525.Az

İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək


 

İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək<b style="color:red"></b>

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 





29.06.2020    çap et  çap et