz gözəlliyə malik Qarabağın xoşbəxt çağları idi. Ötən əsrin yetmişinci illərinin respublikada doğurduğu işgüzar mühit hər sahəyə yeni nəfəs gətirmişdi. Bir neçə rayonun birləşdirildikdən sonra ayrılması yerlərdə yeni düşüncənin, əməli fəaliyyətin canlanması duyulurdu. Artıq xeyli müddət keçməsinə baxmayaraq Füzuli rayon qəzeti redaksiyasında da hələ formalaşmamış, mühüm ideoloji strukturlardan biri kimi öz ənənələri olan "Araz" qəzetinin yenidən nəşrinin təşkili sahəsində yaranmış çətinliklər çox vacib məsələ kimi qarşıda qoyulmuşdu. Bu sahədə əsasən təcrübəsiz gənclər, ən yaxşı halda isə pedoqoji təhsillilər çalışırdılar. Spesifik xüsusiyyətə malik üsulu tətbiq etmək, zəruri maddi-texniki baza yaratmaq lazım idi. Məhz bu vacib məsələnin həlli illər ötsə rayon qəzeti redaksiyasında olduqca ləng gedirdi.

Məni təyinatla "Araz" rayon qəzeti redaksiyasına işləməyə göndərmişdilər. Çalışırdım ki, "Sosialist Sumqayıtı" Sumqayıt şəhər qəzeti redaksiyasında bundan əvvəlki əməkdaşlıq etdiyim mətbuat orqanlarında topladığım təcrübəni burada tətbiq edim. Burada əməkdaşların bəziləri 30-40- illərin "Artel" düşüncəsinin təbirlərincə yazır, xalqın başa düşdüyü, ədəbi dilin qanunlarına məhəl qoyan yox idi. Məhz bu bir sıra nöqsanlara görə redaksiya dəfələrlə tənqidə məruz qalmışdı.

Respublikamızın aparıcı qəzeti olan "Kommunist"in tanınmış jurnalistlərindən biri, müqtədir qələm sahibi Əli İldırımoğlu o zamanlar Naxçıvan MR- bahəm Qarabağ üzrə bölgə müxbiri kimi fəaliyyət göstərirdi. Əli müəllimin rayona hər gəlişi bizim üçün həmişə maraqlı, məmurlar üçünsə bir təlatüm, bir təlaş doğururdu. Bilirdilər ki, Əli İldırımoğlu rayondakı nöqsanları mütləq görəcək, onun aradan qaldırılması, respublikamızın inkişafı naminə, bu kəsir cəhətləri bağışlamayacaq təfsilatilə, satirik qələmlə yazacaq, kəskin tənqid atəşinə tutacaq. Respublika rəhbərliyi "Kommunist" qəzetinin, Əli İldırımoğlunun çıxışını tədbir görməmiş qoymazdı. İti qələm sahibi, ustad jurnalistin hər çıxışı, xüsusilə biz gənc jurnalistlərin ürəyindən olardı. Çünki tabeçilikdə yaşayıb-işləyən gənc yazarların rayon rəhbərliyinin işlərini tənqid etmək imkanı yox idi buna duruş gətirə bilməzdik, bizi hər vaxt təhdid edirdilər. 

Əli İldırımoğlunun yazıları eyni zamanda əhalidə böyük rəğbətlə qarşılanır, haqq-ədaləti özləri bildiyi kimi düşünən, yerlərdə ağalıq edən "Kiçik padşahlar" kimi özlərini aparan raykom katibləri Əli müəllim tərəfindən necə deyərlər, yerlərinə oturdulurdu. Bu, hamımızın ürəyindən tikan çıxarırdı. Çünki gənc jurnalistlər haqq sözünü deyəndə incidilir, haqsız danlaqlara, hədə-qorxulara məruz qalırdı. Rayon rəhbərləri ilə isti münasibətləri olan kolxoz, sovxoz, idarə müəssisə başçıları adi bir tənqidə görə bizi məşhər ayağına çəkirdilər.

Mətbuatın nüfuzunu, tənqidi yazıların təsir qüvvəsini artırmaq üçün biz gənclər bəzən respublika partiya təşkilatına müraciət edir, bununla yanaşı məhz "Kommunist"in müxbiri Əli İldırımoğluna güvənirdik. Respublikamızın digər jurnalistlərindən fərqli olaraq, Əli İldırımoğlu rayona ayaq basanda, ilk öncə bizim "Araz" qəzeti redaksiyasına gəlir, məsləhətlərini verir, qaldırdığımız problemlər, tənqidi çıxışlarımız barədə rayon partiya komitəsinin bürosunda məsələ qoyur, gənc jurnalistləri ruhlandırırdı.

Redaksiyada çalışan jurnalistlərin mənzilə böyük ehtiyacları var idi. Yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılması ya ictimai binadan mənzil verilməsi barədə çoxsaylı müraciətlərimizə illərlə müsbət cavab ala bilmirdik. Azərbaycan KP MK-ya rəsmi ərizələrlə müraciət etdik bundan əfzəl "Kommunist" qəzetinin bölgə müxbiri Əli İldırımoğluna da məktub yazdıq. Raykom katibi, ispolkomun sədri: "- Mərkəzi Komitəyə yazmısınız, heç olmazsa Əli İldırımoğluna niyə müraciət edirdiniz?" - deyə, bizi möhkəm danladılar heç bir ümid yeri qoymadılar. Ərizələrimiz cavabsız qalmışdı. Lakin Əli İldırımoğlu rayona gəldi, bizimlə söhbətlər apardı, hər kəsin ehtiyacları ilə maraqlandı. Əsl məsələlər məhz Əli müəllimin gəlişindən, rayon rəhbərləri qarşısında redaksiya mətbəə işçilərinin ehtiyacları barədə məsələ qaldırması bütün bunların müsbət həlli üçün vaxt verməsi, kasıbyana dolanan mətbuat işçilərinin ailə qayğılarını həll etdi. Bir sözlə, onun atalıq qayğısını hər məqamda hiss edirdik.      

Duzlu-məzəli felyetonları, oxunaqlı məqalələri, hər biri gözəl əsər olan oçerk zarisovkaları ilə tanınan Əli İldırımoğlu biz gənc yazarlara da tapşırıqlar verir, müxtəlif səpkili yazılar işləyib mərkəzi qəzetlərdə çıxış etməyə sövq edirdi. Müqtədir qələm sahibi, tanınmış jurnalist Əli İldırımoğlunun tapşırılqarını yerinə yetirmək hər şeydən əvvəl böyük cəsarət məsuliyyət tələb edirdi. Çünki Əli müəllim qədər səmimi, qayğıkeş olsa da, ciddi tələbkarlıq göstərir, hər bir janrın qaydalarına tələblərinə düzgün əməl etməyi, bədii sözün istifadəsinə diqqət yetirməyi tapşırırdı. Məqalə, oçerk zarisovkaların, xüsusilə felyeton janrının yazılmasında hansı təsirli sözlərdən, ibrətamiz kəlamlardan, faktlardan necə dəqiq istifadə etməyin forma üslublarını öyrədir, dəyərli məsləhətlərini verir, hər kəsin yaradıcılıq potensialına uyğun yazılar çap etdirməyi məsləhət görürdü.

Ustad jurnalist Əli müəllimin tapşırığına əsasən bir neçə mövzu işlədim. Həyəcanla təqdim etdim. Əli İldırımoğlu yazıları nəzərdən keçirib, iti baxışlarını mənə yönəldəndə, məmnun qaldığını anlayırdım qəlbimdə, yaradıcılığımın cilalanmasında püxtələşməyimdə xüsusilə böyük zəhməti olan, dəyərli ziyalımız Əli İldırımoğlunun mənəvi Ata məsləhətləri şəxsən mənim üçün bir meyar, haqq-ədalət tərəzisi, mübarizlik simvolu kimi həyat fəlaiyyətimdə mühüm yer tutur. Müdriklər deyiblər ki, Ata əli oğul kürəyində olanda, övlad daha ürəkli, qorxmaz, cəsarətli, mübariz olur, arayıb-axtarır, qurub-yaratmaq eşqi daha da alovlanır. Bu gün xalqımızın dəyərli ziyalısı kimi tanınan, yüzlərlə oçerk felyetonların, məqalələrin, çoxsaylı hekayələrin, povestlərin neçə-neçə romanın müəllifi olan Əli İldırımoğlunun mənə bir dəfə "- Qorxma, yaz! " - deməsi, artıq səkkiz kitabın müəllifi olan bu sətirlərin müəllifini yeni-yeni əsərlər yaratmağa ruhlandırdı.

Ulu Öndərimiz Heydər Əliyevin respublika rəhbərliyinə ilk gəlişindən sonra partiya-təsərrüfat işlərinin həcmi miqyası daha da güclənmiş, quruculuq-abadlıq işləri genişlənmişdi. Respublikanın salnaməsini yaradan dövrü mətbuatın öncül sıralarında sözsüz ki, "Kommunist" qəzeti dururdu. Böyük inkişaf yolu keçən Odlar Yurdunun coşğun həyatını vəsf edən sayılıb-seçilən jurnalistlərdən biri məhz Əli İldırımoğlu idi.

Görkəmli jurnalist Əli müəllim məni yeni görüşə dəvət etmişdi. Çətin, lakin vacib partiya mövzusunda işləməyi tapşırdı. Komsomola partiya rəhbərliyinin aktual metodlarından irəli gələn təcrübə ətrafında məqalə hazırlamağı tapşırıdı. "Kommunist" qəzetində partiya-sovet mövzusu vaxtaşırı dərc olunsa da, müasir idarəetmə, gənclərin sovet ideologiyası ruhunda tərbiyəsi məsələlərinin təşkili diqqət mərkəzində dururdu. Mövzu ilə əlaqədar məsələlərin diqqətlə öyrənilib, təşviq təbliği cəhətlərinə nəzər yetirməyi Əli müəllim xüsusi tapşırdı. Məqalə "Kommunist" qəzetində, iri həcmdə dərc olundu bundan sonra Əli İldırımoğlunun xeyir-duası ilə mərkəzi mətbuatda dəfələrlə müxtəlif mövzularda yazılarım verildi.

Əli İldırımoğlu bir şəxsiyyət kimi gənc jurnalistlərə yazıçılara həmişə nümunə olub. Nədən yazır-yazsın, onun şəxsi qənaətinə, fikrinə kimlərsə nüfuz edib, onu öz düşüncəsindən sapındıra bilməzdi. Haqq-ədaləti həmişə başı üzərində görən, sadə insanların mənafeini müdafiə edən, istedadlı yazıçı-jurnalist Əli İldırımoğlu çağdaş Azərbaycan jurnalistikasında fenomen bir şəxsiyyət, özünəməxsus yaradıcılıq üslubu dəst-xətti olan söz sərrafı, qüdrətli qələm sahibi kimi mətbuat tariximizdə bir epoxa, meyar olaraq nəsillərə nümunədir.

Etiraf edim ki, otuz ildən çoxdur Əli müəllimlə görüşmürük. Ancaq şair demişkən "könüldən-könülə yollar görünür". Əsərlərini maraqla mütaliə edir, qəzet səhifələrində gedən yazılarını oxuyur, onun həyat yaradıcılığından bəhs edən radio televiziya verlişlərini böyük maraq qürur hissi ilə izləyirəm. İftixarla deyim ki, son illər Əli İldırımoğlunun bədii nəsr əsərləri xalqımızın sevilə-sevilə mütaliə etdiyi kitablardandır. Əli İldırımoğlunun "Mayaklar", "Yazım, yazmayım", "Çinarlı", "Həmin adam", "Telepat", "Dərd", "Silinməz izlər", "Zorən jurnalist", "Közərən sətirlər", "Mənim rəncbər atam", "Aqibət", "Qarlı gecələr", "Daş yağan gün" kitabları nəşr edilib, seçilmiş əsərləri 10 cildlik külliyyat şəklində çap olunub. Fərəhli haldır ki, Əli İldırımoğlunun "Zorən jurnalist", "Aqibət", "Mənim rəncbər atam" romanları Türkiyədə, "Mənim rəncbər atam" romanı həm İranda, "Aqibət" romanı isə həmçinin Rumıniyada çap olunub. Romanlarının bir çoxu rus ingilis dillərinə tərcümə edilib.

Azərbaycan çağdaş jurnalistikasının fenomeni kimi şöhrət tapmış yazıçı-publisist Əli İldırımoğlunun yaradıcılığı nəsillər üçün geniş tədqiqat mənbəyidir. Tanınmış ədəbiyyatşünas-tənqidçilər Qurban Bayramovun, Bəsti Əlibəylinin Əli İldırımoğlunun yaradıcılığına, milli-mənəvi dəyərlərin bədii salnaməsi olan əsərlərinə həsr edilmiş monoqrafiyaları ədibin böyük istedadının gərgin zəhmətinin bəhrəsi kimi, bəşəri məhəbbət duyğularının töhfəsi olan  əsərlərinə həsr olunub.

Xalqımızın işıqlı, dəyərli ziyalılarından olan "Şöhrət" ordenli, "Əməkdar jurnalist", Azərbaycan Yazıçılar Jurnalistlər Birliklərinin üzvü Əli İldırımoğlu çoxsaylı mükafatlara layiq görülüb.  O,  "Qızıl qələm", "Araz", "Ustad Jurnalist", Əbdürrəhim bəy Haqverdiyev adına mükafatlar laureatıdır, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatında Xidmət" beynəlxalq mükafatıyla təltif edilib.

Ömrünün səksən altıncı baharını başı uca, məğrur xislətli, xalqına, ədəbiyyatımıza həmişə sədaqətlə xidmət edən, ünlü yazıçı-publisist, hamımızın ustadı, müəllimi, mənəvi Atası olan Əli müəllimin əsərlərini oxuduqca kitabı yerə qoymaq istəmirsən. Dahilər demişkən, sənətkarlar təbiətin övladıdır onlar öz nümunələrini təbiətdən götürməlidirlər. Çünki təbiət "müəllimlərin müəllimidir". Alman sənətşünası Düpepin təbirincə desək "Sənət təbiətin özündədir, sənətkar o adamdır ki, sənəti təbiətdən "qopara bilir"." Əli İldırımoğlunun keçdiyi çətin həyat yoluna az-çox bələd olan qələm əhli kimi deyərdim ki, onun əsl müəllimi məhz təbiət cəmiyyət olub. Ona görə əsərləri oxucularla təbiətin, doğma xalqının dilində danışır.  O, sanki rəssam kimi tablo yaradır, həm insanların mürəkkəb düşüncələrini, həyat aləmini, həm zamanın, dünyanın axar-baxarını nəzmə çəkir, özünün söz dəyirmanında üyüdür, ələk-xəlbirdən keçirir, haqq-ədaləti, insana, insanlığa xas olan nəcib keyfiyyətləri əsərlərindəki obrazlara gətirərək, bu günkü gələcək nəsilləri belə bir ruhda tərbiyə etməyə çalışır.

Şah Palıd möhtəşəmli, Xan Çinar əzəmətli, müdrik, ədəbiyyatımızda öz yolu, öz dəsti-xətti olan dəyərli  Əli müəllim! Ömrünüz uzun olsun ki, yaşayıb-yaşadasız! Biz qələm adamlarının sizin kimi korifeylərə, çağdaş Azərbaycan jurnalistikasının fenomeni olan Əli İldırımoğlunun xalq dili ilə cilalanan dəyərli əsərlərinə, sizdən öyrənməyə çox ehtiyacımız var...

Oqtay ƏLİYEV

Yazıçı-publisist  

 





25.12.2013    çap et  çap et