525.Az

“İcra məmurları haqqında” qanuna dəyişiklik qəbul edildi


 

“İcra məmurları haqqında” qanuna dəyişiklik qəbul edildi<b style="color:red"></b>

Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İcra məmurları haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 





29.06.2020    çap et  çap et