525.Az

Türkiyə Yaxın Şərqdə


 

Türkiyə Yaxın Şərqdə<b style="color:red"></b>

GEOSİYASİ ZİDDİYYƏTLƏRDƏN YARANMIŞ QEYRİ-MÜƏYYƏNLİKLƏR 

Ankaranın Yaxın Şərq siyasətini tənqid edənlər həmişə olub. Analitik ekspertlər Türkiyənin həmin regionda geosiyasi nüfuzunu itirməkdə olduğu haqqında proqnozlar verirlər. Məsələyə ümumi səviyyədə baxdıqda isə daha mürəkkəb qeyri-müəyyənliklərlə dolu mənzərə görürük. Həmin regionda dünyanın heç bir böyük dövlətinin davamlı sabit nüfuza malik olmadığı məlum olur. Bu halda Ankara hansı addımları atmalıdır? Onun Cənubi Qafqaz istiqamətində şansları qədərdir? Bu suallara cavablar maraq doğurur.

"Yaxın Şərq şahmat taxtası": növbəti gediş kimindir? 

Türkiyənin Yaxın Şərq siyasəti ekspertlər tərəfindən ciddi analiz edilir. Bunun səbəbi son zamanlar ölkənin həmin regionda geosiyasi nüfuzunun aşağı düşməsi ilə əlaqəlidir. Analitiklər Ankaranın hansı məqamlarda səhv etdiyini yaxud bunun obyektiv proses olduğunu aydınlaşdırmağa çalışırlar. Əslində, hiss olunur ki, bəzi dairələr Yaxın Şərqdə yeganə lider rolunu oynaya biləcək dövlət axtarışındadırlar. Bunun gerçəkliyə dərəcədə uyğun olması məsələsi isə, bizcə, mübahisəlidir.

Türkiyə İqtisadi İctimai Elmlər Fondunun (TESEV) məruzəsində alınan nəticələri heyrətləndirici adlandırırlar. Yaxın Şərqin 16 ölkəsində tədqiqat aparan mütəxəssislər Türkiyənin cəlbedicilik dərəcəsinin aşağı düşdüyü qənaətinə gəliblər. Əgər 2011-ci 2012-ci illərdə Ankara regionun ən çox nüfuzu olan ölkəsi idisə, 2013- ildə o, 3- yerə keçib. Türkiyəni sevənlərin sayı 59 faiz təşkil edib. İki il əvvəl bu rəqəm 79 faiz olub.

Ən çox nüfuzu olan ölkə Birləşmiş Ərəb Əmirlikləridir. İkinci sırada Səudiyyə Ərəbistanı gəlir. İqtisadi cəhətdən ən güclü ölkə Səudiyyə Ərəbistanı hesab edilib. Hərbi qüdrət aspektində Misir, İran Türkiyə regionun liderləridir. Türkiyəyə ən az dəstək verənlər Misir Suriya vətəndaşları olub. Əgər 2012-ci ildə misirlilərin 84 faizi Ankaraya üstünlük verirdilərsə, 2013- ildə bu rəqəm 38 faizə düşüb. Suriyada rəyi soruşulanların yalnız 22 faizi Türkiyənin regiondakı rolunu yüksək qiymətləndirib.

Qısa bir zamanda ölkənin Yaxın Şərqdəki nüfuzunun bu qədər dəyişməsini yerli mütəxəssislər "türk xarici siyasətinin sıxıntıları" kimi qiymətləndiriblər.

Görünür, 2011-ci ildən başlayan nüfuz yüksəlişinin davamlı olaraq artması kimi bir proqnoz mövcud imiş. Lakin müasir qlobal geosiyasətdə belə bir halın çox çətin olduğunu nəzərə almaq lazımdır. Amerika, Rusiya, Çin, Almaniya, İngiltərə, Fransa kimi böyük dövlətlərin belə nüfuzları dəyişir. Bir müddət yüksək olan həmin göstərici qısa zamanda aşağı düşə bilir. Burada Türkiyənin "Strateji Düçüncə İnstitutu"nun bir analizini xatırlamağa dəyər.

Həmin institutun mütəxəssislərinin apardığı tədqiqata görə, müasir mərhələdə geosiyasi aspektdə "qlobal sınma xətləri" mövcuddur. Bunlar beynəlxalq siyasi mühitdə elə sahələrdir ki, "ciddi siyasi həyəcanlanmalar" müşahidə edilir. Özü bu proses ardıcıl olaraq dünyanın müxtəlif regionlarında özünü göstərir. Türkiyənin Yaxın Şərqdə qlobal miqyasda geosiyasi nüfuzunun dinamikasına bu yanaşma prizmasından nəzər saldıqda hansı məqamları görmək mümkündür?

"Qlobal sınma xətti"nin gərginlikləri

 Həmin təhlildə göstərilir ki, "qlobal sınma xətləri" Yaxın Şərq, Şərqi Avropa, Mərkəzi Asiya, Uzaq Şərq digər regionları əhatə edir. Bu səbəbdən Suriyada, Misirdə, İraqda, Türkiyədə, Ukraynada, Ermənistanda, Əfqanıstanda, Pakistanda siyasi həyəcanlanmalar müşahidə edilir. Bu ölkələr qlobal geosiyasətin hədəfləridirlərmi? burada əsas məqsəd nədən ibarətdir?

Əgər birinci suala cavab müsbətdirsə, onda belə nəticə çıxarmaq olar ki, böyük dövlətlər Türkiyə kimi ölkələrin geosiyasi nüfuz dinamikasını pərdəarxası idarə etməyə çalışırlar. Məsələn, özlərinə uyğun olan zaman kəsiyində Ankaranın regional nüfuzunu yüksəltməyə xidmət edən siyasi, geosiyasi, iqtisadi, ideoloji s. xarakterli mühit yaradırlar. Başqa vaxtda isə bunun əksini edirlər.

Belə bir yanaşma olduqca təhlükəlidir. Çünki heç bir regionda geosiyasi hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini bu şərtlər daxilində müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda, məsələnin bir tərəfi həmişə risk amilinə bağlı qalmış olur. Deyək ki, bir müddət situasiyanın inkişaf dinamikası Amerikadan asılı olursa, sonra təşəbbüs Rusiya ya Çinə keçirsə, bunun hansı nəticələr verəcəyini proqnozlaşdırmaq mümkün deyildir. Obrazlı desək, bəzi alimlərin ifadə etdiyi kimi, "müasir dünya yenidən qaranlıq orta əsr düşüncəsinə qayıdan" qüvvə təsiri bağışlayır.

Konkret olaraq Suriya məsələsində belə vəziyyətin yaratdığı mürəkkəblikləri görmək mümkündür. Bu ölkə Rusiya üçün strateji əhəmiyyət daşıyır. Yaxın Şərqdə Moskvanın geosiyasi varlığı xeyli dərəcədə Dəməşqlə əlaqəlidir. Amerikaya Suriya daha çox İranı mühasirəyə almaq şiə ideologiyasının təsirini məhdudlaşdırmaq üçün lazımdır.

Vaşinqton sünni, şiə məzhəbinin tam üstün olmasını istəmir. Onlar arasında siyasi-ideoloji aspektdə müəyyən nisbəti saxlamağa cəhd edir ki, hər ikisini idarə etmək mümkün olsun. Bunun üçün o, "kürd kartı"ndan da geniş istifadə edir. Kürdlərin region xalqlarına qarşı düşmən edilməsində əsas geosiyasi məqsədlərdən biri bundan ibarətdir.

Amerikanı maraqlandıran digər məsələ İsrailin təhlükəsizliyini möhkəmləndirməkdir. İraqın şimalından Aralıq dənizinədək uzanan "kürd dəhlizi" yaratmağın arxasında duran əsas hədəflərdən biri məhz bundan ibarətdir.

Bütün bunlar hazırkı mərhələdə İranla Rusiyanı birləşdirirsə, sabah nələr olacağını demək çətindir. Eyni məntiqlə, bu gün Türkiyənin Yaxın Şərq siyasətinə ABŞ elə dəstək verməyə bilər Ankaranın nüfuzu bölgədə bir qədər aşağı düşə bilər. Lakin müəyyən müddətdən sonra hansı mənzərənin yaranacağını demək xeyli mübahisəlidir.

Yuxarıda təsvir edilən müxtəlif xarakterli məqamlar aspektində Türkiyə İqtisadi İctimai Elmlər Fondunun proqnozları ehtiyatlı qiymətləndirmələri düşündürücüdür. Digər məqamlarla yanaşı, Cənubi Qafqaz Mərkəzi Asiya istiqamətində geosiyasi mübarizənin hansı dinamikaya sahib olacağı baxımından maraqlıdır.

Gözləmək olar ki, indi Yaxın Şərqdə müşahidə edilən nüfuz dəyişiklikləri yaxın perspektivdə Qafqaz Asiya istiqamətlərində özünü göstərsin. Bunun bölgə dövlətlərinə edəcəyi təsirlərin təhlili ayrıca olaraq əhəmiyyət kəsb edir.

Başqa faktorlarla yanaşı, Türkiyənin Cənubi Qafqazda səhvlər buraxmaması əhəmiyyət kəsb edir. Deyək ki, xarici işlər naziri Ə.Davudoğlunun bu günlərdə İrəvana səfər etməsini erməni ekspertlər müxtəlif aspektlərdə qiymətləndirməyə çalışırlar. Onlar bu səfəri hələlik qeyri-müəyyən nəticələr verən hadisə qismində təqdim edirlər. Ankaranın 2015-ci il aprelin 15- kimi "beynəlxalq hakimlərin mərhəmətini qazanmağa çalışdığını" iddia edirlər. Erməni ekspertlərin nəyə işarə etdikləri məlumdur.

Lakin onlar Türkiyənin regiondakı siyasətində müəyyən müsbət tendensiyaların görünməkdə olduğunu da vurğulayırlar. Hər bir halda, artıq rəsmi İrəvan Ankaraya "sən kimsən?" kimi absurd məntiqlə yanaşa bilmir. Bu, o deməkdir ki, Türkiyə Yaxın Şərqlə yanaşı, davamlı olaraq Qafqaz Mərkəzi Asiyada da öz geosiyasi iradəsini ortaya qoymaqdadır.

Bütün bunlar Türkiyənin Yaxın Şərq siyasətinin aqibəti barədə qəti nəticə çıxarmağın riskli olduğunu göstərir. Ankara geosiyasi situasiyaların sürətlə dəyişdiyi müasir dünyada strateji xəttini yeridir. Burada müvəqqəti geriləmə irəliləmə ola bilər. Əsas odur ki, Türkiyə demokratik müsəlman dövləti kimi seçdiyi kursdan sapmasın. O cümlədən, Cənubi Qafqazda onun Azərbaycanla müttəfiqliyinin regional qlobal miqyasda əhəmiyyətini dərk etmək lazımdır. İnanırıq ki, ən qatı düşmənlərin belə bunu etiraf etməsi zamanı uzaqda deyil.

Newtimes.az

 





25.12.2013    çap et  çap et