525.Az

Rəşad Məcidin Hacıqabul və Şirvan məktəbliləri ilə onlayn görüşü oldu - Fotolar


 

Rəşad Məcidin Hacıqabul və Şirvan məktəbliləri ilə onlayn görüşü oldu - <b style="color:red">Fotolar</b>

26 İyun - Mili Ordunun Yaranması Günündə “525-ci qəzet”in baş redaktoru, şair, yazıçı Rəşad Məcid ilə Hacıqabul və Şirvan məktəblilərinin onlayn görüşü keçirilib.

Görüş Şirvan məktəblisi Habil Məlikzadənin pianoda “Əsgər marşı”nı ifası ilə başlayıb.

Şagirdləri salamlayan şair onların karantin günlərində vaxtı belə səmərəli dəyərləndirmələrinin təqdirəlayiq olduğunu bildirib, belə görüşlərin əhəmiyyətindən danışıb, Milli Ordunun yaranması günü münasibətilə şagirdləri  təbrik edib və öz arzularını çatdırıb.

Virtual tədbirin təşkilatçılarından olan Sara Selcan qeyd edib ki, görüş üçün bu günün seçilməsi heç də təsadüfi deyil:

“Çünki müasir poeziyamızın milli ruhlu yaradıcısı Rəşad Məcid şerinin ana xətti həm də vətənpərvərlik, vətənin bütövlüyü və  “hər daşda gizlənən tarix”in dərinliyini çatdırmaqdır”. 

Şairin  “Vətən”,”Bayraq”, “Cıdır düzü” şeirlərini xüsusi şövqlə səsləndirən şagirdlər şairin həyat və yaradıcılığına aid maraqlı suallar da səsləndirmişlər.

Hacıqabul məktəblisi Ş.Rasimin “Cıdır düzü” şerini səsləndirdikdən sonra  Rəşad Məcidin “Səninlə Cıdır düzünə gedərik” deməsi şagirdləri həddindən artıq ruhlandırıb.

Hacıqabul şəhər 5 saylı məktəbin direktoru, Əməkdar müəllim Gülüstan Almazovanın “Yastıq” şerini deməsi, şairə öz ürək sözlərini çatdırması, eləcə də həmin məktəbin dil-ədəbiyyat müəllimi Aidə Hüseynovanın şairin yaradıcılığına aid oxucu müahizələri, Şirvan şəhər 1 saylı liseyin coğrafiya müəllimi Müxsə Məlikovanın ədəbiyyatla bağlı maraqlı sualları, Hacıqabul rayon Talış kənd tam orta məktəbin musiqi müəllimi Əfruzə Əliyevanın şairin sözlərinə yazılmış “Çiyələk qadın” mahnısını ifa etməsi maraqla qarşılanıb.

Şairin “Bitdi”, “Yazdırır”, “Əvvəl”, “Xəfif qrip”, “Əlac”, “Bir günəş eylə” və sair məşhur şeirləri məktəblilərin ifasında incə  duyğu və yüksək zövqlə ifa olunub.

Sonda şagirdlərə öz minnətdalığını bildirən Rəşad Məcid pandemiya dövründə  onlara öz bacarıqlarını, bilgilərini daha da artırmağı, mütaliə etməyi, gələcəyə ümidlə baxmağı və öz istəklərinin ardınca “Dəlicəsinə” getməyi arzulayıb.

GÜNEL

 





27.06.2020    çap et  çap et