525.Az

Domen adlarının milli inzibatçısı müəyyənləşdi


 

Domen adlarının milli inzibatçısı müəyyənləşdi<b style="color:red"></b>

“Telekomnukasiya haqqında” qanuna dəyişiklik edilib.

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qanuna 2 yeni maddə təklif olunur.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 





29.06.2020    çap et  çap et