525.Az

Folklor və Sənətkarlıq paytaxtlarımıza səfərin unudulmaz təəssüratı (Fotolar)


 

Folklor və Sənətkarlıq paytaxtlarımıza səfərin unudulmaz təəssüratı <b style="color:red">(Fotolar)</b>

Bakı

 

Saatımın əqrəbləri 6:10-nu göstərirdi. Soyuqdan əllərimi cibimdə gizlədib Hökumət Evinin qarşısında var-gəl edirdim. Ətrafdakı sakitlikdən narahat olmağa başlamışdım ki, uzaqda iki polisin dayandığını gördüm. Onlara yaxınlaşdım. Doğru yerdə gözlədiyimi, bir azdan jurnalistlərin bura yığışacaqlarını dedilər.

Artıq on dəqiqədən sonra Hökumət Evinin qarşısında müxtəlif  KİV-ləri təmsil edən jurnalistlər vardı. Onların səhər-səhər bir yerə yığışmasının məqsədi Mədəniyyət Turizm Nazirliyinin bir qrup media nümayəndələri üçün  "2013-2014- illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən "Azərbaycanın folklor paytaxtı" (Zaqatala) "Azərbaycanın sənətkarlıq paytaxtı" (Göygöl) elan olunan bölgələrə təşkil etdiyi səfərlə bağlı idi.

 

Şəki. Çövkən oyunu

 

Müxtəlif mətbuat qurumunun, televiziya kanallarının təmsilçiləri ilə yanaşı həmçinin Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, mətbuat xidmətinin katibi Zöhrə Əliyeva nazirliyin digər məsul əməkdaşları da bu turda iştirak edirdilər. "Xalq Yaradıcılığı Paytaxtları"  layihəsinin yekun mərhələsinə baxış məqsədi ilə reallaşan səfərimiz ilk olaraq Şəkinin Daşüz kəndindən başladı. Respublika Atçılıq Turizm Mərkəzində  Prezident Kuboku uğrunda VIII çövkən milli oyununun Ağdam Şəki komandaları arasında yarımfinal mərhələsini izlədik.

Çox sevindirici haldır ki, bu il "Çövkən - qədim atüstü Qarabağ oyunu"  UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. ölkəmizdə bu qədim idman növünün inkişafı, onun daha geniş formada təbliği üçün kifayət qədər ciddi işlər görülmüşdür. 

 

Zaqatala. Əliabad qəsəbəsi Yengiyan kəndi

 

Günün ikinci yarısında Zaqatala rayonuna çatdıq. Əliabad qəsəbəsində Yengiyan kəndində təşkil olunan tədbirlərdə iştirak etdik.  Əliabad qəsəbəsinin mədəniyyət evində yaradılan xalq sənətkarlarının əl işlərindən ibarət sərgi milli dəyərlərimizin qorunub saxlanılmasının əyani sübutu, rəqqasların, musiqiçilərin, folklor kollektivlərinin bir-birindən maraqlı çıxışları isə folklorumuzun qorunması yaşadılmasının təsdiqi idi. 

Rayon mədəniyyət turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva  il ərzində Zaqatala rayonunun qəsəbə kəndlərində folklor kollektivləri arasında müsabiqələr, rayonda yaşayan avar, saxur, ingiloy digər azsaylı xalqların adət-ənənələrinin təbliği məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirildiyini, ümumrespublika xalq yaradıcılığı bayramı təşkil olunduğunu bildirdi. Ölkə daxili tədbirlərdən başqa onlar xarici ölkələrdə xalq yaradıcılığının təbliği ilə məşğul olurlar.  Belə ki, Maqov kənd mədəniyyət evinin "Hüdülki" folklor rəqs kollektivi Belarus Respublikasının Bobruysk şəhərində keçirilən "Dostluq çələngi" Beynəlxalq Xalq Yaradıcılığı Festivalında ölkəmizi layiqincə təmsil etmişdir.


Zaqatala
qalası

 

Sabahısı Zaqatala qalasına getdik. 1830-cu ildə tikilən qalada vaxtı ilə toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırmış. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Çar hakimiyyəti "Potyomkin" zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş onları Zaqatala qalasında yerləşdirmişdi. Hazırda Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Bu qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə Xalq yazıçısı Qılman İlkin "Qalada üsyan" romanını yazıb həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilib. Həmçinin "Cavad xan" filminin bir neçə epizodu bu qalada lentə alınıb.

Qalanın 3 böyük qapısı var: Şərq qapısı "Zabit qapısı" adlanır. Bu qapıdan rus ordusunun komandir heyəti istifadə edirmiş. Qapı Zaqatala şəhərinə açılır. Şimal qapısı "Əsgər qapısı" adlanır. Əsgərlər təlim keçmək üçün bu qapıdan Qala düzünə çıxırmışlar. Şimal-qərb qapısı isə "Nəqliyyat qapısı" adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat bu qapıdan daşınırmış.

Səhər-səhər qalanın zirvəsindən içimizə çəkdiyimiz havadan ciyərlərimiz bayram edirdi. Qaladan rayonun mənzərəsi elə gözəl görünürdü ki, bu mənzərəni bütün detalı ilə yaddaşıma həkk etmək istəyirdim.

Zaqatalada digər məşhur qala Pəri qalasıdır. Bu qala V əsrdə, Qafqaz Albaniyası dövründə tikilmişdir. Qalaya getmək istəsək , yolun çətinliyi böyük bir qrupla qalaya qalxmağın təhlükəli olduğundan fikrimizdən daşındıq. Həm bildirdilər ki, qalaya yalnız bir yol gedir, yaxşı bələdçi olmadan qalaya qalxmaq mümkün deyil.

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə jurnalistlərin görüşü keçirildi. Mübariz Əhmədzadə öncə rayonun ərazisi, etnik tərkibi, turizm potensialı, mədəniyyət abidələri haqqında məlumat verdi. Sonra icra başçısı rayonun iqtisadi göstəriciləri haqqında danışdı. Ötən il ilə müqayisədə kənd təsərrüfatı sənaye məhsullarının istehsalında artımlar olduğunu bildirdi.

Daha sonra icra başçısı rayonun turizm baxımından əhəmiyyətli bölgə olduğunu vurğuladı: "Zaqatalanın turizm üçün yaxşı şəraiti var. Zaqatalanı mədəniyyətinə, gözəlliyinə görə kiçik Paris adlandırırlar. Zaqatala beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri - avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar başqaları yaşayır. Onların hər birinin mədəniyyət incəsənəti turistlər üçün cəlbedicidir. Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan verib bu davam etdirilir. Bundan başqa rayonun ərazisində çoxsaylı tarix mədəniyyət abidələri mövcuddur".

Həmçinin icra başçısı 2012-ci ilin mayında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsində tədbirlərin  davam etdiyini bildirdi. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş bağçalar, məktəblər, yaşayış evlərində bərpa-gücləndirmə tikinti işləri aparılıb. İndiyədək rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 3900 fərdi evin tikintisi başa çatdırılıb.

İcra başçısı ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzin yeni layihə əsasında tikilən binasının 2014- ilin may ayına qədər açılacağını da qeyd etdi. Bu ilin avqust ayında ölkə başçısı İlham Əliyevin Zaqatalaya səfərini xatırladan Mübariz Əhmədzadə rayona göstərdiyi diqqət qayğıya görə ölkə  başçısına təşəkkürünü bildirdi: "Prezident İlham Əliyevin avqustun17- rayona səfəri çərçivəsində Bəhmətli kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə tikilən 600 şagirdlik yeni məktəb binası Zaqatala şəhərində "Tumurcuq" uşaq bağçası istifadəyə verilib. Bundan başqa, su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərə ətraf kəndlərə içməli suyun verilməsinə başlanılıb".

Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev  "Azərbaycanın folklor paytaxtı" seçilən Zaqatalada görülən işləri yüksək qiymətləndirdi. Bildirdi ki, Zaqatalanın bu il folklor paytaxtı seçilməsi heç təsadüfi deyil, çünki rayonda hazırda gedən abadlıq quruculuq işləri bunu deməyə əsas verir. Fikrət Babayev rayonun kəndlərində, qəsəbələrində mədəniyyət evlərinin olmasını yüksək qiymətləndirdi. Sakinlərin asudə vaxtlarının səmərəli keçirməsi üçün mədəniyyət evlərinin əvəzsiz rolu olduğunu bildirdi. 

Jurnalistlərin adından çıxış edən Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin katibi  Zöhrə Əliyeva icra başçısının səfər çərçivəsində jurnalistlərə göstərdiyi diqqət qayğıya görə təşəkkürünü bildirdi ölkənin aparıcı media orqanlarının nümayəndələrini icra başçısına təqdim etdi.

Mətbuata hər zaman açıq olduğunu deyən Mübariz Əhmədzadə rayondakı "Aygün" müstəqil televiziya şirkəti "Zaqatala" qəzetinin fəaliyyət haqqında da danışdı: "Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri işıqlandırır. 1923- ilin mart ayından fəaliyyətə başlayan "Zaqatala" qəzetinin bu il 90 yaşı tamam olur bu dəyərli mətbu orqanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq".

İcra başçısı ilə görüşdən sonra rayonun Mədəniyyət Evində "Zaqatala Azərbaycanın folklor paytaxtı" adlı tədbirdə iştirak etdik. Tədbirdə bir-birindən maraqlı rəqslər səhnəciklər göstərildi.

Zaqatala bizi səmimiyyətlə qarşıladı, səmimiyyyətlə yola saldı. Öz aramızda zarafatla gələn il üçün Zaqatalanı səmimiyyət paytaxtı seçdik. Biz xoş təəssüratlarla folklor paytaxtı ilə sağollaşıb, sənətkarlıq paytaxtına yola düşdük.

 

Alman şəhəri ilə tanışlıq

 

Axşam Gəncədə qaldıq. Səhər tezdən Göygölə çatdıq. Əvvəlcə rayonun Tarix Diyarşünaslıq Muzeyində olduq. Almanlarla ünsiyyətdə olan yerli sakin Fikrət İsmayılov jurnalistlərə məlumat verdi ki, muzey 1854- ildə almanlar tərəfindən tikilən kilsə olub 2008-ci ildə restavrasiyadan sonra rayon Tarix Diyarşünaslıq Muzeyi kimi istifadə olunur.

Almanların 1818-ci ildə Gəncəyə gəldiyini deyən Fikrət İsmayılov qeyd etdi ki, onlar 122 il burada yaşayıblar: "Göygölü məhz almanlar yaşayış məskəni kimi inşa ediblər.  Burada yaşadıqları müddətdə onların əsas məşğuliyyəti şərabçılıq olub. 1911-ci ildə su elektirik stansiyası inşa edib, şəhərə işıq çəkiblər. İşıq çəkildikdən  sonra şərabçılıq sənaye üsulu ilə istehsal olunmağa başlayıb. 1903- ildə almanlar  Hacıkəndin ətrafından bura su kəməri çəkiblər ".

Muzeydə almanların həyat tərzini əks etdirən 2000-ə yaxın eksponat qorunur onlardan bir çoxu Göygölə səfər edən almanlar tərəfindən hədiyyə edilib. 

İl ərzində muzeyi 5000-ə yaxın turistin ziyarət etdiyini deyən Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rita İbrahimova qeyd etdi ki, Göygölə gələn xarici turistlərin  çoxu vaxtilə burada yaşayan almanların nəvə-nəticələridir. Onlar tez-tez Göygölə gəlir, babalarının qəbirlərini ziyarət edir, onların evləri yaşayış tərzlərindən xəbər verən ev əşyaları ilə tanış olurlar.

Muzeylə tanışlıqdan sonra Göygölün sonuncu alman vətəndaşı olan Viktor Kleinin evi ilə tanış olduq. Viktor Klein 1935-ci ildə anadan olub 2007-ci ildə 72 yaşında vəfat edib. Hazırda evin hər bir əşyası qorunur evin gələcəkdə muzeyə çevrilməsi planlaşdırır. Evdə diqqətimi çəkən əşyalardan biri köhnə piano oldu. Öyrəndik ki, alman vətəndaşı V. Klein Üzeyir Hacıbəyovun, Rəşid Behbudovun vurğunu imiş, tez-tez unudulmaz sənətkar Rəşid Behbudovun musiqilərini ifa etməyi sevirmiş.

Daha sonra rayonun Mədəniyyət Evində "Göygöl Azərbaycanın sənətkarlıq paytaxtı" adlı sərgi ilə tanış olduq. Sərgidə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Göygöl rayonun mədəniyyət işçiləri, ziyalıları da iştirak edirdilər. Sərgidən sonra  konsert proqramını izlədik. Səslənən musiqi parçaları, rəqslər, "Arşın mal alan" filmindən kiçik bir  parçaya baxdıq.

Sərgi konsert proqramından sonra jurnalistlərlə Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüş keçirildi. Jurnalistləri Göygöldə görməkdən məmnun olduğunu deyən icra başçısı əvvəlcə rayonun tarixi, ərazisi, turizm potensialı, mədəniyyət abidələri haqqında məlumat verdi:

"Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gələn alman kolonistlər tərəfindən qoyularaq Helenendorf adlandırılıb. İlk dəfə Helenendorfda 56 ailə yaşayıb. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınıb. Həmin dövrdən başlayaraq Göygöldə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikib, orada şərab konyak istehsalı ilə məşğul olublar, Helenendorfda istehsal olunan konyak pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilib. 8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunub, 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılıb. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılıb. Prezident İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılıb. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix mədəniyyət abidələri ilə zəngindir. Tarix mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Bu abidələr tarixin müxtəlif dövrlərini əks etdirərək, xalqımızın milli-mənəvi mədəni dəyərlərini özündə yaşadır. Göygöl rayonunda 31 yerli əhəmiyyətli tarixi abidə qeydiyyata alınıb. Onlardan 9-u arxeoloji, digərləri isə memarlıq abidələridir. Hazırda rayon Mədəniyyət Turizm şöbəsinin tabeçiliyində 15 mədəniyyət evi, 15 klub, 48 kitabxana, 400 nəfər şagirdi olan Göygöl şəhər, 50 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbi fəaliyyət göstərir. Rayonda iki muzey: ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən eksponat, kitab disklərdən təşkil olunmuş Heydər Əliyev Muzey Mərkəzi rayonun tarixini əks etdirən eksponatlardan ibarət Tarix Diyarşünaslıq Muzeyi rayon əhalisinə turistlərə xidmət edir".

İcra başçısı turizmin inkişafında əldə olunan uğurlarla yanaşı bəzi problemlərin olduğunu da qeyd etdi. Belə ki, rayonda turistlərin yerləşməsi üçün mehmanxana çatışmazlığı mövcuddur: "Hazırda turizm sahəsində rayon qarşısında bir neçə problem var. Birinci, rayonun əsas turistik əhəmiyyət kəsb edən ərazisi düşmənlə sərhəddə yerləşir. Bu da turistlərin istirahəti üçün müəyyən təhlükələr yaradır. Erməni tapdağı altında qalan torpaqlarımız işğaldan azad olunarsa, Göygölün turizm potensialı da artar. Bundan başqa rayonda turizmin inkişafı üçün əsas maneələrdən biri otel komplekslərinin olmamasıdır. Ancaq bu problemin aradan qaldırılması üçün işlər görülür. Hazırda rayonda müasir tələblərə cavab verən otel tikilir gələn ilin yay aylarında istifadəyə verilməsi planlaşdırılır".

Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev  "Azərbaycanın sənətkarlıq paytaxtı" seçilən Göygöldə görülən işləri yüksək qiymətləndirdi. Göygöl rayonunda xeyli inkişaf olduğunu vurğuladı.

Zaman bir göz qırpımında gəlib keçmişdi. Getmək vaxtıydı, artıq folklor sənətkarlıq paytaxtlarına səfərimiz yekunlaşmışdı. Bu səfərimizdə təsirləndiyim, təəccübləndiyim, sevindiyim anlar oldu. Mənə ən çox xoş gələn isə bu idi ki,  tədbirlərin bir çoxunun iştirakçıları peşəkar aktyorlar idilər, professional xoreoqraflar, folklorşünaslar. Demək olar ki, əksəriyyəti yerli sakinlər idi.  onlar folklorlarının, milli adət-ənənələrinin qorunması, yaşadılması, unudulmaması üçün əllərindən gələni edirdilər...

 





25.12.2013    çap et  çap et