525.Az

Emin Həsənli: “Dövlətimizi, ordumuzu qalib görmək istəyiriksə...” - Müsahibə


 

Emin Həsənli: “Dövlətimizi, ordumuzu qalib görmək istəyiriksə...” -<b style="color:red"> Müsahibə</b>

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Azərbaycan Silahlı Qüvvələr günü ilə bağlı Lent.az -ın suallarını cavablandırır.

- 26 iyunun Azərbaycanın bu günü və tarixindəki yeri, əhəmiyyəti nədən ibarətdir?

- 26 iyun - Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Şərqdə ilk demokratik respublikanı bizim babalarımız qurub. İslam və şərq aləmində qurulmuş ilk Cümhuriyyətimizin çox böyük nailiyyətləri olub. Cümhuriyyət qurucularını, ordumuzun quruculuğunda da böyük əməkləri olan general Mehmandarovu, Şıxlinskini, Nuru Paşanın rəhbərliyi altında döyüşən heyəti ehtiramla yad edirik. Nuru Paşanın komandanlığı altında döyüşən qəhrəmanlar Bakının işğaldan azad ediblər. 1918-ci ilin 15 sentyabrı elə 28 may qədər dəyərli gündür.

Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur, dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda da çox böyük işlər görüb. Heydər Əliyev həmin ilin 2 noyabrında xalqa müraciət edərək, səfərbərlik elan etdi. Bununla da düşmən Fizuli-Horadiz istiqamətində 40 km geri çəkildi, 23 kənd və bir qəsəbə azad edildi. Nəticədə düşmən atəşkəsə məcbur edildi və daha sonra dövlət və ordu quruculuğunda böyük uğurlar qazanıldı.

- Müstəqillik illərində ordu quruculuğu prosesi hansı mərhələləri keçib? Dövlət və ordu quruculuğunun hansı ümumi cəhətlərini qeyd edə bilərsiniz?

- Azərbaycanda ordu quruculuğu hərbi elmi qanunlarına uyğun aparılır. Vahid komandanlığa məxsus nizami ordu yaradıldı. Hərbi qanunvericilik sahəsində xeyli işlər görüldü. Ölkəmizdə ali hərbi məktəblər formalaşdırıldı, Təkim Tədris Mərkəzi, Ali Hərbi Akademiya yaradıldı. Ali Təyyarəcilik , Ali Dənizçilik məktəbləri, gizirlər və çavuşlar kursları yaradıldı. Hərbi çağırış və səfərbərlik sistemi müasir dünya səviyyəsinə uyğunlaşdırıldı. Hazırda cənab Prezidentimiz ordunun inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısı qısa müddətdə Azərbaycan ordusunun büdcəsinin Ermənistanın dövlət büdcəsindən daha çox olmağı nail oldu. Bütün hərbi hissələr müasirləşdirilib. Hərbi kazarmalar , hərbçilər üçün şəhərciklər tikildi. Hospitallar müasirləşdirildi. Tikinti-quruculuq işləri geniş vüsət aldı. Ordumuzun saxlanılması və silahlanması müasirləşdirildi. Bir çox ölkələrlə hərbi əməkdaşlıqlar yaradıldı. Ordumuzun hərbçiləri Türkiyədə, ABŞ-da, Rusiyada, Çində hərbi məktəblərdə oxudular, müxtəlif kurslar keçdilər. İsrail və Pakistanla ikitərəfli əməkdaşlıqlar əldə olundu. Bütün bunlar ordumuzun gücləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin qorunması üçün edilibdir. Müdafiə Sənayesi Nazirliyinin yaradılması tarixi bir nailiyyətdir. Ordumuzu öz istehsalımız olan silahlarla təmin edilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu proses uğurla davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması ordu quruculuğunda çox mühüm yolu vardır . Orduya çağırış sistemini müasir metodlarla, şəffaf şəkildə həyata keçirilir. Çağırış sisteminə vətəndaş məmnunluğu tam təmin edilmişdir. SHXCDX gənclərin orduya hazırlanması , hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması müstəsna xidmətləri vardır. Şəhid ailələri, müharibə əlilləri , veteranlar və ehtiyat olan zabitlərlə daim diqqətdə saxlanılır. Ordumuz hər il genişmiqyaslı təlimlər həyata keçirir. Əsas təlimlərdə Ali Baş Komandan , cənab prezident İlham Əliyev özü şəxsən iştirak edir. Keçirilən təlimlər Silahlı Qüvvələrimizin döyüş hazırlığı yüksək səviyyədə olduğunu bir daha sübut edir . SHXÇDX ehtiyatda olan hərbçiləri də təlimlərə cəlb edir. Bir neçə saat ərzində 10 minlərlə ehtiyatda olan hərbi qulluqçu təlimlərdə iştirak edir. . Bu isə həm vətənpərvərliyin, həm də peşəkarlığın göstəricisidir. Mən özüm ehtiyatda olan zabit kimi bu təlimlərdə iştirak etmişəm. 2014-cü ilin avqust ayındakı döyüşlər , 2015-ci ildə Ermənistan helikopterinin vurulması, 2016-cı ilin aprel döyüşləri, 2018-ci lin Naxçıvan Muxtar Respublikasındakı əməliyyatlar ordumuzun qüdrəti bütün dünya göstərdi. Həmin hadisələr hərbçilərimizin müasir silahlardan necə məharətlə istifadə etməsini , şəxsi heyətinin mənəvi psixoloji ruh yüksəkliyi , yüksək döyüş hazırlıqlı göstərdi. Aprel döyüşlərindən sonra dünyanın, eləcə də düşmən Ermənistanın ekspertləri də bildirdilər ki, döyüşlər davam etsəydi, Azərbaycan tezliklə bütün torpaqları işğaldan azad edəcəkdir. Qürur hissi ilə qeyd edə bilərik ki, müasir hərb elminin qanunlarına uyğun güclü ordumuz yaranıbdır . Hamımız bu ordu ilə fəxr edirik. Azərbaycan ordusunu Dünyanın ən güclü orduları sırasında 50-ci yerdədir. Amma döyüş ruhuna görə ordumuz ilk onluqdadır. Mübariz İbrahimovun, Samid İmanovun, Murad Mirzəyevin, Raqub Orucovun, Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Fred Asifin davamçıları olan hərbçilərimizin döyüş ruhuna bir çox ölkələr həsəd aparır. Bu cür ordu qələbə layiqdir. Aprel döyüşlərində erməni ordusu başa düşdü ki, onu aldadıblar. Onlara nağıl danışıblar, reallıq tam başqadır. Onlar Azərbaycan ordusunun nə qədər güclü olduğunun şahidi oldular. Aprel döyüşlərin ən böyük əhəmiyyətdən biridə Ermənistan cəmiyyətin, ordusunun zabit və gizirləri psixoloji cəhətdən sarsılmasıdır.

- Ölkəmizdə hərbçilərə və müharibə iştirakçılarına dövlət qayğısı ilə bağlı hansı addımlar atılıb? Bu sahədə görüləsi hansı işlər var?

- Azərbaycan dövləti hərbçilərinin, şəhid ailələrinin, 20 yanvar əlillərinin, Qarabağ müharibə əlillərinə və veteranların, Böyük Vətən müharibəsi iştirakçılarının, Əfqanıstan müharibəsinin iştirakçılarına , Çernobıl faciəsi qurbanlarının hərtərəfli diqqət və qayğı göstərilir .Onlar dövlət hesabına mənzillə, avtomobilə təmin olunurlar. Onların övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir. Onlara Prezident təqaüdü verilir, dövlət hesabına müalicə edilir, sanatoriya və kurortlara göndərilir. Son dönəm şəhidlərimizin hörmət ehtiramla, izdihamla dəfn mərasimlərinin keçirilməsi, onların orden medallarla təltif edilməsi, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsi , gənclərimizdə vətənpərvərlik hisslərini daha da yüksəldir.

Ordumuzda milli mətbəxə də keçidin mühüm əhəmiyyəti vardır. Əvvəllər sovet dövründən qalma qidalanma ənənəsi tamamilə aradan qaldırıldı. İndi isə əsgərlərimiz Azərbaycan xanımlarının bişirdikləri mili yeməklərlə yeyir. Hərbi Xidmətdən kənar bütün işlərdə mülki vətəndaşlar çalışır. Hərbçilər ancaq döyüşə hazırlığı, təlimlərlə məşğul olurlar. Bu həmdə nizamnamədən kənar hadisələrin qarşısını alır. İndiki dövrdə hərbi hissələrdə tez-tez açıq qapı günü keçirilir. Keçmiş hərbi qulluqçular, valideynlər hərbçilərlə tez-tez təmasda olurlar. Onların şəraiti ilə yaxından tanış olurlar.

- Dünyanın hər yerində ən həssas məsələlərdən biri də ordu-cəmiyyət əlaqəsinin tənzimlənməsidir. Sizcə, həm hərbi prioritetləri, həm də cəmiyyətin şəffaflıq ehtiyaclarını təmin etmək üçün hansı işlər görülür?

- Hazırda ordu ilə medianın, QHT-lərin əlaqələri çox güclüdür. Silahlı Qüvvələrə ictimai nəzarət vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilir. QHT, mətbuat nümayəndələri, veteranlar, müharibə əlilləri , şəhid ailələri , ziyalılar tez-tez hərbi hissələrdə olurlar. Onlar hərbiçilərimizin şəraiti ilə yaxından tanış olurlar. Bu təməsların ordumuzun şəxsi heyətinin mənəvi psixoloji hazırlığına çox müsbət təsiri vardır. Cəmiyyətin çox böyük hissəsi Silahlı Qüvvələrimizi dəstəkləyir, ordumuzla qurur hissi keçirlər. Ordu rəhbərliyi ilə mütəmadi olaraq görüşlər keçirir. Problemlər və çatışmazlıqlar hərtərəfli müzakirə edilir. Çəmiyyətin fikir və təklifləri nəzərə alınır. Təəssüflər olsun, bəzi şəxslər, dövlətimizi, ordumuzu istəməyənlər yersiz bəhanələrlə ordumuzu hədəfə alırlar. Görün vəziyyət hansı həddə gəlib catıblar ki, hətta Mübariz İbrahimovu, Ramil Səfərovu , şəhid ailələrinin təqir edirlər. Bu yol verilməzdir. Biz dövlətimizi, bayrağımızı, seviriksə, ordumuzu, hərbiçilərimizi, şəhidlərimizi, əlil və veteranlarımızı sevməliyik. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq vətəni qorumaq peşəsi ən şərəfli peşədir. Biz hamımız peşəsi vətənimizi müdafiə etmək olan əziz vətən övladlarını sevməliyik. Ordu , dövlətimizindir, ordu xalqımızdır. Orduya iqtidar və müxalifət gözü ilə baxmaq olmaz. Düşmənin əsas məqsədlərindən birdə ordunu , onun zabitlərini nüfuzdan salmaqdır. Biz buna heç bir zaman imkan verməyəcəyik. Ancaq dövlətimizi, ölkəmizi qalib görmək istəyiriksə, bir olmalı, ordumuzu daim sevməli və müdafiə etməliyik. Hazırda ordumuz həm ən təhlükəli virus olan işğalçılarla, həm də koronavirusla mübarizə aparır. Bu mübarizədə də ordumuz dünyanın ən müasir orduları ilə müqayisədə özünü göstərdi.

Silahlı Qüvvələrimiz tez bir zamanda xalqımıza ən böyük arzumuz olan qələbə bayramın bəxş edəcəkdir. Bu gün Azərbaycanda elə vətənpərvər gənclik vardır ki, onun torpaqları işğal altında qalmayacaqdır. Azərbaycan xalqı, Azərbaycan ordusu hər iki virusa qalib gələrək xalqımıza böyük qələbənə hədiyyə edəcəkdir.

- Dünyanı cənginə almış COVİD-19 bəlası Azərbaycandan da yan keçməyib. Hazırda ölkəmizdə pandemiya ilə mübarizə aparılır. Ordu bu problemdən necə qorunur?

- Şükürlər olsun ki, hələlik bir nəfər də olsun hərbçimiz “COVİD-19”a yoluxmayıb. Bu il ilk dəfə olaraq, xidmətə çağırış aprel ayından may ayına keçdi. Bu da çox haqlı addım idi. Çağırışçılar arasında bir nəfər də olsun koronavirus xəstəsi qeydə alınmadı. Digər xoş hal o oldu ki, dövlət başçısının göstərişi ilə ehtiyata buraxılan bütün hərbiçilər ayrılmış maşınlarla birbaşa evlərinə aparıldı. Tərxis olunan hərbiçilərimizdən bir nəfərdə koronovirusa yoluxma qeydə alınmışdır . Bu aparılan məqsədyönlü işin nəticəsi idi.

- Sizin də fəaliyyət göstərdiyiniz sahə olduğu üçün, bu gün münasibətilə sizi də təbrik edirik...

- Təşəkkür edirəm. Ali Baş Komandanı, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini, şəhid ailələrini, müharibə əlillərini, veteranlarımızı, bütün xalqımızı Silahlı Qüvvələr günü münasibətilə təbrik edirəm. Bu ordu, bu xalq qələbəyə layiqdir. İnanıram ki, hərbçilərimiz xalqımıza halal haqqı olan qələbə bayramını hədiyyə edəcəkdir. Növbəti hərbi paradlarımızı Şuşada, Xankəndində keçirəcəyik. Yaşasın Azərbaycan dövləti, Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun!

(lent.az)

 





26.06.2020    çap et  çap et