525.Az

Serbiya müdafiə naziri koronavirusa yoluxdu


 

Serbiya müdafiə naziri koronavirusa yoluxdu<b style="color:red"></b>

Serbiyanın müdafiə naziri Aleksandar Vulin koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, A.Vulinin müavinlərindən biri də bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. Müdafiə naziri hazırda vəzifəsinin icrasını davam etdirir.

A.Vulin iyunun 24-də Rusiyanın paytaxtı Moskvada keçirilən hərbi paradda da iştirak edə bilməyib.

 





27.06.2020    çap et  çap et