525.Az

Sankt-Peterburq-Bakı aviareysi təxirə salındı


 

Sankt-Peterburq-Bakı aviareysi təxirə salındı<b style="color:red"></b>

Sankt-Peterburq şəhərinin "Pulkovo" hava limanından Bakıya bu günə nəzərdə tutulmuş sərnişin reysi təxirə salınıb.

Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, bu gün "Pulkovo" hava limanından yola salınması nəzərdə tutulan 15 reys təxirə salınıb. Onlarda 12-si Moskva şəhərinə yola salınacaq reyslər idi. Təxirə salınan reyslər sırasında Sankt-Peterburq-Bakı və Sankt-Peterburq-İrəvan reysləri də mövcuddur.

 





29.06.2020    çap et  çap et