525.Az

Bank sədri koronavirusdan öldü


 

Bank sədri koronavirusdan öldü<b style="color:red"></b>

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) İdarə Heyətinin Sədri Doğan Tandoğan dünyasını dəyişib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, onun ölümünə səbəb koronavirus infeksiyası olub.

Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümünü bitirib.

D.Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də "MilliKart" MMC-nin Direktorlar Şurasının sədri və "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

 





29.06.2020    çap et  çap et