525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- Xristian təriqətləri


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">Xristian təriqətləri</b>

 

İdris ABBASOV

Xristian təriqətləri

haqqında qısa

məlumat

 

Xristian təriqətləri mənsub olduqları məzhəblərin bütün ehkamlarını qəbul etməklə yanaşı müəyyən fərqliliklər kəsb edirlər. Bu təriqətlərin ortodoks olanları Orta əsr Avropasında təşəkkül edən təriqətlərdən fərqli olaraq daha çox monastr təşkilatlanması şəklində mövcud olmuşdur. Həqiqi mənada təriqətlər XIII əsrdən sonra Avropanın böhranlı dövrlərində mərkəzi hakimiyyətə qarşı çıxma nəticəsində meydana gələn heterodoks (başqa cür düşünən) təşkilatlanmalar şəklində ortaya çıxmışdır. Kilsə tərəfindən heretik elan edilən hərəkatların səbəb olduğu qarışıqlığın qarşısını almaq üçün XIII əsrdən etibarən katolik təlimi ətrafında formalaşan müxtəlif təriqətlərin ortaya çıxdığı aydın olur. Bunlardan biri kastilyalı piskopos Dominikin 1216- ildə qurduğu Dominikan təriqətidir. Avqustinçi görüşləri qəbul edən bu təriqət monastr həyatını təklif edən bir təşkilatlanma tərzinə sahib idi. Missionerlikdə bir sıra uğurlar qazanan Dominikan təriqəti indi varlığını sürdürür. Katolik Fransisken təriqəti 1209-cu ildə Assisili Fransis tərəfindən quruldu. Yoxsulluğu inziva həyatını qəbul edən, monastrlar ətrafında təşkilatlanan Fransisken təriqəti günümüzdə yaşamaqdadır. Hər iki təriqət Reformasiyaya qarşı katolik ənənəsini mühafizə etmək üçün İqnatyus Loyola tərəfindən qurulan Cizvit təriqətinə zəmin hazırlamışdır. Bu təriqət 1534- ildə Parisdə Loyolalı İqnas (İgnace de Loyola) tərəfindən qurulmuş, Roma katolikliyinə bağlı İsanın dostlarıadı ilə tanınan bir xristian təriqətidir. 1540- ildə Papa II Paul tərəfindən təriqətin quruluşu təsdiq edilmişdir. Bu təriqət üzvləri sərtliyi, əsgəri xarakteri intellektual səviyyələri ilə digərlərindən fərqlənir. Loyolalı İqnasın təsbit etdiyi qaydalar günümüzdə davam etməkdədir. Hər bir cizvit iffətli olmalı, kasıb yaşamalı istənilən yerə missioner kimi getməyə and içməlidir. Cizvitlərin sayı 30-40 min civarındadır. Eyni məqsədlə qurulan digər bir təriqət isə kökü XII əsrə gedib çıxan, fəqət 1539-cu ildən sonra islah edilən Karmeli təriqətidir. Bunlardan başqa 1533- ildə Kremonalı doktor Antonio Maria Zaccaria dostları tərəfindən Milanda missionerlik məqsədi ilə qurulan bu gün varlığını sürdürən Barnabi təriqəti, Covanni Boskonun 1841-ci ildə Turində qurduğu hazırda mövcudluğunu davam etdirən Salesialılar katolik təriqətləri arasında ən böyüklərindəndir. XIX XX əsrlərdən etibarən protestant ölkələrində bəzi təriqətlərin qurulmağa başladığı görünür. Riçard Benson tərəfindən 1865-ci ildə qurulan monastik xarakterliMüqəddəs Yevangelist Con Cəmiyyəti” (Society of Saint John the Evangelist) bu tip təriqətlər arasında ən diqqətəlayiq olanıdır. Təriqət bu gün ABŞ, Kanada Avstraliya kimi ölkələrdə fəaliyyətini davam etdirməkdədir.

   

XRİSTİANLIĞIN BAŞQA DİNLƏRƏ MÜNASİBƏTİ

   

Xristianlıq qurtuluş qavramı. Xristianlığın təməl təlimində insanlığın xilası üçün özünü fəda edən İsanın qurtuluşun mərkəzi hesab edilməsi dayanır. Ənənəvi təlimə görə insanlar qurtuluşa çatmaq üçün ona inanmalı bu gün onun bədənini təmsil edən kilsəyə daxil olmalıdır. Kilsə ataları bunuKilsənin xaricində qurtuluş yoxdur” (Extra ecclesiam nulla salus) ifadəsi ilə xülasə edib bir ehkam halına gətirmişdirlər. Bu ehkama görə katolik kilsəsi istisna olmaqla, heç bir din, hətta ortodoks protestant kilsələri kimi digər xristian kilsələri belə insanı qurtuluşa çatdıra bilməz. II Vatikan Məclisinə qədər bu cür yanaşma katolik kilsəsinin digər din məzhəblərə qarşı sərt davranışını ifadə etmişdir. Sözügedən məclisdən sonra katolik kilsəsi dialoqdan söhbət açmağa başlamışdır. Yalnız Aralıq dənizi hövzəsindəki ölkələrdən ibarət bir dünyadan xəbərdar olan kilsə bu dünya insanlarının İncili tanımaması üçün heç bir səbəbin olmadığına inanmış, kilsədən kənarda qalanların əbədi cəhənnəm odunda yanacaqlarını elan etmişdir. XV əsrdən etibarən reallaşan coğrafi kəşflər nəticəsində dünyanın daha böyük olduğu məlum olduqda İncilin müjdəsinin yetişmədiyi saysız-hesabsız bütpərəst cəmiyyətlərlə qarşılaşan xristian teoloqların vicdanları bütün bu insanları cəhənnəmlik elan etməkdən narahat olmuş, İncillə tanışlığı olmayan topluluqların vəziyyəti xristian ilahiyyatçıları arasında ciddi mübahisələrə səbəb olmuşdur. Ancaq bu mübahisələr heç bütün xristianlara təsir etməmiş bir gün bütün dünyanın xristianlaşacağı inancı davam etmişdir. XIX əsrin ikinci yarısından etibarən xristian dünyasının güclənməsi hərbi-siyasi uğurların qazanılması bu inancın yaxın vaxtlarda gerçəkləşəcəyi ümidini artırmışdır. Amma II.Dünya Savaşından sonra vəziyyət dəyişmişdir. 1949-cu ildə Çindəki oyanış 1947-ci ildə müstəqilliyini qazanan Hindistan bütün xristian dünyasını mədəni cəhətdən əhəmiyyətli dərəcədə təsirə məruz qoydu. 1948-ci ildə yəhudilər katoliklərin inancının tam əksini gerçəkləşdirərək müqəddəs torpaqlarda müstəqil İsrail dövlətini qurdular. İslam dünyasında da baş verən irəliləyişlər Qərbin marağına səbəb oldu. Nəticə olaraq müstəmləkə sisteminin çöküşü, plüralist toplumun meydana gəlməsi kimi irəliləyişər xristianlıqdan başqa dinlərin tarixdə yeri olduğunu xristianları bu dinlər barəsində düşünməyə sövq etdi.

Xristian ilahiyyatçılar xristianlıqdan kənar dinlər mövzusunda üç fərqli yanaşma irəli sürmüşdürlər: a) kənarlaşdırıcı yanaşma. Tanrı haqqındakı həqiqi bilgi təcrübəni xristianlıqla məhdudlaşdırır. Digər dinlərlə bağlı dəyərləndirmənin təməl ölçüsü kilsə hesab olunur. Dinlər haqqındakı bu qatı anlayışın müasir dövrdə ideya atası protestant ilahiyyatçı Karl Bartdır. Onun fikrincə insan Tanrını yalnız Onun vəhyi ilə bildirməsi nəticəsində tanıya bilər. Vəhy yalnız Yeni Əhddən ibarət olduğu üçün xristianlıqdan kənar həqiqi Tanrı bilgisi yoxdur. “Kilsədən kənar qurtuluş yoxdurifadəsi ilə xülasə edilən bu yanaşma 2000 il boyunca rəsmi inancı təşkil etmişdir. Bu gün ortodoks protestant kilsələri bu yanaşmanı davam etdirirlər; b) plüralist yanaşma. Xristianlığı da Allaha aparan digər dinlərlə eyni statusda dəyərləndirir. Amma xristianlıq daha əmin sayılır. Xristian teoloqlar arasında plüralist yanaşmanın tərəfdarları azlıq təşkil edirlər; c) əhatəli yanaşma. Tanrının ümumbəşəri qurtuluş iradəsi aksiomasını, qurtuluşun İsa Məsih onun kilsəsinin vasitəsilə təmin oluna biləcəyi aksioması ilə uzlaşdırmağa çalışmaqdadır. “Tamamlayıcı teologiyada deyilən bu yanaşmaya görə xristianlıqdan kənar dinlərdə Tanrıya götürən işarələr mənəvi zənginliklər vardır. Amma bunlar insanlığı tam qurtuluşa çatdırma baxımından naqisdir. İsa Məsih bunları tamamlayaraq mükəmməl hala gətirir. Hz.İsanınZənn etməyin ki, mən şəriəti, yaxud peyğəmbərləri yıxmağa gəldim, yıxmağa yox, tamamlamağa gəldimdeyiminin mənası yalnız İsrail dini ilə məhdud deyildir. İsa Tövrat Əski Əhd peyğəmbərlərinin sözləri ilə birlikdə ari irqin (Hind-Avropa dillərində danışan xalqlara verilən qeyri-elmi şərti ad) kitablarını, peyğəmbərlərini tamamlamaq üçün gəlmişdir. Əhatəli yanaşmanın ən önəmli nümayəndələrindən biri olan Karl Rahner bu yanaşmanı daha müxtəlif bir nəzəriyyə ilə açıqlamışdır. Onun fikrincə, xristianlıqdan kənar dinlərə mənsub olanların qurtuluşu İsa Məsihə bağlıdır. İsa Məsih bu anda gizli olaraq onların arasındadır onlar hiss etmədən İsa Məsihin nəzarəti altında Tanrıya yönəlməkdədirlər. Beləliklə, Rahner bütün insanların həqiqətdə xristian olduğunu iddia edir.

Xristianlığın digər dinlərə baxışı mövzusunda fikir açıqlayan kilsə atası Əziz Justindir (ö.163- il). Justin İsadan qabaqkı yəhudilərin qurtuluşunun mümkün olduğunu bildirmiş bu görüşünühikmət, kəlam, ağılanlamlarında işlətdiyiloqosqavramı ilə əsaslandırmışdır. Kilsə xaricində qalanların xilas olmayacaqlarını bir təlim halına gətirən kəs Kartaca piskoposu Əziz Kipyanus (ö.258-ci il) olmuş, “Kilsədən kənar qurtuluş yoxdurehkamını xülasə etmişdir. Azlıq təşkil etdikləri təzyiq altında olduqları üçün bu dönəmdəki kilsə ataları yəhudilərlə bütpərəstlər haqqında fikir açıqlamaqdan çəkinmişdirlər. Ancaq IV əsrdə xristianlıq Romanın rəsmi dini olub güc qazandıqdaKilsədən kənar qurtuluş yoxdurtəliminin şamil olduğu sahəyə bütpərəstlər yəhudilər daxil edilmişdir.

Katolik kilsəsində bir dönüş nöqtəsi sayılan II Vatikan Məclisində digər dinlərə daha açıq müsbət bir yanaşma nümayiş etdirilmişdir. Məclisdə dinlərinümumbəşəri qurtuluş planına dair bir sıra sənədlər qəbul edilmişdir. “Tanrının qurtuluş planı yaradıcını qəbul edənləri əhatə edir. Bunların başında müsəlmanlar gəlir. Müsəlmanlar İbrahimin imanını paylaşırlar. Bizimlə birlikdə tək bağışlayan, qiyamət günündə insanları mühakimə edən Tanrıya ibadət edirlər. Heç bir günahı olmadan İsa Məsihin İncilini, yaxud onun kilsəsini tanımayan, fəqət səmimiyyətlə Tanrını arayan Onun lütfü ilə içlərindən gəldiyi kimi Onun buyurduqlarını yerinə yetirməyə çalışan kimsələr qurtuluşa çata bilərlər”. Məclisdə dünyanın böyük dinlərindən Hinduizm, Buddizm, İslamiyyət Yəhudilik adbaad xatırlanaraq onlar haqqında sayğı ilə danışılmış, mənsublarına da sayğı ilə yanaşılması tövsiyə edilmişdir. Xristianlıqdan kənar dinlərdə mənəvi doğruluğun mövcudluğuna görə bu dinlərlə dialoqa girilməsi qəbul edilir.

Əhatəli yanaşma çərçivəsində xristianlıqdan kənar dinlərin mənəvi zənginliyini tanıyan onların da bir funksiyasının olduğunu qəbul edən kilsə bu dinlərin xristian mesajı ilə tamamlanmasının zəruriliyini qeyd etmişdir. Bununla bağlı olaraq kilsənin missionerlik anlayışında mühüm dəyişikliklər baş vermişdir. Yeni missioner metodların başlıcaları bunlardır: a) inancı açıqlama. İnancın açıqlanacaq mövzusu İsanın əsrarəngiz xüsusiyyətləridir. Onun bir xilaskar kimi enkarnasyonu (təcəssüm etmə), xaçda ölümü, dirilməsi s. kimi xüsusiyyətlər açıqlandıqdan sonra insanlar İsa Məsihə inanmağa dəvət edilirlər; b) dialoq. Papa VI.Paulun 6 avqust 1964- ildə məclisin iclaslarında elan etdiyiEcclesiam Suamadlı bəyannaməsində dialoqdan bəhs etdiyinə görə bu qavram məclis sənədlərində öz əksini tapmışdır. Katolik kilsəsi digər dinlərin mənsubları ilə bir-birini tanımaq inancı paylaşmaq üçün dialoqa girməlidir. Çünki kilsə bütün insanlıq üçündür. Katolik kilsəsi dinlərarası dialoqdan xristianlaşdırma missiyasının bir aləti kimi istifadə etdiyini açıq surətdə bildirməkdən çəkinməmiş, bu davranışı ilə missionerlərdəki əhatəli yanaşma ətrafında yaranan tərəddüdlərə son qoymağa çalışmışdır; c) inkültürasyon. Bu termini katolik kilsəsinin yeni missiya anlayışına ilk dəfə Masson gətirmişdir. Teoloji sözlüklərdə inkültürasyonİncilin müjdəsini dünyanın müxtəlif bölgələrində yaşayan xalqların sahib olduqları mədəniyyətlərə uyğun hala gətirməşəklində tərif edilir. Bu termininanc-mədəniyyət dialoqu uzlaşmasıanlamına gəlir. Bu metod sistemli bir şəkildə ilk dəfə II.Vatikan məclisində gündəmə gəlmişdir. “Ad Gentesadlı sənəddə bu mövzuda qısaca belə deyilir: “Məhəlli kilsələr xalqların sahib olduqları bütün zənginlikləri təsbit etmək bunlara sahib çıxmaq durumundadır. Çünki bu zənginliklər xristian olmayan xalqlara Tanrı tərəfindən borc verilmişdir”. İstismarçı yanaşmanı əks etdirən digər bir tərif aşağıdakı kimidir: “İnkültürasyon otantik mədəni dəyərlərin xristianlıqla bütünləşməklə əsl bir dəyişməyə uğraması xristianlığın müxtəlif bəşəri mədəniyyətlərə daxil olmasıdır”. Bəyannamənin sahibi Papa II.Jan Pol missionerlərin sahib olduqları mədəni hüdudları aşaraq özlərini göndərildikləri mühitə yaxşıca alışdırmaları, çalışdıqları bölgənin dilini, yerli mədəniyyətin ən önəmli xüsusiyyətlərini öyrənmələri həmin bölgənin dəyərlərini kəşf etmələrinin zəruriliyini ifadə etmişdir. Bu metod bu gün Hinditanda ənənəvi dinlərin geniş yayıldığı Afrika Okean ölkələrində tətbiq olunur; ç) qurtuluş müstəqillik hərəkatlarında iştirak etmə. Katoliklər II.Vatikan Məclisindən sonra müəyyən etdikləri missiya strategiyaları çərçivəsində marksist ideologiyaları kilsə təliminə missionerliyə uyğunlaşdırmağa çalışmışdırlar. Bununla əlaqədar olaraq kilsə xristianlıq təlimini insanlara çatdırmağın yolu kimi qiymətləndirdiyi marksist ideologiya metodları tətbiq etməkdə bir əngəl görməmişdir.

(Ardı var)

 

 





25.12.2013    çap et  çap et