525.Az

Ziyalı ömrü


 

Ziyalı ömrü<b style="color:red"></b>

Ömrünün 30 ilindən çoxunu mətbuata həsr etmiş respublikanın əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun dekabrın 26-da 81 yaşı tamam olur.

Bəbir Hüseynov bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olub, sonralar partiya işinə irəli çəkilib, 20 ilə yaxın Ağdamda nəşr olunan "Lenin yolu" - "Ağdam" qəzetinə  redaktorluq edib. O, məcburi köçkün kimi Bakıda məskunlaşdıqdan sonra da bir neçə qəzetin baş redaktorlarının birinci müavini kimi jurnalistlik fəaliyyətini davam etdirib. B.Hüseynov həm bir çox dəyərli kitabların redaktoru məsləhətçisidir.

Qocaman jurnalisti doğum günü münasibətilə təbrik edir, onun tanıyan qələm dostlarının, ictimaiyyət nümayəndələrinin yubilyar haqqında fikirlərini oxuculara təqdim edirik. 

Sadıq Murtuzayev, filologiya elmləri üzrə fəlsəfə doktoru:

- Bəbir müəllim müdrikliyi ilə seçilən bir ziyalı kimi dövlətçiliyə sadiq bir adamdır. Cəmiyyətin böyük təbliğatçısı olan mətbuat orqanına bacarıqla rəhbərlik edirdi, onun kollektivin nüfuzunu qoruyub saxlaya bilirdi. Cox ziddiyyətli məqamlarda belə, öz təmkini itirməz bu da həmin ziddiyyətləri aradan qaldırmağın həlledici faktoruna çevrilirdi. Onun bütöv şəxsiyyət kimi həlledici dəyərləri olan əxlaqi keyfiyyətləri yüksəkdir ... Mən qətiyyətlə təsdiq edə bilərəm ki, Bəbir müəllim ləyaqətli davranışları, təvazökarlığı, təmizliyi, mədəniyyəti, təmkinliyi, heç bir dedi-qoduya məhəl qoymaması, yeri gələndə prinsipial mövqeyi ilə rayonda heç bir irada tuş qəlməyən çox nadir adamlardan biri idi. 

Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor:

- Öz işində həmişə birinci olan Bəbir müəllimin birinciliyini tez duyurlar. Onu məktəbdən qoparıb Ağdam Rayon Partiya Komitəsinə işə qoydular. Bir az da keçdi Bəbir müəllimin jurnalist yaradıcılığı üzə çıxdı. Onu Ağdamda nəşr olunan "Lenin yolu" rayon qəzetinə redaktor təyin etdilər ... Bəbir müəllimin redaktor olduğu qəzet mənə doğma idi mən o qəzeti müntəzəm oxuyurdum. O qəzetin mövzu dünyası, janrları çoxşaxəli olurdu, dili üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında idi. Həmişə hiss olunurdu ki, bu qəzetə jurnalistikanı fəhmlə bilən, Qarabağın, Ağdamın problemləri ilə yaşayan vətəndaş, bir insan rəhbərlik edir.

Rəhim Hüseynzadə, Azərbaycan Mətbuat Şurasının icraçı katibi, əməkdar jurnalist:

- Təyinatımı yeni yaradılan Neftçala rayon qəzetinə vermişdilər.... Günlərin birində Ağdamdan göndərilmiş "Lenin yolu" qəzetinin (indiki "Ağdam"qəzeti) yeni sayını bizə göstərərək (redaktor Vaqif Əliyev) həmin nəşrin qovluğunu stolunun üzərinə gətirdirdi. "Görün, bu sayla digərlərinin qədər fərqi var, -dedi - işi, nəhayət bilənə tapşırıblar - Bəbir Hüseynova. O, mütləq sürətdə əsl dönüş yaradacaq. Tərtibatından tutmuş məzmununa, dilinə, janr rəngarəngliyinə qədər. Çünki yaxşı bələdəm.

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi:

- Bəbir müəllim həm partiya işində, həm qəzet redaktoru kimi çox məsuliyyətli, sözübütöv, sanballı bir rəhbər işçi kimi fəaliyyət göstərdi. Onun rəhbərlik etdiyi dövrdə qəzet rayonun ictimai-siyasi mühitində mühüm rol oynayırdı qəzetin yazıları rayon sakinləri arasında əməlli-başlı reaksiya doğururdu. Bəbir müəllim redaktor kimi üstün keyfiyyətlərə malik idi, vicdanlı, obyektiv, qərəzsiz, hələ o illər üçün bəzən nadir olan keyfiyyətlərə malik bir insan idi... Mən hər dəfə görüşəndə Bəbir müəllimin zəngin söhbətlərindən doymaq bilmirəm.

Çimnaz Əliyeva, Əməkdar Mədəniyyət işçisi:

-  Onu ötən əsrin 70 -ci illərindən tanıyıram. Ağdam Rayon Partiya Komitəsinin təbliğat təşviqat şöbəsinin müdiri vəzifəsində işləyirdi.... məni (Rayon Komsomol Komitəsinin katibi idim)   Bəbir müəllimin müdir olduğu şöbəyə təlimatçı vəzifəsinə irəli çəkdilər. Bu dövrdə, mən Bəbir müəllimin bir ideoloji kadr kimi yüksək keyfiyyətlərini, tabeliyindəki işçilərə qarşı qayğıkeşliyini, biliyini hər kəslə bölüşmək qabiliyyətini gördüm. Həyatda qazandığım fəaliyyətimin sonrakı mərhələlərində karıma gələn bir sıra müsbət keyfiyyətlərə görə Bəbir müəllimə minnətdaram. Prinsipiallığı, cəsarəti, insanlara yanaşma tərzi ilə nümunə olacaq bir insandır... Qısa müddətdəAğdamrayon qəzeti Bəbir müəllimin səriştəli rəhbərliyi ilə rayonun ictimai həyatının işıqlandırılmasında əsl mövqe nümayiş etdirməyə başladı.

Ziyəddin Sultanov, Əməkdar jurnalist:

- Bəbir Hüseynov ixtisasca jurnalist deyil, ancaq o, 20 ilə qədər bir müddətdə rayonda çıxan "Lenin yolu" -"Agdam" qəzetinə böyük səriştə bacarıqla rəhbərlik etmişdir... Bəbir Hüseynov ruhən, fitrən jurnalist, yaradıcı, qurucu təşkilatçıdır... qəzetin səhifələrinə aktual rəngarəng mövzular gəldi, maraqlı forma axtarışları aparıldı, yazıların dili üslubu canlı, aydın dinamik oldu ... məhz həmin illər Bəbir müəllim əldə etdiyi ciddi yaradıcılıq uğurlarına görə Respublikanın Əməkdar Jurnalisti adına layiq görülmüşdü ... Bəbir müəllim polad kimi möhkəm, həm çiçək qədər incə həssas qəlbə malikdir.

Əli Mahmud, "Qarabağa doğru yol" qəzetinin baş redaktoru:

- Bəbir müəllim səmimi insandır. Həyatın gediş-gəlişini düşünən, dediyi sözün yerini-yurdunu da biləndir. Bir insan kimi qayğıkeş, mümkün qədər hamıya, hər kəsə hörmət etməyə, ehtiram göstərməyə çalışan adamdır. Uzun illər Ağdam rayon qəzetinin redaktoru vəzifəsində çalışıb. Respublikanın əməkdar jurnalistidir. Təkcə bu ad yetər ki, Bəbir müəllimin mənəvi mərtəbəsindən, onun insana sözə sədaqətindən ən xoş duyğularla yorulmadan danışasan.... Bəbir müəllim milli məsələlərdə çox inadkardır öz həqiqətlərimizi heç bir marağa dəyişən deyil. Bu da təbii ki, onun yurda, millətə, vətənə bağlılığının təzahürü idi.

Xanış Məmmədov, yazıçı-publisist:

-  Mən Bəbir müəllimlə dost olduğum üçün onun xarakterinə yaxşı bələdəm. O, ağır oturub, batman gələn, gözü tox, əli təmiz , sözü kəsərli, hərənin öz yerini bilən alicənab bir şəxsiyyətdir. O, hamının dərdinə şərik olub mərhəmətini əsirgəməyəndir. Bəbir müəllim redaktor olduqdan sonra qəzetin məzmunu, oxunaqlığı, təsirliyi, həqiqəti doğru-dürüst yazmağı ağdamlıların yaxşı yadındadır... Bəbir müəllim tələbkarlığı təşkilatçılığı ilə həmişə fərqlənib... Belə yerdə deyiblər: Adam var ki, onu vəzifə şərəfi tanıdır, adam da var ki, vəzifəyə şərəf gətirir. Bəbir müəllim, həqiqətən, vəzifəyə şərəf gətirənlərdəndir.

Məmməd Məmmədov, həkim:

- Bəbir müəllim orijinal adamdır. Qanı durulmaz, bulanlıq ürək sahiblərindən fərqli olaraq o, bütün gücü, ruhu aləmi, hissləri, arzu istəkləri ilə doğma xalqına bağlı olduğunu əməlləri ilə sübut edib. Bəbir müəllim bayağı yarımçıq yaşamağa öyrəşməyən dağ vüqarlı, məğrur bir insandır. O, öz ağıllı, dərin hikmətli, mənalı məzmunlu məsləhətləri ilə insan şüurunun sağlamlaşdırılmasına xidmət edir.Bəbir müəllim əsl xalq ziyalısıdır.

İbiş Əliyev, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü:

- Bəbir müəllim alicənablığı, təvazökarlığı, mədəniyyəti, insanpərvərliyi sözün əsl mənasında digər özünəməxsus yüksək keyfiyyətləri ilə başqalarından həmişə seçilirdi. Bax belə keyfiyyətlərinə görə Bəbir müəllim insanların ürəyində özünə əbədi məskən salaraq, rayon ictimaiəti arasında dərin hörmət nüfuza malik olan bir şəxsiyyətdir.

Tahir Aydınoğlu, Əməkdar jurnalist:

-  Bu Bəbir müəllimin sözüdür: "Söz doğrunu, həqiqəti ifadə edəndə Günəş kimi nurlu olur, yalana, şər niyyətlərə qul olanda isə zülmət yaradır. Ağır tarixi sınaqlara məruz qalmış xalqımıza bu gün Günəş işığı  kimi həyatverici, inama, xeyirxah amallara çıraq olan söz lazımdır. Jurnalistlər cəmiyyətə işıq salmaq, hər şeyi olduğu kimi göstərmək kimi misilsiz vəzifənin şərəfini məsuliyyətini heç vaxt unutmamalıdırlar.

Vəfa MƏMMƏDLİ

 





25.12.2013    çap et  çap et